Məhkəmə qərarları › İş №2(080)-69/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-69/2023

17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-69/2023 17.02.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim : İddiaçı iddia ərizəsi ilə Ordubad rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh 700 manat pul vəsaitinin və 31 manat dövlət rüsumunun cəmi 731 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə görə iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir İddia ərizəsində müəyyən olundu ki, İddiaçı iddia ərizəsində faktiki yaşayış yeri, şəxsiyyəti eyniləşdirməyə imkan verən məlumatlar, həmçinin iddia ərizəsində cavabdehi iddiaçı kimi göstərmiş və cavbdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları qeyd etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə yazılı sübutların əsli və ya lazımı qaydada təsdiq edilmiş surəti təqdim edilir. İddia ərizəsində həm də iddiaçı tərəfindən Nəsimi Rayon Polis idərəsinin 19-cu PŞ-nin Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətini iddia ərizəsinə əlavə etmiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.1 maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlirəm ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona ona geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin məzmununa görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçı tərəfindən 31 yanvar 2023-cü il tarixdə Kapital Bank Baş ofisindən 7785 nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım İddiaçı Cavabdeh qarşı pul tələbinə dair idddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi, iddia ərisəsinə əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçı tərəfindən 31 yanvar 2023-cü il tarixdə Kapital Bank Baş ofisindən 7785 nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar