Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-58/2021 18.03.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Haqverdiyev Tural Ziyad oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, Ordubad Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(080)-102/2020-ci nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılması, Cavabdeh xx.xx.2012-ci il tarixdə doğulmuş X7 və xx.xx.2018-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 120 manat olmaqla, hər ay 240 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdehla xx xxxxx 2011-ci il tarixdə Ordubad rayon Dəstə kənd İƏDÜNdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar.Birgə nikahlarından xx.xx.2012-ci il tarixdə X7 və xx.xx.2018-ci il tarixdə X10 anadan olmuşlar.H.X2 Moskva şəhərində yaşayır, bizneslə məşğul olur, ailəsi ilə əlaqə saxlamır.İddiaçı isə 3 il uşaqları maddi cəhətdən təmin etmiş, Cavabdeh isə 3-4 aydan bir onlara pul göndərmişdir.Övladı Müslüm demedi xəstəliyi var, İddiaçı iki övladı ilə birgə anasının himayəsində anasına məxsus evdə yaşayır.Övladı M.Kazımov xəstə olduğundan İddiaçı işləmir, uşaqların qayğısına qalır. Cavabdeh isə İddiaçı və övladları ilə maraqlanmadığından məhkəməyə uşaqların saxlanılması üçün aliment tələbi barədə müraciət etmiş, Ordubad Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(080)-102/2020 saylı Qətnaməsi ilə övladlarının saxlanması üçün Cavabdeh övladlarının saxlanılması üçün 200 manat aliment təyin edilmişdir. Cavabdeh övladlarına heç vaxt ata qayğısı və nəvazişi göstərməmiş, 200 manat aliment ödəməklə kifayətlənmiş, uşaqların qayğıları ilə maraqlanmamışdır.İddiaçı isə 200 manat məbləğində alimentlə övladlarını saxlaya, onların gündəlik ehtiyaclarını qarşılaya bilməmişdir.Cavabdeh isə Rusiya Federasiyasında işləyir, qazancı çoxdur, maqazini və xarici maşını var, İddiaçı isə bunu sübut etmək imkanı xaricində olduğundan bu barədə məhkəməyə sübut təqdim edə bilmir.X4 yaşayan bir şəxsin işləməməsi, qazanc əldə etməməsi mümkün deyil. Atanınsa qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. Bu səbəbdən də Ordubad Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(080)-102/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsini, X7 və X1 üçün Cavabdeh onun xeyrinə hər ay bir uşaq üçün 120 manat olmaqla, iki uşaq üçün 240 manat məbləğində alimentin tutulması barədə Qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş- 516910 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında nikah xx xxxxx 2011-ci ildə Dəstə kənd İƏDÜN-də bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmişdir. 663276 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 2012-ci il tarixdə doğulmuş, anası İddiaçı, atası Cavabdeh oğludur. 966909 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 qızı xx xxxxxx 2018-ci il tarixdə doğulmuş, anası İddiaçı, atası Cavabdeh oğludur. 70 saylı xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Ordubad rayon Dəstə kəndində yaşayır və qeydiyyatdadır. 71 saylı xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, Kazımov X9 rayon Dəstə kəndində yaşayır və qeydiyyatdadır. Ordubad Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(080)-102/2020 nömrəli qətnaməsindən çıxarışın surətindən görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün bir uşaq üçün 100 manat, cəm olaraq 200 manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2020-ci ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Belə olan halda İddiaçı maddi vəziyyəti pisləşir. İddiaçı cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim edilməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqların yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdehin əmək qabiliyətinin olmaması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh əmək qabiliyyətlidir, özünə münasib iş tapmaq, işləmək, uşaqlarının zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Həmçinin cavabdehin qazancının olmaması onu uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Cavabdeh qazancı barədə məhkəməyə sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, alimentin miqdarı ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi, həmçinin Cavabdeh maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin yarıdan çox hissəsini- yəni 120 manatını cavabdeh iddiaçıya sabit pul məbləğində aliment olaraq ödəməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, aliment tələbi qismən təmin olunmalı, Ordubad Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(080)-102/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılmalı, Cavabdeh xx.xx.2012-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 120 manat olmaqla, hər ay 240 manat məbləğində aliment alınıb İddiaçı qızına verilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 manat dövlət rüsumu cavabdeh S.Süleymanovdan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Ordubad Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(080)-102/2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. xx.xx.2012-ci il doğulmuş olmuş X7 və xx.xx.2018-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün bir uşaq üçün 120 manat olmaqla, cəm olaraq 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X6 Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev.
Məhkəmə qərarları › İş №2(080)-58/2021
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-58/2021
18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver