Məhkəmə qərarları › İş №2(080)-51/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-51/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-51/2023 04.04.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 2230 (iki min iki yüz otuz manat) manat məbləğində pulun, və dövlət rüsumu kimi ödənilmiş 34 manat pulun cəmi 2264 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Bakı şəhəri Xətai rayonu, Babək prospektində yerləşən maşın bazarında tanış olmuşdur. Həmin vaxt onda olan BMV Markalı avtomaşının 4 ədəd disk-təkər dəstinin cavabdeh tərəfindən satılaraq satışdan əldə olunmuş puldan 2 200 manatını ona verməsi barədə razılığa gəlmişlər. Ancaq cavabdeh onun verdiyi malları satsa da vəd etdiyi pulun ona verilməsini müxtəlif bəhanələr gətirərək vermədi. Nəticədə məcburiyyət qarşısında qalıb Cavabdeh barəsində müvafiq tədbirin görülməsi üçün xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə müraciət etmişdir. Burada ərizəsi araşdırılmış və toplanmış materiallar üzrə təhqiqatçının xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edildi və ona işin qeyd olunan xüsusatlırı ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməyi bildirilmişdir. Adı çəkilən qərarda və eləcə də təhqiqatın materiallarında olan Cavabdeh verdiyi izahatında 1400 manatın ona borcunun olduğunu etiraf etmiş və pulu ödəyəcəyinə söz vermişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə yəni mən, Polisə müraciət etməmişdən öncə onun mənə 2230 manat borcunun olması barədə audio yazıları olmuşdur. Cavabdeh özünün həmin səsyazmasında tezliklə mənə göstərilən məbləği qaytaracağına söz vermişdir. Məhz, mən özüm də Polisə müraciət edəndə yazdığım ərizəmdə cavabdehin məni aldadıb 2200 manat pulumu ələ keçirdiyini göstərmişdim. Ancaq, Cavabdeh sonradan Polisdə verdiyi izahatında həmin puldan cəmi 1700 manatını etiraf etmişdir. Əslində isə mənə cavabdehin özünün səsyazmasında dediyi kimi 2230 manat borcu vardır. Ancaq, o, hazırkı vaxtadək pulu qayarmaq barədə verdiyi vədlərinə əməl etməmişdir. Yuxanda göstərilənlərə əsasən də “Pul tələbinə dair” hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, Polis Şöbəsindən təqdim etdiyi təhqiqatın materialları və cavabdehin səsyazmadakı səsləri məhkəmə tərəfindən sübut kimi qiymətləndirilərək Cavabdeh 2 230 (iki min iki yüz otuz) manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 34 (otuz dörd) manat pulun cəmi isə 2 264 (iki min iki yüz altmış dörd) manat pulun tutularaq ona verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, teleqramla məhkəməyə müraciət etmiş, mülki işə iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram vaistəsi ilə müraciət etmiş və iddiaçıya borcunun olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 02 sentyabr 2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Xətai RPİ-nin 34 polis PŞ-in Qərarından görünür ki Cavabdeh maddi imkansızlıq səbəbindən borcunu ödəyə bilmədiyini və borcunu ödəyəcəyinə söz vermişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh Xətai RPİ-də verdiyi izahatında İddiaçı BMW markalı avtomobilin 2 ədəd ayrı modeldə diskini satmaq üçün nisyə olaraq qəbul etdiyini, bir ədədini satıb və həmin diskin pulunu yəni 1700 manatını qaytardığını digər diskin isə satdıqdan sonra 800 manatını verdiyini yerdə qalan 1400 manat pulu isə maddi sıxıntıları ilə əlaqədar olaraq ödəyə bilmədiyini. Lakin qısa müddət ərzində həmin pulu ödəyəcəyini bildirmişdir. İddiaçı məhkəməyə sübut növü kimi audio yazılar təqdim etmişdir. Məhkəmə araşdırması zamanı audio yazılar sübut novü kimi dinlənilmiş və Cavabdeh İddiaçı 2230 manat borcunun olduğunun etiraf etmiş və tezliklə qaytaracağını bildirmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb, onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2230 (iki min iki yüz otuz) manat məbləğində pulun alınıb İddiaçı verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı BMW markalı avtomobilin 2 ədəd ayrı modeldə diskini satmaq üçün nisyə olaraq qəbul etmiş və satmış və satışdan əldə edilmiş pulun bir qismini iddiaçıya ödəməmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixdə Cavabdeh Xətai RPİ-də verdiyi izahatında İddiaçı BMW markalı avtomobilin 2 ədəd ayrı modeldə diski satmaq üçün nisyə olaraq qəbu etdiyini, bir ədədini satıb və həmin diskin pulunu yəni 1700 manatını qaytardığını digər diskin isə satdıqdan sonra 800 manatını verdiyini yerdə qalan 1400 manat pulu isə maddi sıxıntıları ilə əlaqədar olaraq ödəyə bilmədiyini, lakin qısa müddət ərzində həmin pulu ödəyəcəyini etiraf etmişdir. İddiaçı tərəfindən mülki işə əlavə edilmiş və məhkəmə araşdırması zamanı audio yazılar sübut novü kimi dinlənilmiş və Cavabdeh iddiaçıya 2230 (iki min iki yüz otuz) manat pul borcunun olduğunu etiraf etməsi müəyyən edilmişdir. Məhkəmə iddianı təmin edərkən, aşağıda qeyd edilmiş maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin- 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci madddəsinə görə Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2.-ci maddəsinə görə Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.3.-cü maddəsinə görə satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsində görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi tərəflər arasında bağlanmış nisyə satılmış alqı-satqı müqaviləsinə istinad edildiyindən, məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Çünki, iddiaçı ilə cavabdeh arasında əşyaların nisyə satışının həyata keçirildiyini və cavabdehin 2230 manat məbləğində borclandığı iddiaçı tərəfindən məhkəməyə təqdim etmiş sübutlara təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və iddiaçı ilə cavabdeh arasında əşyaların nisyə satışının həyata keçirildiyini borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair cavabdeh öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 2230 (iki min iki yüz otuz) manat məbləğində borc pul alınıb İddiaçı verilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 34 manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2230 (iki min iki yüz otuz ) manat məbləğində pulun, və 34 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar