Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-34/2024 23.01.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehin qanunsuz olaraq tamah niyyət ilə özgənin əmlakına gizli yolla talamaq məqsədilə ondan oğurladığı 3043.80 (üç min qirx üç manat səksən qəpik) manat məbləğində pulun və ödənilmiş 50.5 (əlli manat əlli qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində saxlanılan Cavabdeh iddia ərizəsinin və digər sənədlərin sürətləri göndərilmiş, ona məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmiş, Cavabdeh ərizə göndərərək onun iştirakı olmadan mülki işə baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, Cavabdeh onun Ordubad rayon Gənzə kəndinə yerləşən mənzilinə oğurluq məqsəsilə qanunsuz daxil olaraq 1 ədəd silsilə şəkilli qızıl boyunbağını, 1 ədəd mirvari şəkilində qızıl boyunbağını, həmin boyunbağının üzərində bir ədəd “Quran” şəkilində qızıl klonunu oğurlayaraq İddiaçı 4052.80 manat maddi ziyan vurmuşdur. Cavabdeh ona vurduğu 4052.80 manat maddi ziyanın 1009 manatını ödəmiş, 3043.80 manatı isə ödəmir. Cavabdeh Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Ordubad Rayon Məhkəməsinin 1(080)-4/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.Həmin Hökmdən Cavabdeh tərəfindən şikayət verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(108)-28/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Cavabdeh Apellyasiya şikayəti təmin edilməyərək Ordubad Rayon Məhkəməsinin 1(080)-4/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minmişdir.Bu səbəbdən də Cavabdeh 3043.80 manat məbləğində pulun və ödənilmiş 50.5 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə Qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçı tərəfin izahatını və çıxışını dinləyib, iş materiallarını, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, bu iş üzrə Cavabdeh İddiaçı Ordubad rayon Gənzə kəndinə yerləşən mənzilinə oğurluq məqsədi ilə qanunsuz daxil olaraq 1 ədəd silsilə şəkilli qızıl boyunbağını, 1 ədəd mirvari şəkilində qızıl boyunbağını, həmin boyunbağının üzərində bir ədəd “Quran” şəkilində qızıl klonunu oğurlayaraq İddiaçı 4052.80 manat maddi ziyan vurmuşdur. Cavabdeh ona vurduğu 4052.80 manat maddi ziyanın 1009 manatını ödəmiş, 3043.80 manatı isə ödəmir. Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Ordubad Rayon Məhkəməsinin 1(080)-4/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.Həmin Hökmdən Cavabdeh tərəfindən şikayət verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(108)-28/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Cavabdeh Apellyasiya şikayəti təmin edilməyərək Ordubad Rayon Məhkəməsinin 1(080)-4/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minmişdir.Bu səbəbdən də Cavabdeh 3043.80 manat məbləğində pulun və ödənilmiş 50.5 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə Qətnamə çıxarılmasını xahiş edir. AR Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilir ki, Şəxsin əmlak oğurluğuna görə məhkum olunmasına səbəb olan faktlar, həmin oğurluq nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair iddia üzrə məhkəmə qərarının çıxarılması üçün də əsas ola bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə məyyən edilmiş faktlar, habelə hüquqi münasibətlər digər prosesdə mübahisə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. AR Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Qanunvericiliyin göstərilən tələblərinə və iş materiallarında olan sübutlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh hüquqazid əməl ilə iddiaçıya ziyan vurmuşdur. Belə ki, onlar iddiaçı qarşısında mülki hüquq məsuliyyəti daşıyırlar. Bu səbəbdən iddiaçıya vurulmuş zərərin əvəzi zərərvuranlar tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin hesab edir ki, MPM-nın 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırkı iddia tələbi təmin olunduğundan, ödənilmiş dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 3043.80 (üç min qirx üç manat səksən qəpik) manat pul vəsaiti və ödənilmiş 50.5 (əlli manat əlli qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-34/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-34/2024
23.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver