Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-53/2024 21.02.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 1350 (bir min üç yüz əlli manat ) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh 2023-cü ilin avqust ayında Bakı şəhərində torpaq almaq məqsədi ilə 5100 (beş min bir yüz) manat pul vermiş və əlavə olaraq Cavabdeh İddiaçı satdığı torpaqda tikinti aparmaq üçün 600(altı yüz) manatlıq kubik daşı tökdürmüşdür. Sonradan məlum olub ki, Babafev Nurlan ona satdığı torpaq tamam başqa adama məxsusdur və Cavabdeh İddiaçı 5700(beş min yeddi yüz) manat qaytarmalı idi. İddiaçı Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət etdkdən sonra müvafiq araşdırma aparılmış və onun verdiyi pulun 4350(dörd min üç yüz əlli) manatı qaytarılmışdır. Bu günə Cavabdeh İddiaçı 1350(bir min üç yüz əlli) manat pul qaytarmalıdır. Aparılmış araşdırma üzrə Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində təhqiqatçı Fərid Rəhimov tərəfindən cinayət işinin başlanmasının rədd olunması haqqında qərar çıxarılmış və həmin qərarda qalan pulun qaytarılması üçün məhkəməyə müraciət etməyi qeyd edilmişdir. Odur ki, məcbur olub məhkəməyə müraciət edir. Cavabdeh ona verəcəyi 1350(bir min üç yüz əlli) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, İddiaçı məhkəmə iclasına gəlməmiş, 20 fevral 2024-cü il tarixdə teleqram ilə məhkəməyə müraciət etmiş, səhhəti ilə bağlı iştirak edə bilmədiyini, onun iştirakı olmadan mülki işə baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin təhqiqatçısı polis mayoru Fərid Rəhimov tərəfindən qəbul edilmiş 25 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin qərar əsasında İddiaçı Cavabdeh barəsində şikayəti əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Sözügedən qərarın təsviri-əsaslandırıcı hissəsində aparılan araşdırma zamanı Ordubad Rayonu Vələver kəndində qeydiyyatda olan Cavabdeh izahatının alındığı qeyd edilmişdir. Aparılan təhqiqat araşdırması zamanı polis şöbəsində verdiyi izahatda Cavabdeh, İddiaçı barəsində vermiş olduğu şikayətlə tanış olduğunu, o, təqribən 3 il bundan öncə Bakı şəhəri,Sabuncu rayonu, Məhəmmədi kəndində özünə 12 sot kənd təsərrüfatı təyinatlı torpaq etibarnamə əsasında X1 300 manat pula almış, pula ehtiyacı olduğundan Məmmədli kəndində olan ev alqı-satqısı işinə baxan şəxslərə torpağında 2 sotunu satmaq istədiyini, bildirmiş, xx.xx.2023-cü il tarixdə makler kimi tanıdığı Fizuli, Məşədi Ruhi və Tarqulu adlı şəxslər ona zəng edərək bir nəfər şəxsin torpaq almaq istədiyini, Cavabdeh onlara satmaq istədiyi torpağın yanna dəvət etmişdir. Təqribən saat 22 radələrində birlikdə satacağı torpağın yanında görüşmüşdürlər. Cavabdeh qeyd edilən 2 sot torpağı İddiaçı göstərərək torpağın sotunu 3 min manatdan satdığını bildirmiş, sonradan İddiaçı imkanının olmadığını bildirdikdə torpağın sotunu 2500 manata sata biləcəyini demişdir. İddiaçı ilə şifahi olaraq razılığa gəlmiş və qeyd edilən torpağın yanında olarkən İddiaçı öz kart hesabından Cavabdeh istifadəsində olan kapital banka məxsus 4169 7388 4675 3402 saylı karta 600 manat pul beh göndərmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı ilə birlikdə Bakı şəhəri 17 saylı notariat konturuna gedərək orada İddiaçı 98 il 11 ay 30 günlük xx.xx.2006-cı il tarixdə verilmiş olan MH 003241 seria nömrəli ********* qeydiyyat nömrəli, **********52 reyster nömrəli çıxarışdan 0.857626 hektardan 200 kv.m torpaq hissəsini etibarnamə əsasında ona vermişdir. Bundan sonra R.Məhhərrəmov onun 4169 7388 4675 3402 saylı kart hesabına 4500 manat pul göndərmişdir. İddiaçı qeyd edilən ona satmış olduğu torpaq sahəsində tikinti işləri aparmağa başlamış, ona zəng edərək tikinti işlərinə ona icazə verilməməyini bildirərək torpağı geri qaytarmaq istədiyini bildirmişdir. Cavabdeh övladının xəstə olması səbəbindən torpağı ucuz qiymətə satmasını bildirərək, İddiaçı torpağı satan zaman kənd təsərüffatı təyinatlı torpaq olmasını bildirərək torpağın ümumi çıxarışını ona verməsini bildirmişdir. Araşdırma zamanı izahatı alınmış Teyfur Abdullayev izahatında bildirmişdir ki o, ev alqı satqısı işi ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə Ayaz adlı qonşuluqda yaşayan şəxs ona tanışı İddiaçı torpaq lazım olmasını bildirdi. O, İddiaçı ev alqı satqısı işi ilə məşğul olan Fizulu və Ruhi adlı şəxslərin yanına gətirmiş, həmin zaman Fizuli və Ruhi adlı şəxslə birlikdə Məmədli kəndində 2 sot torpaq R. Məhərrəmova göstərmişlər. Torpağın sotu 3500 olduğundan İddiaçı baha olmasını bildirmişdir. Həmin zaman həmkəndliləri Nurlan qeyd edilən torpağa yaxın yerdə öz torpağının yanında idi. Nurlan omlara öz torpağının olmasını və həmin torpağın 2 sotunu satmasını bildirdi. R.Məmmədov Nurlanın torpağına baxdıqdan sonra həmin torpağı bəyəndiyini bildirdi. Aralarında 2 sot torpağın 5100 manat qiymətə razılaşdılar. Həmin zaman İddiaçı öz kartından Nurlanın kartına 600 manat beh pul atdı. Bundan sonra eşitməsinə görə səhəri günü Nurlan R. Məhərrəmova yerdə qalan 4500 manat pulu alaraq ona torpağa görə etibarnamə vermişdir. T.Abdullayev ona verilən suallara cavab olaraq, gördüyü işin müqabilində Nurlandan 500 manat pul almasını bildirərək, torpağın təyinatının kənd təsərüfatlı olmasını bildirərək torpağın təyinatı barədə İddiaçı məlumat verdiklərini bildirmişdir. Araşdırma zamanı izahatı alınmış, Ruhil Məlikov T.Abdullayev ilə eyni məzmunlu izahat verdiyi 25 sentyabr 2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin cinayət işinin başlanılmasının rədd olunması haqqında qərarından müəyyən olunur . Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs(varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin faktiki hallarından görünür ki, iddiaçı və cavabdeh arasında mübahisə 2 sot torpağın 5100 manat qiymətə razılaşdıqdan sonra İddiaçı öz kartından Cavabdeh kartına 600 manat beh pul atması, sonradan Cavabdeh R.Məmmədovdan yerdə qalan 4500 manat pulu alaraq ona torpağa görə etibarnamə verməsi və İddiaçı 600 manat verib həmin torpaq sahəsinə kubik daş tökdürməsi işdir. Təhqiqat zamanı cavabdehin polis şöbəsində verdiyi izahatdan onun iddiaçıdan 5100 manat məbləğində pul aldığı faktı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18ci Polis Şöbəsinin təhqiqatçısı polis mayoru Fərid Rəhimov tərəfindən qəbul edilmiş 25 sentyabr 2023-cü il tarixli qərarından da öz təsdiqini tapır. İddiaçı iddia ərizəsində Cavabdeh verdiyi 5100 (beş min bir yüz) manat pulun 4350 (dörd min üç yüz əlli) manatının ona qaytarıldığını iddia ərizəsində bildirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi “750” manat hissəsində təmin edilməlidir. Belə ki cavabdeh iddiaçıdan aldığı 5100 (beş min bir yüz) manat pulun 750 manatını cavabdehə qaytarması barədə heç bir sübut məhkəmə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin 600 manat hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsində qeyd edilən İddiaçı 600 manat verib həmin torpaq sahəsinə kubik daş tökdürməsi ilə əlaqədar məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Qanunvericliyin tələbinə əsasən qeyd edilən xüsusatları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Bu səbəbdən də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 33.5 (otuz üç manat əlli qəpik ) məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin pul tələbini 750 hissəsində təmin edilərək, Cavabdeh 30 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməli, iddia tələbi “600 manat” kubik daşı tökdürməsi hissəsində təmin edilməməlidir. Həmçinin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edildiyindən İddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 33.5(otuz üç manat əlli qəpik ) manat dövlət rüsumunun 3.5 (üç manat əlli qəpik ) manatı özünə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 750 (yeddi yüz əlli manat ) manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə 30 (otuz ) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. İddia qalan hissədə rədd edildiyindən İddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 33.5(otuz üç manat əlli qəpik ) manat dövlət rüsumunun 3.5 (üç manat əlli qəpik ) manatı özünə aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-53/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-53/2024
21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver