Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-319/2025 09.02.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilinə vurmuş ziyanla əlaqədar avtomobilin hissələrinin sifariş verilməsi üçün ödənilən 1452 (min dörd yüz əlli iki ) manat pulun və ödənilmiş 35 (otuz beş ) manat dövlət rüsumunun alınaraq mənim xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, “JEEP GRAND CHEROKEE” minik markalı, **-BG-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüquqi ilə iddiaçıya məxsusdur. 28 aprel 2025-ci il tarixdə Ordubad rayonu Kotam kəndindən Düyülün kəndinə istiqamətində iddiaçının avtomobili hərəkət edərkən Cavabdeh ona məxsus “VAZ 2106” markalı 69-BE771 nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə sola dönmək istəyərkən düz yolda iddiaçının avtomobilinə dəymiş və nəticədə avtomobilin bir çox hissələri zədələnmişdir. AVTO MEXANİKA MMC-nin 11 iyun 2025-ci il tarixli zərər aktına əsasən, zədələnmiş avtomobil hissələrinin dəyişdirilməsi üçün usta xərci 1 910 (min doqquz yüz on) manat təşkil etmişdir. Əlavə olaraq, iddiaçının avtomobilinin bəzi hissələri Azərbaycanda tapılmadığından həmin hissələrin xarici ölkədən gətirilməsi üçün sifariş verilmiş və həmin hissələrin qiyməti 2 900 (iki min doqquz yüz) manat təşkil etmişdir.Sığorta təşkilatı olan "xxxx" MMC tərəfindən avtomobilə vurulan zərərin və hissələrin dəyişdirilməsi də daxil olmaqla 4 500 (dörd min beş yüz) manat sığorta ödənişi ödənilmişdir. Lakin avtomobilin hissələrinin xarici ölkədən gətirilməsi ilə bağlı sifariş verilən vaxt ödənilən gömrük haqqı — 29 may 2025-ci il tarixdə 487 (dörd yüz səksən yeddi) manat və 02 iyun 2025-ci il tarixdə 965 (doqquz yüz altmış beş) manat olmaqla cəmi 1452 (min dörd yüz əlli iki) manat — sığorta ödənişinə daxil edilməmişdir. Cavabdeh tərəfindən avtomobilin hissələrinin gətirilməsi üçün ödənilən gömrük haqqının ödənilməsi təmin olunmamışdır. Buna görə iddiaçı tərəfindən Cavabdeh xarici ölkədən gətirilmiş avtomobil hissələrinin gömrük rüsumu məbləği olan cəmi 1 452 (min dörd yüz əlli iki) manatın ödənilməsi tələb edərək Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilimə vurmuş ziyanla əlaqədar avtomobilin hissələrinin sifariş verilməsi üçün ödənilən 1452 (min dörd yüz əlli iki ) manat pulun və ödənilmiş 35 (otuz beş ) manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabeh Cavabdeh izahatında bildirmişdir ki, mən iddia ərizəsini oxumuşam və iddianı qəbul etmirəm. Mən ilk öncə bildirmək istəyirəm ki, 28 aprel 2025-ci il tarixdə “JEEP GRAND CHEROKEE” minik markalı, **-BG-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili mənim mülkiyyətimə məxsus “VAZ 2106” markalı 69- BE771 nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə sola dönmək istəyərkən düz yolda vurdum. Günah məndə idi və peşmanam. Lakin İddiaçı mən tərəfdən dəymiş ziyan "xxxx" MMC tərəfindən ödənilmişdir. Gömrük rüsum haqqı olan cəmi 1452 (min dörd yüz əlli iki) manat pulun mənim ödəməli olduğumu düşünmürəm. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə barəsidə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* saylı Qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1,-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Avto Mexanika MMC-nin xx.xx.2025 ci il tarixli Zərər Aktından görünür ki,ümumi məbləğ 1910 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh inzibati xətalar haqqında işlərə və ya cinayət işlərinə baxmağa səlahiyyəti olan orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarına əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs kimi müəyyən edilmişdir. İş materiallarında olan 985881522saylı qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən avtomobilə vurulan zərər 4500 (dörd min beş yüz) manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli VÖEN ********** Obyektin kodu ********* olan hesaba 872 manat və eyni tarixdə eyni hesaba qəbz nömrəsi **********5 olan qəbzlə 93.93 manat, yenə eyni hesaba qəbz nömrəsi **********3 olan qəbzlə 487.12 manat pul köçürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında məhkəməyə müraciət etməmişdən öncə bu barədə cavabdehə məlumat verdiyini lakin cavabdeh bununla razı olmadığın, bunun üçündə məhkəməyə müraciət etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi Cavabdeh təqsiri nəticəsində baş vermişdir. Bu hal xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta protokolu, TP ******* saylı inzibati tənbeh haqqında qərar və xx.xx.2025-ci il tarixli icbari sığorta hadisəsi barədə arayış ilə tam təsdiq olunur. Avtomobil qəzası nəticəsində dəymiş maddi zərərin əvəzi zərərçəkmişin tam zərərinin ödənilməsi prinsipi əsasında təmin edilməlidir. Mülki qanunvericiliyə əsasən, zərər dedikdə təkcə əmlakın zədələnməsi deyil, həm də onun əvvəlki vəziyyətə qaytarılması üçün çəkilmiş bütün zəruri və qaçılmaz xərclər, o cümlədən faktiki xərclər və digər əlaqəli itkilər başa düşülür. İş materiallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “JEEP GRAND CHEROKEE” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş, həmin zərərin bir hissəsi cavabdehin mülki məsuliyyətinin icbari sığortası üzrə "xxxx" MMC tərəfindən 4500 (dörd min beş yüz) manat məbləğində ödənilmişdir. Lakin həmin sığorta ödənişi iddiaçının faktiki olaraq çəkdiyi bütün xərcləri tam şəkildə əhatə etməmişdir. Məhkəmə nəzərə alır ki, avtomobilin bəzi ehtiyat hissələri Azərbaycan Respublikası ərazisində mövcud olmadığından iddiaçı həmin hissələri xarici ölkədən sifariş etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə 487,12 manat və xx.xx.2025-ci il tarixdə 872 və 93.93 manat manat olmaqla cəmi 1452.93 (min dörd yüz əlli iki manat doğsan üç qəpik) manat gömrük rüsumu ödənilmişdir ki, bu hal müvafiq ödəniş qəbzləri ilə sübuta yetirilmişdir. Avtomobilin bərpası üçün hissələrin xarici ölkədən gətirilməsi zəruri olmuş, həmin hissələrin gətirilməsi zamanı ödənilmiş gömrük rüsumu və əlaqəli dövlət ödənişləri avtomobilin əvvəlki vəziyyətə qaytarılması üçün qaçılmaz və zəruri xərclər olmaqla, iddiaçının çəkdiyi faktiki zərərin tərkib hissəsi hesab edilməlidir. Qanunvericiliyə əsasən, zərərçəkmiş şəxs ilkin olaraq sığortaçıdan sığorta məbləği həddində ödəniş almaq hüququna malikdir. Lakin sığorta ödənişi faktiki zərəri tam ödəmədikdə, qalan hissə, o cümlədən sığorta ödənişinə daxil edilməyən xərclər birbaşa zərərvuran şəxsdən tutulmalıdır. Bu yanaşma mülki məsuliyyətin ümumi prinsiplərinə və zərərin tam ödənilməsi prinsipinə tam uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1 və 1108.1-ci maddələrinin tələblərinə əsasən, yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsinin sahibi tərəfindən vurulmuş zərər tam həcmdə əvəz olunmalıdır. Bu baxımdan cavabdehin iddiaçı tərəfindən çəkilmiş gömrük rüsumu xərclərinin ödənilməsindən imtina etməsi zərərin tam ödənilməsi prinsipinə ziddir. Məhkəmə belə qənaətə gəlir ki, sığorta ödənişi ilə ödənilməyən və faktiki olaraq iddiaçı tərəfindən çəkilmiş 1452 (min dörd yüz əlli iki) manat gömrük rüsumu, habelə 35 (otuz beş) manat dövlət rüsumu Cavabdeh tutulmaqla iddiaçının xeyrinə ödənilməlidir.. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1452 ( min dörd yüz əlli iki ) manat məbləğində pulun və 35 (otuz beş ) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-319/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-319/2025
09.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver