Məhkəmə qərarları › İş №2(080)-68/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-68/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-68/2021 30.04.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X7 Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Əsgər oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı və nümayəndəsi Nümayəndə Əsgər oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 9300 (doqquz min üç yüz) manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, Cavabdeh ilə bağladığı “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” 09 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, 52 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Cavabdeh göstərilən borc məbləğini müqavilənin ikinci bəndinə əsasən 09.07.2020-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh iddiaçının müraciətlərinə baxmayaraq bu günə kimi ödənişi təmin etməmişdir. Belə vəziyyətdə iddiaçının maddi vəziyyəti çətinləşmiş, Cavabdeh 9300 (doqquz min üç yüz) manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsi vasitəsi ilə təmsil olunmuşdur. Sədrlik edən mülki işə İddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə Əsgər oğlu iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh ilə Bakı şəhərində bir Ordubadlı kimi tanış olmuşlar. Həsənov X2 Əsgər Telman oğluna Bakı şəhəri Nərimanov Rayonunda Köşk işlətmək iş təklif etmiş və bunun üçün 10000 manat pul lazım olduğunu bildirmidir.Onlar razılaşdıqdan sonra Köşkə ərzaq vuraraq bir aydan az işləmişlər.Bir müddətdən sonra başqa insanlar gələrək köşkün və içərisində olan ərzaqın onlara verildiyini bildirmişlər. İddiaçı Cavabdeh bunun nə olduğunu soruşduqda cavabdeh borcu olduğundan köşkü həmin insanlara borcunun əvəzinə verdiyini bildirmişdir. Sonra isə cavabdeh həmin pulu iddiaçıya qaytarması barədə mövcud borcun etirafı haqqında müqavilə bağlamışlar. Müqavilədə Ordubad şəhəri, H.Əliyev PP, 75/7 ünvanında qeydiyyatda olan Cavabdeh ilə İddiaçı arasında 09 dekabr 2019-cu il tarixdə Bakı şəhəri 52 saylı notariat kontorunda mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndində qeyd edilmişdir ki İddiaçı 2018-ci il tarixdə Cavabdeh 9300 (doqquz min üç yüz) manat borc pul vermişdir. Bu müqavilənin 1.1-ci bəndində Cavabdeh İddiaçı 9300 (doqquz min üç yüz) manat borclu olduğunu etiraf etməsi öz əksini tapmışdır.İstinad edilən müqavilənin 2.1-ci bəndində Cavabdeh 9300 (doqquz min üç yüz) manat pulu 09 iyul 2020-ci il tarixdə qaytarmağı öhtəsinə götürmüşdür. Lakin cavabdeh iddiaçının şifahi xəbərdarlığına baxmayaraq bu günə kimi ödənişi təmin etməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə Əsgər oğlu Cavabdeh 9300 (doqquz min üç yüz) manat borcun,və 30 manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş cavabdeh X5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə cavabdeh İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 09 dekabr 2019-cu il tarixli, reyestrdə 3M-1178 nömrə ilə qeyd edilmiş “mövcud borcun etirafı haqqında müqavilə ”nin 2-ci bəndindən görünür ki, borc alan borcu 09 iyul 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürüb. 04 mart 2021-ci il tarixli 419 saylı arayışdan görünür ki, Həsənov X3 şəhəri, X6 75/7 ünvanında qeydiyyatdadır. 04 mart 2021-ci il tarixli 418 saylı arayışdan görünür ki, Həsənli X4 şəhəri, M.F.Axundov küçəsi 34/10 ünvanında qeydiyyatdadır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1 və 740.2-ci maddələrinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki işin materiallarına əlavə edilmiş 09 dekabr 2019-cu il tarixli mövcud borcun etirafı haqqında müqavilədən müəyyən olunur ki, İddiaçı və Cavabdeh arasında mövcud borcun etirafı haqqında müqavilə imzalanmış, cavabdeh 9300 (doqquz min üç yüz) manat məbləğində pulu İddiaçı almış və həmin mələği 09 iyul 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdü. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 9300 (doqquz min üç yüz) manat məbləğində borcun alınıb İddiaçı verilməlidir. Məhkəmə 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsümunun əvəzi cavabdeh Həsənov Rəşad Məhəmməd oğlundan iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia təmin edilsin. Cavabdeh 9300 (doqquz min üç yüz) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar