Məhkəmə qərarları › İş №2(080)-306/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-306/2025

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-306/2025 04.03.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Biləv Ə/D, Biləv kəndində qeydiyyatda olan Cavabdeh 625 (altı yüz iyirmi beş) manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyim 30 manat pulun alınıb mənə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində İddiaçı toplam qiyməti 2 150 (iki min yüz əlli) manat olan, 585 əyarlı, “gül” model, 12.68 qram çəkidə qızıl komplekti Cavabdeh satmışdır. cavabdeh qızılın dəyərini hissə-hissə ödəməyi üzərinə götürmüş, ilkin olaraq 500 manat ödəyib, qalan məbləği isə 10 ay müddətinə hər ay 165 manat olmaq şərti ilə ödəyəcəyini öhdəsinə götürmüşdür,lakin Cavabdeh artıq 1 525 manat ödədikdən sonra, qalan 625 manat məbləği ödəməkdən imtina etmişdir. İddiaçı dəfələrlə cavabdehə borcun qaytarılmasını bildirmiş, lakin cavabdeh vədinə baxmayaraq ödəniş etməmişdir. Təxminən bir ilə yaxındır ki, cavabdeh borcdan heç bir manat ödəməmişdir,hazırda Cavabdeh qarşı 625 manat məbləğində ödənilməmiş borc mövcuddur, buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı və Cavabdeh rəsmi məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı xx.xx.2025-ci il tarixdə İddiaçı tərəfindən Ordubad Rayon Məhkəməsinə teleqram göndərilmiş və həmin teleqramda xx.xx.2025-ci il tarixdə saat 10:30-da keçiriləcək pul tələbinə dair məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyi, işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmasını qeyd etmişdir.xx.xx.2026-cı il tarixdə İddiaçı tərəfindən Ordubad Rayon Məhkəməsinə teleqram göndərilmiş və teleqramda xx.xx.2026-cı il tarixdə saat 15:30-da keçiriləcək məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyi, işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmasını qeyd etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə tərəfindən Cavabdeh onun qeydiyyat ünvanı olan Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Biləv kəndinə məhkəmə bildirişləri göndərilmişdir. Lakin göndərilmiş bildirişlər cavabdehin həmin ünvanda yaşamaması səbəbindən məhkəməyə geri qaytarılmışdır.Bundan sonra məhkəmə bildirişləri Biləv kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərilmiş və nümayəndə tərəfindən həmin bildirişlər cavabdehin dayısı X1 çatdırılmışdır.Eyni zamanda inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən məhkəməyə cavabdehin hazırda faktiki yaşayış ünvanının dəqiq məlum olmadığı, habelə onun qohumlarının da bu barədə hər hansı məlumata malik olmadıqları bildirilmişdir. Qanunvericilik birbaşa qeyd edir ki, cavabdehin həqiqi yaşayış yeri məlum olmadıqda, məhkəmə işə onun məlum olan sonuncu yaşayış yeri (yəni şəxsiyyət vəsiqəsindəki qeydiyyat ünvanı) üzrə bildiriş göndərildikdən sonra baxa bilər, Əgər cavabdeh qeydiyyat ünvanında yoxdursa, çağırış vərəqəsi onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə, onlar da yoxdursa, müvafiq yerləşmə yeri üzrə yerli icra hakimiyyəti orqanına təqdim edilir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış razılıq ərizəsinə (tərəflər arasında bağlanmış razılaşmanın yazılı forması) əsasən 585 əyarlı, 12.68 qram çəkidə “gül” modelli qızıl komplektinin alqı-satqısı ilə bağlı tərəflər arasında razılaşma əldə edilmişdir. Həmin razılaşmaya görə qızıl komplektinin ümumi dəyəri 2150 (iki min yüz əlli) manat müəyyən edilmiş, bunun 500 (beş yüz) manatı ilkin ödəniş kimi ödənilmiş, qalan məbləğin isə 10 ay müddətində hər ay 165 (bir yüz altmış beş) manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Razılaşma Cavabdeh tərəfindən imzalanmış və xx.xx.2023-cü il tarixlə təsdiq edilmişdir. Həmin razılaşmaya əlavə olaraq cavabdehin şəxsiyyət vəsiqəsinin surəti, qızıl komplektinin şəkli və üzərində “BƏYAZ JEWELLERY”, 585 əyar, 12.68 qram qeyd olunmuş etiket əlavə edilmişdir. .İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, İddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən TuranBank ASC tərəfindən verilmiş rəsmi kassa mədaxil qəbzi məhkəməyə təqdim edilmişdir.Həmin qəbzə əsasən, xx.xx.2025-ci il tarixdə saat 12:57:12-də İddiaçı tərəfindən məhkəmələr üzrə “qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə (iddia qiyməti 1000 manatadək olduqda)” xidmətinə görə 30 (otuz) manat dövlət rüsumu ödənilmiş, bank komissiyası isə 0,40 (qırx qəpik) manat təşkil etmişdir. Ümumi ödənilmiş məbləğ 30,40 (otuz manat qırx qəpik) manat olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən pullu kreditora dəymiş zərərin əvəzini ödəməyə pulludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş pullu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, pullu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən pul müqaviləsinə görə, iştirakçılardan biri (pul verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (pul alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (pul alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni eyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində pul verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2023cü il tarixdə yazılmış razılıq ərizəsinə (tərəflər arasında bağlanmış razılaşmanın yazılı forması) əsasən 585 əyarlı, 12.68 qram çəkidə “gül” modelli qızıl komplektinin alqı-satqısı ilə bağlı tərəflər arasında razılaşma əldə edilmişdir. Həmin razılaşmaya əsasən qızıl komplektinin ümumi dəyəri 2 150 (iki min yüz əlli) manat müəyyən edilmiş, bunun 500 (beş yüz) manatı ilkin ödəniş kimi ödənilmiş, qalan məbləğin isə 10 ay müddətində hər ay 165 (bir yüz altmış beş) manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Razılaşma cavabdeh tərəfindən imzalanmış və xx.xx.2023-cü il tarixlə təsdiq edilmişdir. Həmin razılaşmaya əlavə olaraq cavabdehin şəxsiyyət vəsiqəsinin surəti, qızıl komplektinin şəkli və üzərində “BƏYAZ JEWELLERY”, 585 əyar, 12.68 qram qeyd olunmuş etiket də iş materiallarına əlavə edilmişdir.Bundan əlavə, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən kassa mədaxil qəbzi də məhkəməyə təqdim edilmişdir. Həmin qəbzə əsasən iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəmələr üzrə “qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə (iddia qiyməti 1000 manatadək olduqda)” xidmətinə görə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı münasibətləri yaranmış, iddiaçı üzərinə düşən öhdəliyi – yəni qızıl komplektini cavabdehə təhvil vermək öhdəliyini icra etmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmiş və qalan 625 (altı yüz iyirmi beş) manat borcu ödəməmişdir. Bu hal iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından məhkəmə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlir və iddianın təmin edilməli olduğunu hesab edir. İddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına əsasən Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 625 ( altı yüz iyirmi beş manat ) manat məbləğində pulun və 30 (otuz ) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar