Məhkəmə qərarları › İş №2(080)-52/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-52/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-52/2023 20.04.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X8 Haqverdiyevin sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil2, Cavabdeh, cavbdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 15650 ( on beş min altı yüz əlli ) manat məbləğində borc pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh onunla bir müəssisədə işləyir. İddiaçı həmin müəssisənin rəhbər vəzifəsidə işləyir. Cavabdeh isə onun tabeçiliyində işləyir. 2020-ci ilin sentyabr ayında Əyyub ona yaxınlaşaraq təcili pula ehtiyacı olduğunu bildirdirmişdir. İşlədiyi müddətdə Əyyubun pis hərəkətini görmədiyimdən ona pul verməyə razı olduğunu ,ancaq aralarında müqavilə bağlamaq şərti ilə pul verə biləcəyimi bildirmiş və cavabdeh ilə razılaşmışlar. Beləliklə xx.xx.2020-ci il tarixdə aralarında yazılı müqavilə imzalayaraq 4800 (dörd min səkkiz yüz) məbləğində pulu Cavabdeh vermişdir. Müqavilənin şərtinə görə Əyyub xx.xx.2020-ci il tarixdən 12 (on iki) ay müddətinə, hər ay üçün 400(dörd yüz) manat pulu geri qaytarmağı, girov olaraq şəxsi bankomat kartını qoyaraq lazım gələrsə hər ay həmin bankomat kartından pul çəkməyimə razılıq verməyi öhdəsinə götürmüşdür. Həmin məbləğdən cədvəl üzrə 4 ay pul ödəmişdir. Həmin ilin noyabr ayı Əyyub ona yaxınlaşaraq əlavə pula ehtiyacının olduğunu bildirdi. O isə Əyyubun borcu vaxtında ödədiyinə görə ona inanıb razılıq vermişdir. xx.xx.2020-ci il tarixdə təkrar iki müqavilə bağlayaraq 3600 manat və 2400 manat məbləğində Əyyuba pul vermişdir.3600 manat olan borcu 12 ay müddətində hər ay 300 (üç yüz) manat, 2400 (iki min dörd yüz) manat olan borcu isə 12 ay ərzində hər ay 200 (iki yüz) manat qaytarılması barədə öhdəlik götürmüş və eyni qaydada lazım gələrsə onun şəxsi bankomat kartından pul çəkməyə razılığını bildirmişdir. 28 noyabr 2020-ci il tarixdə onlar yenidən aralarında müqavilə bağlamışlar və Əyyuba 3600 (üç min altı yüz) manat məbləğində pul vermişdir. Müqavilənin şərtinə görə xx.xx.2020-ci il tarixdən etibarən 12 (on iki) ay müddətində , hər bir ay üçün 300(üç yüz) manat məbləğində pulu geri qaytarmağı öhtəsinə götürmüş və yenə zərurət olarsa verdiyi bankomat kartından həmin məbləğdə pul götürülməsinə razılıq vermişdir. Bu dəfəki borcundan 2 ay , cəmi 600 ( altı yüz) manat ödəniş etmişdir. Nəhayət 28 dekabr 2020-ci il tarixdə növbəti dəfə ona müraciət edərək pula ehtiyacının olduğunu bildirmiş və artıq bu pulla işlərini qaydaya qoya biləcəyini və borcunu bütünlüklə bağlayacağını bildirmişdir. O da Əyyubun sözünə inanıb əlavə olaraq 5400 (beş min dörd yüz) manat pulu Əyyuba vermiş, eyni formada aralarında müqavilə bağlamışlar. Müqavilənin şərtində Cavabdeh 12 ay müddətində hər ay üçün 450 ( dörd yüz əlli) manat məbləğində pulu geri qaytarmağı öhdəsinə götürmüş və girov olaraq şəxsi bankomat kartından onun istifadə etməyinə razılıq vermişdir. Lakin pulu alandan sonra sonuncu dəfə bir ay üçün 450 ( dörd yüz əlli) manat ödəniş etmişdir. Bundan sonra ödəniş vaxtı müxtəlif bəhanələr etməyə başlamışdır. Əvvələr Əyyuba çox inandığından və onun belə hərəkətlər edəcəyini ağlına belə gətirməmişdir.Təkrar-təkrar hər dəfə borc istəyəndə ona pul verməyinin səbəbi də ona olan etimadı və aralarında yaranan səmimi münasibət idi. İlk vaxtlar doğrudan da inanmışdır ki, yəqin çətin vəziyyətdə düşüb, necə olsa pulu qaytaracaq. Çünki hər dəfə aralarında söhbət olanda Cavabdeh borcu qaytaracağını bildirirdi. Nəhayət, son vaxtlar artıq onun pulu qaytarmaq fikrinin olmadığına tam əmin olmuşdur.Ona xəbərdarlıq edərək borcunu qaytarmağı qəti olaraq tələb etmişdir. Cavabdeh onun səmimiyyətindən və ona olan etimadından sui-istifadə edərək onun pulumu mənimsəmişdir. Cavabdehin ona olan borcunu qaytara bilməyəcəyini anlayaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı ifadəsində bildirmişdir ki, Cavabdeh onunla bir müəssisədə işləyib 2020-ci ilin sentyabr ayında Əyyub ona yaxınlaşaraq təcili pula ehtiyacı olduğunu bildirdi. İşlədiyi müddətdə pis hərəkətini görmədiyimdən ona pul verməyə razı olduğunu, ancaq aralarında müqavilə bağlamaq şərti ilə pul verə biləcəyini bildirmiş və cavabdeh razılaşmışdır. Cavabdehlə xx.xx.2020-ci il tarixdə aralarında yazılı müqavilə imzalayaraq 4800 məbləğində pulu Cavabdeh vermişdir. Müqavilənin şərtinə görə Əyyub xx.xx.2020-ci il tarixdən 12 ay müddətinə, hər ay üçün 400 manat pulu geri qaytarmağı, girov olaraq şəxsi bankomat kartını qoyaraq lazım gələrsə hər ay həmin bankomat kartından pul çəkməyinə razılıq verməyi öhdəsinə götürmüşdür. Həmin məbləğdən cədvəl üzrə 4 ay pul ödəmişdir. Həmin ilin noyabr ayı Əyyub ona yaxınlaşaraq əlavə pula ehtiyacının olduğunu bildirdi. Cavabdehin borcu vaxtında ödədiyinə görə ona inanıb razılıq vermişdir. xx.xx.2020-ci il tarixdə təkrar iki müqavilə bağlayaraq 3600 manat və 2400 manat məbləğində Əyyuba pul vermişdir. Cavabdeh 3600 olan borcu 12 ay müddətində hər ay 300 manat, 2400 manat olan borcu isə 12 ay ərzində hər ay 200 manat qaytarılması barədə öhdəlik götürmüş və eyni qaydada lazım gələrsə onun şəxsi bankomat kartından pul çəkməyə razılığını bildirmişdir. 28 noyabr 2020-ci il tarixdə cavabdehlə yenidən aralarında müqavilə bağlamış və cavabdehə 3600 manat məbləğində pul vermişdir. Müqavilənin şərtinə görə xx.xx.2020-ci il tarixdən etibarən 12 ay müddətində , hər bir ay üçün 300 manat məbləğində pulu geri qaytarmağı cavabdeh öhdəsinə götürmüş və yenə zərurət olarsa verdiyi bankomat kartından həmin məbləğdə pul götürülməsinə razılıq vermişdir. Bu dəfəki borcundan 2 ay , cəmi 600 manat ödəniş etmişdir. Nəhayət 28 dekabr 2020-ci il tarixdə növbəti dəfə cavabdeh ona müraciət edərək pula ehtiyacının olduğunu və artıq bu pulla işlərini qaydaya qoya biləcəyini və borcunu bütünlüklə bağlayacağını bildirmişdir. Mən də onun sözünə inanıb əlavə olaraq 5400 manat pulu Əyyuba vermişdir. Eyni formada aralarında müqavilə bağlamışlar. Müqavilənin şərtində Cavabdeh 12 ay müddətində,hər ay üçün 450 manat məbləğində pulu geri qaytarmağı öhdəsinə götürdü və girov olaraq şəxsi bankomat kartından onun istifadə etməyinə razılıq vermişdir. Lakin pulu alandan sonra sonuncu dəfə bir ay üçün 450 manat ödəniş etdi. Bundan sonra ödəniş vaxtı müxtəlif bəhanələr etməyə başladı. İlk vaxtlar doğrudan da inanırdım ki, yəqin çətin vəziyyətdə düşüb, necə olsa pulu qaytaracaq. Çünki hər dəfə aramızda söhbət olanda borcu qaytaracağını bildirirdi. Nəhayət, son vaxtlar artıq onun pulu qaytarmaq fikrinin olmadığına tam əmin olmuşdur. Cavabdehin ona bu günə olan borcu 15650 manat təşkil edir. İddiaçı məhkəmədən obyektiv və ədalətli bir şəkildə araşdırıb iddiamın təmin olunması barədə qərar çıxarmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının vəkili Vəkil2 iddianı müdafiə etdiklərini, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlandığını və cavabdehin müqavilə üzrə iddiaçıya borclu olduğunun tərəflər arasında bağlanmış müqavilələr ilə təsdiq olunduğunu və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh ifadəsində 2011-ci il tarixindən işlədiyi Ordubad Rayon Biləv Su elektrik stansiyasından arayış alaraq Kapital bankdan kredit götürməklə özünə avtomabil almışdır. Yenidən arayış almaq üçün Ordubad rayon Biləv Su elektrik stansiyasının müdri İddiaçı müraciət etmişdir, İddiaçı ona arayış verməyərək “fərqi nədir mən sənə nə qədər desən pul verəcəm sən də mənim pulumu faizlə birlikdə qaytarasan” bildirmişdir. Onların arasında 1000 manat pula, 200 manat faiz ödənilməsi şərti ilə razılıq əldə olunmuşdur. İddiaçı arayış vermədiyindən məcbur qalıb İddiaçı 2013cü il tarixdən faizlə pul götürmüşdür. İddiaçı 3000 manat pul verəndə faizlə birlikdə 3600 manat qeyd edirdi. O, götürdüyü pulları ödədikdən sonra yenidən 20% faizə pulu götürmüşdür. İddiaçı tərəfindən tərtib edilmiş blankda pulu verəndə imza etməli idi, amma həmin tərtib olunmuş blankda bir necə dəfə imza edib pulu verdiyin , qalan vaxtlarda isə pulu versə də onun tərəfindən həmin blanklara imza edilməmişdir. İddiaçı tabeçiliyində olduğundan ona təsir etmiş, onların arasında pulla bağlı söz söhbət olmuş, bundan sonra onun tərəfindən İddiaçı barəsində Ordubad Rayon Biləv Bölməsinə şikayət etmiş, onu narahat etdiyini bildirmişdir. İddiaçı X3 4000-4500 manat pul borcunun olduğunu bildirmişdir. Bundan sonra həyat yoldaşı Şahid1 kredit götürməklə Sahibin borcunu ödəmişdir. Əlavə olaraq onun maaş kartı Sahibdə idi borcun bir qismində maaş kartından götümüşdür. Onlar mübahisə bağlı 2022-ci ilin yanvar ayında Ordubad Rayon Biləv bölməsində olmuşlar. Ordubad Rayon Biləv bölməsində Sahib 4000-4500 manat borcunun olduğunu bildirmişdir. O da həmin borcu təxminən fevral ayında qaytarmışdır. Sahib telefonda danışanda, onun Sahibə 4000-4500 manat borcunun olduğunu telefonda təsdiq edir. Onun Sahibə heç bir pul borcu yoxdur. Cavabdeh İddiaçı tərəfindən ona qarşı qaldırılmış iddia əsassız olduğundan, iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin vəkili Vəkil1, iddiaçı tərəfindən qaldırılmış iddia tələbinin əsassız olduğunu və iddianın rədd olunması haqqında məhkəmə tərəfindən qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında iddiaçı tərəfindən Şahid3 və Şahid4 şahid qismində dindirilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Cavabdeh ilə Ordubad Rayon Biləv Su elektrik stansiyasında işlədiyini cavabdehin onun yanında dəfələrlə İddiaçı borcu olduğunu, cavabdehdən dəqiq nə qədər borcu olduğunu eşitmədiyini, ancaq iş yoldaşları arasında olan söhbətlərdən Cavabdeh, İddiaçı on beş min manat borcunun olduğu haqqında eşitdiyini ifadəsində bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Cavabdeh ilə Ordubad Rayon Biləv Su elektrik stansiyasında işlədiyini cavabdehin onun yanında dəfələrlə İddiaçı borcu olduğunu, Cavabdeh ilə onun arasında olan söhbətdə Əyyubun ona İddiaçı borcu olduğunu bildirdiyini. Ancaq hansı məbləğdə olduğunu bildirmədiyi, müəssisədə işçilər arasında olan söhbətlərdə isə Cavabdeh, İddiaçı on beş min manat borcu olduğu haqqında eşitdiyini ifadəsində bildirmişdir. Cavabdeh tərəfi məhkəmə baxışında Şahid1 və Şahid2 məhkəmə baxışında şahid qismində dindirilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, cavabdehin həyat yoldaşıdır, iddiaçı ilə onun arasında olan telefon danışığında iddiaçıdan “Əyyubun sənə nə qədər borcu var” deyə soruşmuş, iddiaçı da cavabdehin ona 4000- 4500 manat borcu olduğun demişdi. Bu danışıqdan sonra onun banka gedib 3100 manat məbləğində kredit götürdüyünü Sahib müəllimə verdiyini, iddiaçı isə əlavə qalan borcun Əyyubun kartını alaraq hər ay əmək haqqından 400-450 manat olmaqla çıxacağını bildirdirmişdir. Daha sonra iddiaçı zəng vuraraq bildirmişdir ki, Əyyubun borcu bitmişdir. Amma indi iddiaçı cavabdehin on beş min manatdan çox borcu oluduğunu bildirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində onun Gilançay kəndinin İƏDÜ üzrə nümayəndəsi olduğunu cavabdehin Gilançay kəndində yaşadığını bildirmişdir. Cavabdehin ailəsində münaqişə olduğunu bilmiş və evlərinə yaxınlaşmışdır, Cavabdehin həyat yoldaşı Cəmalə xanım Əyyubun İddiaçı 4500 manat borcunun olduğunu demiş və mübahisənin bu borca görə düşdüyünü bildirmişdir . Daha sonra ailə ilə maraqlandıqlarını və Şahid1 Əyyubun borc məsələsinin artıq bitdiyini və iddiaçıya olan borcunu qaytardığını ona dediyini ifadəsində bildirmişdir . Cavabdeh tərəfindən sübut növü kimi məhkəməyə təqdim edilmiş flaşh kart yaddaşında olan səs qeydləri məhkəməyə təqdim edilmiş və kompüter vaistəsi ilə səsləndirilmiş və məhkəmə iclas zalında olan proses iştirakçılarının iştirakı ilə dinlənilmiş və müəyyən edilmişdir ki cavabdeh iddiaçıya borcunun olduğunu bildirir və borcunu maddi imkanı olmadığından ödəyə bilmədiyini və maddi imkanı olan kimi borcunu qaytaracağını bildirməsi müəyən edilir. Məhkəmə baxışında müəyyən edilmişdir ki iddiaçı tərəfindən mülki işə sübut növü kimi əlavə edilmiş iddiaçı və cavabdehin öz aralarında bağladıqları 28 sentyabr 2020-ci il tarixli 4800 manat məbləğində borc müqaviləsi, 28 oktyabr 2020-ci il tarixli 2400 manat məbləğində, 28 oktyabr 2020-ci il tarixli 3600 manat məbləğində, 28 noyabr 2020-ci il tarixli 3600 manat məbləğində və 28 dekabr 2020-ci il tarixdə 5400 manat məbləğində öz aralarında borc müqaviləsi bağlamışlar və cavabdeh müqavilələr üzrə iddiaçıdan götürdüyü borc məbləğini aylar üzrə ödəməyi və cavabdeh borcunu ödəyərkən müqavilədə nəzərdə tutulmuş cədvəldə tərəflərin lazımı qeydlər edərək imzalanması nəzərdə tutulur. Cavabdeh iddiaçı ilə öz aralarında həmin müqavilələrin bağlandığını məhkəmə baxışında etiraf etmişdir. Məhkəməyə cavabdeh tərəfindən sübut növü kimi təqdim edilmiş flaşh kart yaddaşında olan səs qeydlərinində, cavabdehin iddiaçıya borclu olduğu və maddi imkanı olan kimi borcunu ödəyəcəyi bildirdiyi müəyyən olunur. İş materiallarında olan- İddiaçı və cavabdehin öz aralarında bağladıqları 28 sentyabr 2020-ci il tarixli 4800 manat məbləğində, 28 oktyabr 2020-ci il tarixli 2400 manat məbləğində, 28 oktyabr 2020ci il tarixli 3600 manat məbləğində, 28 noyabr 2020-ci il tarixli 3600 manat məbləğində və 28 dekabr 2020-ci il tarixdə 5400 manat məbləğində olan müqavilələrdən görünür ki, tərəflər aralarında borc müqaviləsi bağlanmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 285 saylı arayışdan görünür ki, Zeynalov X2 şəhəri, 2-ci məhəllə, ev 24 ünvanında yaşayır. Ordubad rayonu İH Gilançay kənd İƏD-üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş 07 saylı arayışdan görünür ki, Kərimli X5 rayonu Gilançay kəndində yaşayır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb, onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 15650 ( on beş min altı yüz əlli) manat alınıb İddiaçı verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 28 oktyabr 2020-ci il tarixli 2400 manat məbləğində, 28 oktyabr 2020-ci il tarixli 3600 manat məbləğində, 28 noyabr 2020-ci il tarixli 3600 manat məbləğində və 28 dekabr 2020-ci il tarixdə 5400 manat məbləğində öz aralarında borc müqaviləsi bağlamışlar və cavabdeh müqavilələr üzrə iddiaçıdan götürdüyü borc məbləğini aylar üzrə ödəməyi və cavabdeh borcunu ödəyərkən müqavilələrdə nəzərdə tutulmuş cədvəldə tərəflərin lazımı qeydlər edərək imzalanması nəzərdə tutulmuşdur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, 28 sentyabr 2020-ci il tarixli 4800 manat məbləğində borc müqaviləsi üzrə cavabdeh 1600 manat, 28 oktyabr 2020-ci il tarixli 2400 manat məbləği üzrə 600 manat, 28 oktyabr 2020ci il tarixli 3600 manat olan borc müqaviləsi üzrə 900 manat məbləğində, 28 dekabr 2020ci il tarixli 5400 manat olan borc müqaviləsi üzrə 450 manatını iddiaçıya qaytarmış və tərəflər imzalamışlar. Müqavilələrdən göründüyü kimi cavabdehin bağlanmış müqavilələr üzrə iddiaçıya ödədiyi məbləğ çıxıldıqdan sonra iddiaçıya ödəyəcəyi cəmi məbləğ 15650 ( on beş min altı yüz əlli) manat təşkil edir. İddiaçı tərəfindən məhkəmə baxışında idindirilməsini istədiyi və məhkəmə baxışında dindirilmiş şahidlər Şahid3 və Şahid4 ifadələrində cavabdehin iddiaçıya borclu olduğunun təsdiq etmişlər, lakin cavabdehin 15650 ( on beş min altı yüz əlli) manat borcunun olduğunu təsdiq edə bilməmişlər. Cavabdeh tərəfindən məhkəmə baxışında idindirilməsini istədiyi və məhkəmə baxışında dindirilmiş şahidlər Şahid2 və Şahid1 ifadələrində iddiaçı ilə cavabdeh arasında bağlamış müqavilələr üzrə cavabdehin borcunun iddiaçıya ödənilməsini təsdiq edə bilmədilər. Məhkəməyə cavabdeh tərəfindən sübut növü kimi təqdim edilmiş flaşh kart yaddaşında olan səs qeydlərinində, cavabdehin iddiaçıya borclu olduğu və maddi imkanı olan kimi borcunu ödəyəcəyini bildirdiyi müəyyən olunur. Səs qeydlərində cavabdehin 15650 ( on beş min altı yüz əlli) manat borcunun iddiaçıya ödədiyi təsdiqini tapmır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci tarixli razılıq ərizəsindən görünür ki, cavabdeh iddiaçıya olan borcunun hissə-hisssə ödənilməsi məqsədi ilə əmək haqqından tutulmasına razı olduğunu bildirmişdir. Məhkəmə iddianı təmin edərkən, aşağıda qeyd edilmiş maddi hüquq normaları baxımından da iddianı qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1 və 740.2-ci maddələrinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin- 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi tərəflər arasında bağlanmış borc müqaviləsinə istinad edildiyindən, məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Çünki, cavabdeh iddiaçı qarşısında 15650 ( on beş min altı yüz əlli) manat məbləğində borclandığını borc müqavilələri imzalamaqla təsdiq etmiş, həmin pulu borc müqavilələrində nəzərdə tutulmuş tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin göstərilən tarixədək bu öhdəliyini yerinə yetirməmişdir. Göründüyü kimi, borc müqaviləsini cavabdehin imzalaması iddiaçı və cavabdeh arasında etibarlı hüquq münasibətinin olmasını və iddiaçının cavabdehdən qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, tərəflər arasında borc müqaviləsi imzalandığından, həmin borcun olmamasına istinad edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdeh borc müqaviləsi üzrə 15650 ( on beş min altı yüz əlli) manat məbləğini iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 15650 ( on beş min altı yüz əlli) manat məbləğində borc pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Ordubad Rayon Məhkəməsinin hesabına, 3703 nömrəli qəbzlə iddia tələbi ilə bağlı 177 manat dövlət rüsumu ödəmişdir. Dövlət Rüsumu haqqında qanunun 8.1.3- maddəsinin tələbinə əsasən 10000 manatdan yuxarı olan iddia tələbi ilə bağlı iddialar üzrə 0,3 faiz miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə belə nəticəyə gəlir ki iddiaçı tərəfindən 40,05 (qırx manat, beş qəpik ) manat artıq dövlət rüsumu ödənilmişdir və iddiaçının özünə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, ödənilmiş 136.95 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia təmin edilsin. Cavabdeh 15650 (on beş min altı yüz əlli ) manat məbləğində pulun və 136.95 (yüz otuz altı manat, doxsan beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən Kapital Banka ASC-nin Ordubad Rayon filialına xx.xx.2023- cü il tarxdə 3703 nömrəli qəbzlə 177 manat məbləğində ödənilmiş dövlət rüsumun artıq ödənilmiş hissəsi, 40,05 (qırx manat beş qəpik ) manat İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə,işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar