Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-29/2022 10.05.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X16 məhkəmə iclas katibliyi, İddiaçı və vəkili və nümayəndəsi Vəkil1, cavabdeh X27 və vəkili Vəkil2 Əlamdar oğlunun iştirakı ilə, İddiaçı X27, X14, Cavabdeh4, Ordubad rayon Notariat ofisinə və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə dövlət komitəsinə qarşı Alqı satqının etibarsız hesab edilməsi və çıxarışın ləğvi, müqavilənin bağlanmış hesab edilməsi, torpaq sahəsinə və yaşayış evinə birgə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə, Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh3 ilə Cavabdeh2 arasında Ordubad rayon Dəstə kəndində yerləşən 0.1196 ha torpaq sahəsinin alqısatqısına dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş 0074203-nömrəli, xx.xx.2020-ci il qeydiyyatlı çıxarışın ləğv edilməsi,həmin torpaq sahəsinə Cavabdeh3 ilə aralarında müqavilənin bağlanmış hesab olunması,torpaq sahəsinə və onun üzərində yerləşən yaşayış evinə X7 ilə onun birgə mülkiyyət hüququnun tanınması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə edərək ifadəsində bildimişdir ki, Cavabdeh2 onun qaynanasıdır. Cavabdeh2 oğlu Cavabdeh4 ilə 2007-ci ildə nikah qeydiyyatında keçməklə evlənmişdir. 2020-ci ildə aralarındakı nikah pozulmuşdur. Cavabdeh4 ilə birgə nikahda olduqları dövrdə-2011-ci ildə Ordubad Rayon Dəstə kəndindən Cavabdeh3 3500 (üç min beş yüz) manata torpaq sahəsi almışlar. Lakin torpaq sahəsinin rəsmi alqı-satqısını sonra edəcəklərini qərarlaşdırmışlar. 2013-cü ilədək həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edərək ailəsi ilə birlikdə həmin mənzilə köçmüşlər. O, haliyədə iki uşağı ilə birlikdə birgə nikah dövründə qazandığı vəsait hesabına 2011- ci ildə satın aldığı torpaq sahəsi üzərində inşa etdikləri mənzildə yaşayırlar. 2020-ci ildə ona məlum olmuşdur ki, onun birgə nikah dövründə satın aldığı torpaq sahəsi Cavabdeh3 tərəfindən Cavabdeh2 satlmışdır. Cavabdeh3 həyat yoldaşı Cavabdeh4 adına etibarnamə vermiş, o həmin etibarnamə əsasında torpaq sahəsini Cavabdeh2 adına keçirmişdir. Məqsəd isə birgə nikah dövründə əldə etdikləri torpaq sahəsinin onların tərəfindən alınmasını ört-basdır etmək olmuşdur. Həmin torpaq sahəsi əri ilə birgə nikah dövründə qazandıqları vəsait hesabına alınıb eləcə də həmin torpaq sahəsi üzərində inşa edilmiş üç otaqdan ibarət yaşayış evi onun qazancı hesabına inşa edilmişdir. Qeyd etydiyim kimi cavabdehlər arasında alqı-satqı edilən Ordubad rayon Dəstə kəndində yerləşən torpaq sahəsi ilə Cavabdeh2 heç bir əlaqəsi olmayıb. Belə ki, həmin torpaq sahəsinin pulu onun və ərinin birgə qazancı hesabına 2011-ci ildə satıcıya ödənilib. Müvafiq sənədlər qaydasında olmadığından rəsmi alqı-satqının sonradan həyata keçiriləcəyi razılaşdırılmışdır. Yuxarıda qeyd edilən olunan xüsusatlara əsasən iddiaçı xahiş edir ki, Cavabdeh3 ilə Cavabdeh2 arasında Ordubad rayon Dəstə kəndində yerləşən 0.1196 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş 0074203-nömrəli, xx.xx.2020-ci il qeydiyyatlı çıxarışın ləğv edilməsi,həmin torpaq sahəsinə X9 ilə onun arasında müqavilənin bağlanmış hesab olunması,torpaq sahəsinə və onun üzərində yerləşən yaşayış evinə X7 ilə onun birgə mükiyyəl hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili iddianı müdafiə etdiklərini, Cavabdeh3 ilə Cavabdeh2 arasında Ordubad rayon Dəstə kəndində yerləşən 0.1196 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş 0074203-nömrəli. xx.xx.2020-ci il qeydiyyatlı çıxarışın ləğv edilməsini həmin torpaq sahəsinə X10 ilə aralarında müqavilənin bağlanmış hesab olunması,torpaq sahəsinə və onun üzərində yerləşən yaşayış evinə X7 ilə iddiaçının birgə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X27 və vəkili Vəkil2 Əlamdar oğlu iddiaçı tərəfindən qaldırılmış iddianın əsassız olduğunu və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfi məhkəmə baxışı iclasında iş üzrə şahid qismində Şahid4, Şahid1 və Şahid2 şahid qismində dindirilməsini istəmişdir. Məhkəmə baxışında iddiaçı tərəfindən şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o ev təmiri və tikintisi ustasıdır və onların bir kollektivi var iş olanda bu kollektiv ilə birlikdə təmir işlərinə gedirlər, kollektiv üzvləri onun əmiləri Oktay, Müşfiq və əmisi oğlu Hənifədir. O, X2 yaşadığı evin təmir işlərini görən əmisi Oktay və Müşfiqə kömək məqsədi ilə iki gün həmin evdə işləmişdir. Əmisi oğlu Hənifə xəstə olduğu üçün iki gün işləmişdir. İki gün işlədiyi işin əmək haqqını istəməmişdir, Anabəyimin xalasının həyat yoldaşı olduğu üçün təmənnasız işləmişdir. Məhkəmə baxışında iddiaçı tərəfindən şahid qismində dindirlməsini istədiyi və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o ev təmiri və tikintisi ustasıdır və onların bir kollektivi var. İş olanda bu kollektiv ilə birlikdə təmir işlərinə gedirilər, kollektiv üzvləri onun özü, oğlu və onun qardaşıdır. 2014-2015-ci illərdə X2 evində təmir işlərini görmək üçün razılaşdıqdan sonra onun yaşadığı evə getmiş və orada alçı, gəc və tavan işlərini görmüşdür. Gördüyü işlərə qarşılıq olaraq əmək haqqını ona X5 vermişdir. Məhkəmə baxışında iddiaçı tərəfindən şahid qismində dindirlməsini istədiyi və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki ev təmiri tikintisi ustasıdır. O, X2 yaşadığı evdə 2013 -2015-ci illərdə işləmişdir. Bəzən özü ilə fəhlə aparmış bəzən oğlunu aparmışdır ki ona kömək etsin. Həmin evdə günü 40 manata tavan və gəc ustası kimi işləmişdir. Apardığı ustanın günlük pulu isə 25 manat idi. Gördüyü işlərə qarşılıq olaraq əmək haqqını ona X5 vermişdir. Məhkəmə baxışında iştirak etmiş Culfa rayonu notariat ofisin nümayəndəsi X17 izahatında bildirmişdir ki 2020-ci ildə Ordubad rayonunda notariat xidməti göstərmişdir. 2020-ci ilin notariat sənədlərini araşdıraraq o dövrdə, yəni 2020-ci ilin dekabr ayında iddia olunan boş torpaq sahəsi satıcısı X14 ilə alıcı X22 arasında sənədləşdirilmiş və aralarında olan alqı-satqı müqaviləsi Ordubad rayon notariat ofisində təsdiqlənmişdir. Məhkəmə baxışında cavabdeh qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, İddiaçı qaynanasıdır. İddiaçı oğlu Lətiflə 2020- ci ilədək ailəli olub sonra boşanıblar, ailəli olduqları dövürdə torpağı əri ilə birlikdə Cavabdeh3 almışlar, buna görə Cavabdeh3 həyat yoldaşı 3000 (üç min) manat pul verib. Məhkəmə baxışında cavabdeh qismində dindirilmiş Cavabdeh3 ifadəsində bildirmişdir ki, tam olaraq tarixi xatırlaya bilmir, torpağı X1, X8 torpağı özünə ev tikmək üçün almışdı çünki onun hal-hazırda qaldığı ev yaşamaq üçün yararlı deyil. Məhkəmə baxışında iştirak etmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon idarəsinin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterində qeydiyyatda olan çıxarışlarda MH-0074203 seriya nömrəli daşınmaz əmlak xx.xx.2020-ci ilədək çıxarış seriya nömrəsi MH-0072239 olmaqla X11 mülkiyyətində olub. Daha sonra xx.xx.2020-ci il tarixdə çıxarış seriya nömrəsi MH-0072561 olmaqla torpaq Cavabdeh3 mülkiyyətində olmuşdur. Son olaraq isə xx.xx.2020-ci il tarixindən çıxarış seriya nömrəsi MH-0074203 olmaqla Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 02.09. 2020-ci il tarixli çıxarışından görünür ki, Ordubad rayon Dəstə kəndində yerləşən **********81 reyestr nömrəli 0,1196 ha torpaq sahəsi Cavabdeh3 mülkiyyətində olmuşdur. Mülki işə əlavə edilmiş üç sentyabr 2021-ci il tarixli alqı- satqı müqaviləsində görünür ki, Cavabdeh3 mülkiyətində olan Ordubad rayon Dəstə kəndində yerləşən 0,1196 ha torpaq sahəsini alqı satqı müqaviləsi əsasında X18 mülkiyyətinə keçmişdir. Mülki işə əlavə edilmiş 007423 nömrəli orderdən və 07 2021-ci il tarixli etibarnamədən görünür ki Vəkil1 oğlu X2 vəkili və nümayəndəsidir. Mülki işə əlavə edilmiş 007358 nömrəli orderdən və görünür ki Fətullayev X4 Almaz Ağa qızının vəkilidir. Məhkəmə şahid ifadələrinin qiymətləndirilməsi əsasında belə nəticəyə gəlir ki iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üç sentyabr 2021-ci il tarixli alqı satqı müqaviləsində əsasən Cavabdeh3 mülkiyətində olan **********81 reyestr nömrəli 0,1196 ha torpaq sahəsi alqı -satqı müqaviləsi əsasında X18 mülkiyyətinə keçmişdir. İddiaçı Cavabdeh3 ilə Cavabdeh2 arasında Ordubad rayon Dəstə kəndində yerləşən 0.1196 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş 0074203-nömrəli. xx.xx.2020-ci il qeydiyyallı çıxarışın ləğv edilməsi.həmin torpaq sahəsinə X12 ilə onun arasında müqavilənin bağlanmış hesab olunması, torpaq sahəsinə və onun üzərində yerləşən yaşayış evinə X7 ilə onun birgə mükiyyət hüquqlarının tanınması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə əlavə edimiş üç sentyabr 2021-ci il tarixli alqı satqı müqaviləsindən görünür ki, Ordubad rayon Dəstə kəndində yerləşən 0.1196 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilədə satıcı qismində X14 alıcı qismində isə X22dır. İddiaçı isə həmin alqı satqı müqaviləsi üzrə satıcı və ya alıcı qismində iştirak etməmişdir. Belə ki, Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 337.2-ci maddəsinin tələbinə əsasən müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. İddiaçı isə 03 sentyabr 2021-ci il tarixli alqı satqı müqaviləsi üzrə tərəf kimi iştirak etmədiyindən, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2021-ci il tarixli alqı-satqı müqavilənin etibarsız hesab edilməsini mübahisələndirə bilməz. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə əsasən Bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqa bağlanmış əqd etibarsızdır etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 337.2-ci maddəsinin tələbinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırılan sübutlara istinadən belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh3 ilə Cavabdeh2 arasında Ordubad rayon Dəstə kəndində yerləşən 0.1196 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş 0074203-nömrəli, xx.xx.2020-ci il qeydiyyatlı çıxarışın ləğv edilməsi,həmin torpaq sahəsinə X13 ilə aramızda müqavilənin bağlanmış hesab olunması,torpaq sahəsinə və onun üzərində yerləşən yaşayış evinə X7 ilə onun birgə mülkiyyət hüququnun tanınması tələbi barədə iddiası rədd edilməlidir. İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu iddia rədd edildiyindən iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddiaçı cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında Ordubad rayon Dəstə kəndində yerləşən 0.1196 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş 0074203-nömrəli xx.xx.2020-ci il qeydiyyatlı çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə Cavabdeh3 ilə aralarında müqavilənin bağlanmış hesab olunması, torpaq sahəsinə və onun üzərində yerləşən yaşayış evinə Cavabdeh4 ilə onun birgə mükiyyət hüququnun tanınması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsümu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X6 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-29/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-29/2022
10.05.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver