Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-54/2024 08.02.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh olundan 1106 (min yüz altı) manat borcun və 32 (otuz iki) manat dövlət rüsumunun, ümumilikdə 1138 (min yüz otuz səkkiz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh 27 may 2023-cü il tarixində onun yanına gələrək Bakı şəhərinə aparmaq məqsədi ilə 960 manat dəyərində 200 paket 1 litrlik və 390 manat dəyərində 100 paket 0,5 litrlik “Darıdağ” mineral suyunu, ümumilikdə 1350 manat dəyərində nisyə olaraq “Dandağ” mineral suyu götürmüşdür. Sonradan qısa zaman ərzində 190 manat dəyərində “Darıdağ” mineral suyunu özünə geri qaytarmışdır. Lakin ümumilikdə 1106 (min yüz altı) manat dəyərində “Darıdağ” mineral suyunu aparmış və ən qısa zamanda apardığı mala görə ona borclu qaldığı 1106 (min yüz altı) manat pulunu verəcəyini bildirmişdir.30 avqust 2023-cü il tarixində isə yazılı olaraq ona verdiyi “Darıdağ” mineral suyuna görə ona borclu olduğu 1106 (min yüz aitı) manat pulu xx.xx.2023-cü il tarixinədək ödəyəcəyini təsdiq edərək, imza ataraq ona ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin Rasim nə söz verdiyi tarixdə, nə də ki, həmin tarixdən bu günədək həmin borc puldan ona bir manat da geri qaytarmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh 2023-cü ilin dekabr ayında ona 550 manat pul göndərdiyini, bu səbəbdən də Cavabdeh 556 manat borcun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı tələbin azaldılması barədə ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olduğundan qəbul edilmiş, İddiaçı Cavabdeh 556 manat borcun alınıb ona ödənilməsi barədə tələbinə baxılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, İddiaçı 550 manat borcunun olmasını, iddianı etiraf etdiyini bildirmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 608 nömrəli, 27 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Babək Rayonunun Sirab kəndində yaşayır. 185 nömrəli, 06 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Ordubad Rayonunun Darkənd kəndində qeydiyyatdadır. 0093490 saylı 27 may 2023-cü il tarixli qaimə fakturadan görünür ki, Cavabdeh İddiaçı 1350 manatlıq 01 litirlik 200x4.8=960, 05 litirlik 100x3.9= 390, ümumilikdə 1350 manatlıq Darıdağ mineral almışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, cavabdeh məhkəməyə ünvanlandığı ərizəsində iddianı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi təmin edilməlidir. Məhkəmə 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdəcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsümunun əvəzi Cavabdeh alınıb İddiaçı verilməlidir. İddiaçı tərəfindən iddia ərizəsi verilərkən Ordubad Rayon Məhkəməsinə artıq ödənilmiş 2 (iki) manat dövlət rüsümu özünə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 556 (beş yüz əlli altı manat ) manat məbləğində pulun, və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən iddia ərizəsi verilərkən xx.xx.2023-cü il tarixli, 9285 nömrəli qəbzlə Ordubad Rayon Məhkəməsinə artıq ödənilmiş 2 (iki) manat dövlət rüsümu özünə qaytarılsın. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-54/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-54/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver