Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-307/2025 05.03.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 472 (dörd yüz 72) manat borc pulun və ödəniş etdiyim 30 (otuz) manat dövlət rüsumunun, alınıb mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, 15 ildən artıq müddətdir xalça və qarışıq malların satışı ilə məşğuldur və bununla bağlı vergi ödəyicisidir. 2023-cü ilin oktyabr ayında Ordubad rayon Bist kənd sakini Cavabdeh Naxçıvan şəhəri, Cahan Ticarət Mərkəzində yerləşən mağazaya gələrək ona stol və stul lazım olduğunu, nəqd pulla almağa imkanının olmadığını, noyabr ayında anasının pensiyasını aldıqdan sonra borcu ödəyəcəyini bildirmişdir. Tərəflər arasında şifahi razılaşma əsasında iddiaçı ona ümumilikdə 472 (dörd yüz yetmiş iki) manat dəyərində komplekt altı stul və bir stol satmışdır, bir ay keçdikdən sonra Cavabdeh zəng edib borcu xatırlatmış, cavabdeh isə pensiyanın hələ verilmədiyini və verildiyi kimi borcu ödəyəcəyini bildirmişdir. İki ay keçdikdən sonra yenidən zəng edildikdə iddiaçının mobil nömrəsi blok edilmiş, ev telefonuna zəng edildikdə isə cavabdehin anası pulların olmadığını, əvəzində meyvə qurusu verə biləcəklərini demişdir. İddiaçı buna razı olmamış, daha sonra evlərinə zəng etsə də cavabdeh telefonu açıb yenidən bağlayaraq borca dair heç bir cavab verməmişdir. Nəticədə artıq iki ildən artıq müddətdir ki, Cavabdeh iddiaçıya olan borc ödənilməmişdir,Cavabdeh ona borclu olduğunu məhkəmədə şahidlər də təsdiq edə bilərlər. Tələbinin əsası kimi istinad etdiyi fakt və halları sübutlar siyahısı olaraq qeydiyyat yerindən alınmış arayış, həmçinin dövlət rüsumunun ödənilməsi barədə qəbz iddia ərizəsinə əlavə edilmişdir. iddiaçı iddia tələbinin təmin olunması üçün cavabdehin qeydiyyatı barədə arayışı əldə etməkdə çətinlik çəkdiyini bildirmiş və həmin sübutun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, cavabdeh bildirir ki, İddiaçı tərəfindən irəli sürülmüş 472 (dörd yüz yetmiş iki) manat borc tələbi ilə razılaşmır və iddiaçının tələb etdiyi məbləğin yalnız bir hissəsi 72 (yetmiş iki) manat məbləğində borcunun mövcud olduğunu bildirimiş və bununla bağlı məhkəməyə öz etiraz ərizəsini təqdim etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, İddiaçı Qurban oğlu tərəfindən məhkəmə rüsumunun ödənilməsini təsdiq edən rəsmi ödəniş qəbzi Kapital Bank ASC (Birbank) ödəniş terminalı vasitəsilə məhkəməyə təqdim edilmişdir.Qəbzə əsasən, xx.xx.2025-ci il tarixdə saat 16:29-da İddiaçı Qurban oğlu tərəfindən məhkəmələr üzrə “qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə (iddia qiyməti 1000 manatadək olduqda)” xidmətinə görə 30 (otuz) manat məbləğində məhkəmə rüsumu ödənilmiş, bank komissiyası isə 0,40 (qırx qəpik) manat təşkil etmişdir. İş materiallarından müəyyən edilir ki, İddiaçı Qurban oğlu tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* №-li “Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış” rəsmi sənəd şəxsiyyətin qeydiyyatda olduğu ünvanı təsdiq edir.Sənədə əsasən, iddiaçının soyadı, adı və atasının adı İddiaçı, doğulduğu yer və tarix Azərbaycan, Naxçıvan MR, Babək rayonu, Aşağı Uzunoba kəndi, xx.xx.1992-ci il, şəxsiyyət vəsiqəsi AA******* (xx.xx.2022-ci il tarixində Naxçıvan DİN tərəfindən verilmişdir).Qeydiyyat məlumatlarına görə, iddiaçı Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Yuxarı Uzunoba ərazi dairəsi, Aşağı Uzunoba kəndində qeydiyyatda olmuş və qeydiyyata alındığı tarix 13 may 2005-ci ildir. Arayışı verən orqan ASAN-Naxçıvan, sənədin verilmə tarixi isə xx.xx.2025-ci ildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında pulun borca verilməsinə dair yazılı müqavilə olmasa da, Cavabdeh özünün şifahi izahatı ilə 72 manat məbləğin ona verilməsini təsdiq etmişdir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə etiraf etdiyi pul məbləğini ona qaytarmalıdır. Sözügedən əsasla da iddiaçının 472 manat borc pulun qaytarılmaması iddiası işin hər hansı halı ilə öz təsdiqini tapmamış, iddiaçı qeyd olunan məbləğin cavabdehdə olmasına dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 72 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən olunmuş hüquqi mövqeyə uyğun olaraq hazırki iş üzrə iddia tələbinə əsasən cavabdehin borc münasibətlərinə görə ödəməli olduğu 472 manat pulun ödənilməməsinə dair Mülki Məcəllənin 449-cu maddəsinə əsasən əlavə mülki məsuliyyətinin yaranması üçün müqavilə üzrə üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırması halının sübuta yetirilməsi tələb olunur. İş materiallarında isə cavabdeh tərəfindən belə qərəzli hərəkətlər edildiyinə dəlalət edən və borclunun həmin pulu özündə saxlamaqla faydalanması hər hansı mötəbər sübutlar yoxdur. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, tələb edilən pulun cavabdehin ödəyə bilməməsi hər bir halda onun iddiaçının pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya iddiaçının hesabına pul vəsaitini əsassız əldə etməklə özündə saxlamaqla varlanmaq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Odur ki, qeyd edilən hissəsə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasını və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, müqavilə əsasında üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və şərtləndirilmiş vaxtda yetirməmiş və borca aldığı 472 manat məbləğində borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə iclasında cavabdeh iddia tələbini sözügedən hissədə etiraf etməklə 72 manat borcun qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 72 manat alınaraq İddiaçın ödənilməlidir. Məhkəmə iddia tələbinin “qanunsuz istifadə edilən pula görə 400 manat məbləğin tutulması”na münasibətdə qeyd edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən olunmuş hüquqi mövqeyə uyğun olaraq hazırki iş üzrə iddia tələbinə əsasən cavabdehin borc münasibətlərinə görə ödəməli olduğu 472 manat pulun ödənilməməsinə dair Mülki Məcəllənin 449-cu maddəsinə əsasən əlavə mülki məsuliyyətinin yaranması üçün müqavilə üzrə üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırması halının sübuta yetirilməsi tələb olunur. İş materiallarında isə cavabdeh tərəfindən belə qərəzli hərəkətlər edildiyinə dəlalət edən və borclunun həmin pulu özündə saxlamaqla faydalanması hər hansı mötəbər sübutlar yoxdur. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh verilmiş borca görə 72 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 72 ( yetmiş iki ) manat məbləğində pulun və 30 (otuz ) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-307/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-307/2025
05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver