Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-45/2024 28.02.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 1482 ( bir min dörd yüz səksən iki manat) manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, o, il yarımdır ki, Cavabdehlə mal-heyvan alveri etmişlər.Onlar Nəhəcir kəndindən Nizami adlı şəxsdən qoyun alaraq Ayxan adlı qəssaba vermişlər. Onlar qoyunları 180 manatdan almış və 25 qoyuna 4500 manat pul ödəmişlər və 5000 manata satmışlar. Bundan sonra Nizami qoyunları bikir, yəni hamısını satmaq fikrində olduğunu bildirdi. Onlar razılaşaraq 61 qoyuna 170 manatdan 10370 manat pul ödəmişlər.12000 manata Ayxana satmışlar. Hərəsinə 815 manat qazanc qalmışdır. O pulu da Tahir ona ödəməyib. Əlavə olaraq Külüsdən Camal adlı şəxsdən 60 baş quzu almışlar, 10650 manat pul ödəmişdir. 10-12 reys Tahirlə şərik işləmişlər. Həmin puldan Tahirin 75 manat ona borcu qalır. 60 manat isə Külüsdən Susaməddin adlı şəxsdən aldıqları qoyunlardan ona borcu qalıb. Qəssab Şamildən də 4 baş dana 800 manata alınıb, 1000 manata qəssaba verilib. Tahirin ona 400 manat bu puldan borcu qalır. Həmin danaları Çənnəb kənd sakini sürücü Erol adlı şəxs gətirmişdir. Əlavə olaraq o, Tahirə 80 manatlıq ot vermişdir. 2 tay kəpək, maşınının təkərini qardaşının maşınına salıb-bütün bunları ona keçmişdir.Onun iddiaçıya olan ümumi borcu 1482 manat təşkil edir. O Tahirin onu aldatdığını başa düşdükdən sonra Ordubad rayon Polis şöbəsinə müraciət etmişdir.Orda Tahir ona olan borcunu etiraf etsə də, hazırda pulu olmadığını bildirdi. Mən də, ona təcili pul lazım olduğu üçün nağd olaraq 550 manat ödəməsini və bunula bu işin bağlanmasım təklif etmişdir. Amma buna da razılaşmamış, Polis şöbəsinin əməkdaşları məhkəməyə müraciət etməyini məsləhət gördülər. Cavabdeh ona olan 1482 ( bir min dörd yüz səksən iki manat) məbləğində borc pulun alıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul etmiş, izahatında bildirmişdir ki, onun Çapaya 75 manat və 35 manat kamer borcu vardır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, cavabdeh iddiaçıya 75 manat və 35 manat kamer borcu olduğunu etiraf etmiş, iddiaçı isə 1482 ( bir min dörd yüz səksən iki manat) manatın cavabdehin ona borcu olması barədə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs(varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi “75 manat və 35 manat” manat hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin 1482 ( bir min dörd yüz səksən iki) manat hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsində qeyd edilən İddiaçı 1482 ( bir min dörd yüz səksən iki) Cavabdeh pul alacağ ilə əlaqədar məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Lakin cavabdeh 110 (yüz on manat) manat pulun iddiaçıya borclu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qanunvericliyin tələbinə əsasən cavabdeh 110 (yüz on manat) manat pulun iddiaçıya borclu olduğunu etiraf etmişdir, İddiaçı tərəfindən 1372 (min üç yüz yetmiş iki ) manatın cavabdehə verilməsi xüsusatları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Bu səbəbdən də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarından görünür ki, tərəflərin arasında yaranmış münasibət borc müqaviləsi olmasa da, cavabdehin hüquqi əsası olmadan əsassız varlanması öz təsdiqini tapır. Məhkəmə prosesi zamanı cavabdehin verdiyi izahatdan onun iddiaçıya 75 manat və 35 manat kamer borcu olduğu faktı öz təsdiqini tapır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi “pul tələbi” hissəsində 110 manat təmin edilməlidir. Məhkəmə iddia tələbinin “1482 ( bir min dörd yüz səksən iki)” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsində qeyd edilən 1482 ( bir min dörd yüz səksən iki) manatdan 110 (yüz on manat) manatının cavabdeh iddiaçıya borclu olduğunu etiraf etmişdir. İddiaçı tərəfindən 1372 (min üç yüz yetmiş iki ) manatın cavabdehə verilməsi və cavabdeh tərəfindən qaytarılmaması faktı ilə əlaqədar məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Qanunvericliyin tələbinə əsasən qeyd edilən xüsusatları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Bu səbəbdən də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi “pul tələbi” hissəsində təmin edilərək, Cavabdeh oğludan 110 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməli, iddia tələbi 1372 (min üç yüz yetmiş iki ) manat hissəsində təmin edilməməlidir. Həmçinin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə rədd edildiyindən İddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 35 manat dövlət rüsumunun 5 (beş ) manatı özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 110 (yüz on manat ) manat məbləğində pulun, və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. İddia qalan hissədə rədd edildiyindən İddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 35 manat dövlət rüsumunun 5 (beş ) manatı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-45/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-45/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver