Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-65/2022 22.02.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu İddiaçı oğlunun cavabdeh Cavabdeh oğluna qarşı pul tələbinə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib. müəyyən etdim: İddiaçı oğlunun Cavabdeh oğluna qarşı pul tələbi üzrə cavabdeh Cavabdeh oğlundan 4500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh oğlu ilə 15 yanvar 2021-ci ildə 4500 manat məbləğində notariusda kredit müqaviləsi bağlamışdır. Cavabdeh Cavabdeh oğluna verdiyi borcu faizsiz 01.08.2021-ci il tarixdə Cavabdeh ona qaytarmalı idi.Bu şərt isə öz nöbəsində kredit müqaviləsində qeyd olunmuşdur. Məhkəmə iddia ərizəsinin mümkünlüyünü yoxlayarkən müəyyən edilmişdir ki, iddiaçının ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddələrinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən onun Ordubad Rayon Məhkəməsinin icraatına götürülməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1- ci maddəsinin tələbinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyətli olan nümayəndəsi tərəfindən imzalanır. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsini imzalamadan Ordubad Rayon Məhkəməsinə göndərərək, iddia ərizəsinin formasına riayət etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən qeyd olunan iddia ərizəsinin icraata götürülməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı oğlunun Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. 09 fevral 2022-ci il tarixdə İddiaçı tərəfindən Kapital Banka 8322 nömrəli qəbzlə (Naxçıvan MR Maliyyə Nazirliyinin hesabına) 65 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı oğluna qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə Ordubad Rayon Məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədr: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-65/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-65/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver