Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-63/2021 20.04.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X6 Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 1950(min doqquz yüz əlli) manat borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə 1980(min doqquz yüz səhsən) manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Şərur rayonunun Xələc kəndində özünün torpaq sahəsində əkinçiliklə məşğul olur.Həmin torpaq sahəsindən əldə olunmuş məhsulunu bazarda sataraq ailəsinin dolanışığını təmin edir. İddiaçı bu məqsədlə ötən ilin yay aylarında müxtəlif növ tərəvəz yəni pomidor, soğan və bibər becərərək satmışdır. 2020-ci ilin avqust ayında Cavabdeh ona zəng edərək ondan pomidor, soğan və bibər istəmişdir. İddiaçı və Cavabdeh adı çəkilən tərəvəzlərin qiymətləri barədə razılığa gəldikdən sonra İddiaçı ümumilikdə 1950 (bir min doqquz yüz əlli) manat dəyərində olan məhsulu yük maşınına toplayıb, gecə saatlarında Ordubad şəhərinə gətirərək Cavabdeh təhvil vermişdir. Cavabdeh İddiaçı nəğd pulunun olmadığını və səhəri gün göstərilən məbləğin İddiaçı göndərəcəyinə söz vermiş, lakin həmin vaxtdan bir neçə ay keçməsinə baxmayaraq Cavabdeh İddiaçı olan pul borcunun verilməsindən hər dəfə müəyyən bəhanələrlə boyun qaçırmışdır. 2020-ci ilin oktyabr ayında İddiaçı yenə də Cavabdehla görüşmüş, Cavabdeh olan borcunu istəmişdir. Cavabdeh İddiaçı hazırda imkanının olmadığını ancaq göstərilmiş məbləği bir az aşağı düşərsə xx xxxxxx 2021-ci il tarixədək ödəyəcəyinə söz vermişdir. Lakin yenə də Cavabdeh İddiaçı söz versə də pulu ödəməkdən boyun qaçırmışdır. Ona görə də İddiaçı məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Ordubad rayon Yuxarı Əndəmic kəndində yaşayan Cavabdeh 1950 (bir min doqquz yüz əlli) manat və dövlət rüsumu olaraq ödədiyi 30 otuz manat pulun, ümumilikdə 1980 (bir min doqquz yüz səksən) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etmiş, izahatında bildirmişdir ki, o İddiaçı 2020-ci ilin avqust ayında X2 zəng edərək ondan pomidor, soğan və bibər satmaq məqsədi ilə almışdır.Cavabdeh İddiaçılə tərəvəzlərin qiymətləri barədə razılığa gəldikdən sonra ümumilikdə 1950 (bir min doqquz yüz əlli) manat dəyərində olan məhsulu Ordubad şəhərində təhvil almışdır. Cavabdeh nəğd pulunun olmadığını və səhəri gün göstərilən məbləğin İddiaçı göndərəcəyinə söz vermiş, lakin həmin vaxtdan bir neçə ay keçməsinə baxmayaraq Cavabdeh İddiaçı olan pul borcunu ödəyə bilməmişdir. 2020-ci ilin oktyabr ayında Cavabdeh İddiaçılə görüşmüş, İddiaçı Cavabdeh borcunu istəsədə Cavabdeh borcu qaytarmamışdır.Cavabdeh hazırda imkanının olmadığından göstərilmiş məbləği bir az aşağı düşərsədə xx xxxxxx 2021-ci il tarixədək ödəyəcəyinə söz versə də o pulu ödəyə bilməmişdir. Cavabdeh hal-hazırda pulunun olmadığını ona pulun ödənilməsi üçün vaxt verilməsini xahiş edir. İş üzrə materiallara əlavə edilmiş xx.xx.2018-ci il tarixli şəxsiyyət vəsiqəsinin təstiqli surətindən görünür ki, İddiaçı Şərur Rayonu Xələc kəndində qeydiyyatdadır. xx xxxxxx 2021-ci il tarixli, 23 nömrəli arayışından görünür ki, Cavabdeh Ordubad rayon Yuxarı Əndəmic kəndində qeydiyyatdadır. xx xxxxxx 2021-ci il tarixli 02/50-ci il tarixli nömrəli arayışından görünür ki, İddiaçı Şərur Rayonu Xələc kəndində qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh Şərur Rayonu Xələc kəndində yaşayan İddiaçı 1600 manat olan borcunu xx xxxxxx 20201-ci il tarixədək ödəyəcəyinə öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1980(bir min doqquz yüz əlli) manat borc alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh , Cavabdeh 1950 manat məbləğində borc pulun alınıb İddiaçı oğluna verilməlidir. Məhkəmə 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsümunun əvəzi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1950 (bir min doqquz yüz əlli) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-63/2021
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-63/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver