Məhkəmə qərarları › İş №2(080)-66/2020

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-66/2020

21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-66/2020 21.07.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X7 Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh, şahid X4iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 2200 manat məbləğində borc pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıiddia ərizəsinin məzmununa uyğun olaraq izahatında iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh 2017-ci ilin iyun ayı tarixində təcili pula ehtiyacı olduğu üçün 1500 manat və əlavə olaraq 400 ABŞ dolları, bir dəfə də 40 manat məbləğində borc pul vermişdir və iddiaçı cavabdehə inandığı üçün uzun illər dar gün üçün yığdığı pulu inanaraq ona vermişdir. İddiaçının bildirdiyinə cavabdeh onun yaşlı və sadəlövh olmağından istifadə edərək pulunu vermək istəmir ancaq borc aldığını da inkar eləmir və hər dəfəsində bir bəhanə uydurur. Ancaq bu günə kimi cavabdeh onun verdiyi pulu qaytarmayıb və görünür, qaytarmaq fikri də yoxdur. Bu səbəbə görə də məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur və məhkəmədən xahişi Cavabdeh 2220 manat ona olan borcun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh ona oğlunun Türkiyədən gələcəyini, qardaşının isə Leninqrad şəhərində bizneslə məşğul olduğunu, pula pul demədiyini, ona oğlunun həmişə dollar göndərdiyini, kiməsə pul verdikdə faiz almadığını, 2017-ci il tarixdə ondan 3 dəfə pul aldığını, maşını satdıqdan sonra isə 400 ABŞ dolları Reyhanəyə verdiyini, Reyhanın bacısı qonşusunun gəlini olduğunu, Reyhanəyə pul verdikdə qonşularndan heç kəsin onların yanında olmadığını, Reyhanənə ondan pul almağa Fəridə ilə birlikdə gədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh ifadəsində İddiaçı pul almadığını iki dəfə iddiaçının evinə getdiyini və səbəbi isə bacısı ilə qonşu olduğundan komək etmək üçün yorğan doşək saldığını, iddiaçı qoca və koməksiz olduğu üçün və bu işi bacardığından koməklik etmək istəmişdir. İddiaçının sübutu və şahidi varsa məkəməyə təqdim etsin deyərək ifadəsində bildirmişdir. Məhkəmə iclasında Cavabdeh Sədrlik edənin suallarına cavab olaraq onun Səkinədən pul almadığını, yaxınlarda onun qarşısını kəsərək ondan aldığı pulların qaytarmasını bildirdiyini, bu barədə iddiaçının oğluna zəng edib anasının bu hərəkətindən polisə şikayət edəcəyini bildirdiyini, bir neçə gündən sonra Səkinənin ona bu barədə oğluna niyə dediyini ona irad tutduğunu, heç kəs 3 dəfə pulu qaytarmamış kiməsə pul verməz deyərək ifadəsini bitirmişdir. Məhkəmə baxışı zamanı iddiçının vəsatəti əsasında iddia tələbi ilə bağlı dindirilməsini istədiyi şahid X6 ifadəsində bildirmişdir ki, idddiçının dediyi kimi cavaabdehlə birlikdə iddiaçı İddiaçı evinə pul almq üçün getməyib iddiçıının həyat yoldaşı rəhmətə gedəndə bir dəfə Ordubadlı kimi iddiaçının evində yas mərsimində iştirak edib. İş materallarnda olan- Ordubad Şəhəri İƏDÜ-üzrə nümayəndəliyinin xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki İddiaçı Ordubad şəhərində yaşayır. Ordubad Şəhəri İƏDÜ-üzrə nümayəndəliyinin xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki Əzimova X5 şəhərində yaşayır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etməkyükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayətqədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Hazırkı iş üzrə iddiaçı iddia tələbində istinad etdiyi halların əsası olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı iltarixli qərarında şərh etmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyəbaxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir”. İş üzrə toplanmış sübutları araşdırarkən məhkəmə müəyyən etmişdir ki, iddiaçı tələb etdiyi pulu cavabdehə verməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1 və 740.2-ci maddələrinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası MPM-in 89.1 və 89.3-cü maddələrinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Məhkəmə məsrəflərin və 30 manat məbləğində dövlət rüsumunun ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia rədd edildiyindən ödənilmiş məsrəflərin və 30 manat məbləğində dövlət rüsümu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddiaçı Cavabdeh qarşı “borc”tələbinə dair iddiası rədd edilsin. İddiaçıtərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsümu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X3 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar