Məhkəmə qərarları › İş №2(080)-46/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-46/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-46/2024 09.02.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh olundan 5550 (beş min beş yüz əlli) manat borc pulun və 76 ( yetmiş altı) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh ilə 01 yanvar 2023-cü il tarixdən bəzi ticarət əlaqələri qurmuş, əvvəlcə arpa, buğda, kəpək ticarəti edirdilər. Cavabdeh R.Qasımova təklif etmiş ki, topdan mal vuraraq satsınlar. R.Qasımov Cavabdeh inanaraq 25000 manatlıq Bakıdan mal vurdmuşdur.O və Cavabdeh həmin malın satışı ilə məşğul olurdu. Beləliklə, bir neçə dəfə R.Qasımov Cavabdeh mal vurmuşdur. Cavabdeh R.Qasımova satışdan pul ödəməmiş, pulun qazancından əlavə R.Qasımov Cavabdeh 100 kisə şəkər tozu vermiş, satışdan əldə olunan qazancı bölmüşlər, amma mayanı yenə də Cavabdeh R.Qasımova ödəməmişdir. R.Qasımov Bakıdan qayıtdıqdan sonra görmüşdür ki, nə mal var, nə də pul. Cavabdeh artıq R.Qasımovu aldatdığını başa düşmüş və ondan pulunu istəmişdir. Cavabdeh R.Qasımovdan pulu ödəmək üçün 15 gün vaxt istəmiş, pulun bir hissəsin hissə-hissə ödəsə də , hazırda Cavabdeh R.Qasımova 5550 manat borcu qalır. R.Qasımov Cavabdeh borcun ödəməsini tələb etsə də, müxtəlif bəhanələrlə boyun qaçırdığından R.Qasımov məcbur qalaraq məhkəmə qaydasında borcun ödənilməsi üçün müraciət etmişdir. Məhkəmə iclasında R.Qasımov Cavabdeh ona olan 5550 (beş min beş yüz əlli) manat borc pulun və 76 ( yetmiş altı) manat dövlət rüsumu üçün ödədiyi pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət etmiş, İddiaçı 3380 manat borcunun olmasını, 2700 manat borcunun qaytardığını, 10 iyun 2024-cü ildə borcunu qaytaracağını, xx.xx.2023-cü ildən işləməyə başladığını, iddianı qismən etiraf etdiyini bildirmişdir. İddiaçı Cavabdeh ona 3380 manat borcunun olmasına dair 3380 manat borcu ödəməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, cavabdeh məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək iddianı qismən etiraf etmişdir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verən qaytarmağı öhdəsinə götürür .Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5. maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verən qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən , məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüququ aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təstiq edilməli olan işlərin hallar başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin ediləcəyi düşünüldüyündən iş üzrə məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun və hüquqi xərclərin əvəzi, cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. İddia qalan hissədə rədd edildiyindən İddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 76 manat dövlət rüsumunun 17.2 (on yeddi manat iyirmi qəpik ) manatı özünə aid edilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi “pul tələbi” hissəsində təmin edilərək, Cavabdehdan 3880 (üç min səkkiz yüz səksən ) manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməli, iddia tələbi üzrə “2700 manat” borc mövcud olması, iddiaçı tərəfindən cavabdehə verilməsi və cavabdeh tərəfindən qaytarılmaması faktı ilə əlaqədar məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Qanunvericliyin tələbinə əsasən qeyd edilən xüsusatları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Bu səbəbdən də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3880 (üç min səkkiz yüz səksən ) manat məbləğində pulun, və iddia ərizəsinin verilməsinə görə 58.8 (əlli səkkiz manat səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. İddia qalan hissədə rədd edildiyindən İddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 76 manat dövlət rüsumunun 17.2 (on yeddi manat iyirmi qəpik ) manatı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə,işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar