Məhkəmə qərarları › İş №2(080)-31/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-31/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-31/2021 05.04.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı Bank “xxxx” ASC-nin Cavabdeh qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank “xxxx” ASC-nin Problemli Aktivlərlə iş departamentinin direktoru Nümayəndə iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, iddiaçı Bank “xxxx” ASC və Cavabdeh arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli, RPF-00943-16/19A saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə, Cavabdeh Bank “xxxx” ASC-nin xeyrinə 740.68 manat əsas borc, 5.28 manat faiz borcu, ümumilikdə cəmi 745.96 manat pulun və həmçinin ödənilmiş 30.40 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb Bank “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filalı ilə Cavabdeh oğlu arasında 23.09.2019-cu il tarixli RPF-00943-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Bank 807(səkkiz yüz yeddi ) manat 42(qırx iki) qəpik krediti illik 1(bir) faizlə 60 (altmış) ay müddətinə cavabdeh Cavabdeh oğlunun mülkiyyətinə vermiş, Cavabdeh oğlu isə həmin kreditdən iddiaçı ilə bağlanmış KP-027144-16/15U saylı 27 yanva 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 23.09.2024-cü il tarixinədək faiz ilə birlikdə Bank “xxxx” ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh 06 noyabr 2020-ci il tarixinə əsas borcu 740.68 manat faiz borcu 5.28 manat cəmi borcu 745.96 manat təşkil edir. Borcun ödənilməsi ilə əlaqədar cavabdehə dəfələrlə müraciət olunmasına, mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, borcun ödənilməsi ilə bağlı heç bir təşəbbüs göstərilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı Bank “xxxx” ASC-yə rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Nümayəndə ərizə ilə məhkəməyə müraciət etmiş, mülki işə iştirakları olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsiin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 23 sentyabr 2019-cu il tarixli, RPF-00943-16/19A saylı kredit müqaviləsindən görünür ki, Bank “xxxx” ASC və Cavabdeh oğlu arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh 807(səkkiz yüz yeddi ) manat 42 (qırx iki) qəpik krediti illik 1(bir) faizlə 60 (altmış) ay müddətinə verilmişdir. 1 saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlunun 23 sentyabr 2019-cu il tarixli, RPF-00943-16/19A nömrəli kredit müqaviləsi üzrə 06 noyabr 2020-ci il tarixinə əsas borcu 740.68 manat faiz borcu 5.28 manat, cəmi 745.96 manat kredit borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən cavabdeh Cavabdeh oğlu ilə iddiaçı Bank “xxxx” ASC arasında 23 sentyabr 2019-cu il tarixli, RPF-00943-16/19A nömrəli kredit müqaviləsi imzalanmış, Cavabdeh 60 ay müddətinə illik 1(bir) faiz olmaqla 807(səkkiz yüz yeddi ) manat 42(qırx iki) qəpik məbləğində kredit verilmişdir. Cavabdeh “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və nəticədə onun banka 740.68 manat əsas 5.28 manat faiz borcu, cəmi 745.96 manat borcu yaranmışdır. 23 sentyabr 2019-cu il tarixli, RPF-00943-16/19A saylı kredit müqaviləsinin 1.1-ci bəndində qeyd edilmişdir ki, borcalan həmin kreditdən borcalanla Bank “xxxx” ASC arasında bağlanmış KP-02714-16/15U saylı 27 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və 23.09.2024-cü il tarixinədək faizi ilə birlikdə Bank “xxxx” ASC-yə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirmiş müddətdə icra edilməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etməkdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsulliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin maddənin ikinci bəndinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı bank öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübut edə bilmişdir və cavabdeh kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş illik faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdeh tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Bank “xxxx” Açıq Səhimdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli, RPF-00943-16/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh Bank “xxxx” Açıq Səhimdar Cəmiyyətinin xeyrinə 740.68 manat əsas borc və 5.28 manat faiz borcu, cəmi 745.96 manat borcun və 30.40 manat dövlət rüsumu məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev. NAXÇİVAN MUXTAR RESPUBLİKASİ ORDUBAD RAYON MƏHKƏMƏSİ Bank “xxxx” ASC (Bakı şəhəri, Xətai rayonu,Yusif Səfərov küç 27) Surəti: Cavabdeh- Ordubad Rayon Üstüpü kəndi Ordubad Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(080)-31/2021 nömrəli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma:Qətnamənin surəti 03 vərəqədə Hakim : Tural Haqverdiyev 05 aprel 2021-ci il № 2(080)-31/2021

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar