Məhkəmə qərarları › İş №2(080)-31/2020

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-31/2020

21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-31/2020 21.01.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ İş 2(089)-31/2020 Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad Rayon Məhkəməsi 21 yanvar 2020 Ordubad şəhəri Ordubad Rayon Məhkəməsinin x5 iddiaçı "xxxxxxxxxxx” x2 (MMC) cavabdeh Ağayeva (Vəliyeva) Lətafət Telman qızına qarşı borcun tutulması (digər tələb) tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxxxxxxxxx” x4 cavabdeh Ağayeva (Vəliyeva) Lətafət Telman qızına qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, HORFMAN markalı kondisioner üçün 281 manat ödənilməmiş hissəsi, 26 manat cərimə. Cəmi 307 manat, İMEİ kodu **********78178, Samsunq GalaxyJ6 markalı telefon üçün üçün 235 manat ödənilməmiş hissə, 14 manatcərimə, cəmi 249 manatın, ümumilikdə 556 manatın 30 manat dövlət rüsumunun əvəzi, cavabdeh Ağayeva (Vəliyeva) Lətafət Telman qızın alınaraq "xxxxxxxxxxx” x3 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxxxxxxxxx” MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxxxxxxxxx” MMC ilə bağlanmış 30.06.2018-ci il tarixli müqaviləyə əsasən HORFMAN markalı kondisioner üçün hər ay 307 manat olmaqla, 281 manat ödənilməmiş hissəsi, 26 manat cərimə, 14.08.2018-ci il tarixli müqaviləyə əsasən, cavabdeh **********78178, Samsunq GalaxyJ6 telefon alqı-satqı qiyməti 846 manat (18 ay x 47 manat) olan **********78178, Samsunq GalaxyJ6 markalı telefon üçün ümumilikdə 249 manat olmaqla, ondan 235 manat ödənilməmiş hissə, 14 manat cərimə pulu (hər gün üçün ödənilməmiş məbləğin 1% miqdarında cərimə pulu), borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1896 manat təşkil edir. Müqavilənin 2-ci maddəsinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Həmin müqavilənin 3.7-ci maddəsinə əsasən "Müştəri” "Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, "xxxxxxxxxxx” MMCinin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 30.06.2018-ci il və 14.08.2018-ci tarixli müqavilələrdən görünür ki, müqavilə əsasında Ağayeva (Vəliyeva) Lətafət Telman qızına "xxxxxxxxxxx” x1 30.06.2018-ci il tarixli müqaviləyə əsasən HORFMAN markalı kondisioner üçün hər ay 307 manat olmaqla, 281 manat ödənilməmiş hissəsi, 26 manat cərimə, 14.08.2018-ci il tarixli müqaviləyə əsasən, cavabdeh **********78178, Samsunq GalaxyJ6 telefon alqı-satqı qiyməti 846 manat (18 ay x 47 manat) olan **********78178, Samsunq GalaxyJ6 markalı telefon üçün ümumilikdə 249 manat olmaqla, ondan 235 manat ödənilməmiş hissə, 14 manat cərimə pulu, ümumilikdə 556 manat borc yaranmışdır. İş materiallarına əlavə olunmuş 14.08. 2018-ci il tarixli və 30.06.2018-ci il tarixli bildirişlərdən görünür ki, qısa bir zamanda ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə cavabdeh oğluna xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş 21.11.2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "xxxxxxxxxxx” MMC və Ağayeva (Vəliyeva) Lətafət Telman qızı arasında bağlanmış 14.08. 2018-ci il tarixli və 30.06.2018-ci il tarixli müqavilə üzrə cavabdehin “xxxxxxxxxxx” MMC-nə ümumilikdə 556 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. "xxxxxxxxxxx” MMC və Ağayeva (Vəliyeva) Lətafət Telman qızı arasında bağlanmış HORFMAN markalı kondisioner üçün 281 manat ödənilməmiş hissəsi, 26 manat cərimə. Cəmi 307 manat, İMEİ kodu **********78178, Samsunq GalaxyJ6 markalı telefon üçün üçün 235 manat ödənilməmiş hissə, 14 manatcərimə, cəmi 249 manatın, ümumilikdə 556 manatın 30 manat dövlət rüsumunun əvəzi, Ağayeva (Vəliyeva) Lətafət Telman qızından alınaraq “xxxxxxxxxxx” MMC-in xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar