Məhkəmə qərarları › İş №2(080)-81/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-81/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-81/2025 24.04.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 3700 (üç min yeddi yüz) manat məbləğində borcun və 57(əlli yeddi ) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, Cavabdeh övladının xəstəliyi ilə bağlı ondan 7500 (yeddi min beş yüz ) manat borc pul amışdır.Bununla bağlı öz aralarında razılıq ərizəsi tərtib edərək imzalamışlar.Ərizədə Cavabdeh ondan aldığı borc pulu 23 fevral 2021-ci ildən başlayaraq hər ay əmək haqqından 4000 manat verməklə 2022-ci ilin avqust ayına qədər ödəyəcəyini bildirmiş və imzası ilə təsdiq etmişdir. Cavabdeh ondan aldığı 7500 (yeddi min beş yüz) manat borc puldan 3800 manatını müəyyən müdətə qaytarsa da qalıq qalan 3700 manatını qaytarmır. Belə olan halda o, X4 ərizə ilə müraciət etmişdir. X6 çağırdılar və o, hər şeyi onlara demişdir. Müstəntiq Cavabdeh çağırıb pulu qaytarmağını tələb etdi. Cavabdeh bu dəfə də izahat yazıb bildirdi ki, hər ay 250 manat borcundan verəcək. Müstəntiq onun 250 manat verə bilməyəcəyini düşünərək hər ay 150 manat verməsini tələb edir və məndə buna razı oldum. Yusifov X2 Polis Şöbəsində 25 dekabr 2023-cü ildə hər ay 150 AZN vermək şərti ilə yenidən izahat yazdı və məndə buna razı oldum. Lakin Cavabdeh bu günə qədər borcunu ödəməyib.Belə olan halda məndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Məhkəmə baxışında iştirak etmiş İddiaçı iddianı müdafiə etdiyi bildirərək Cavabdeh 3700 (üç min yeddi yüz) manat məbləğində borcun və 57 (əlli yeddi ) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxıcında iştirak etmiş Cavabdeh iddia tələbi ilə tanış olduğun İddiaçı 7500 (yeddi min beş yüz ) manat borc pul aldığını həmin borcdan bir hissəsin qaytardığını, sonradan övladının xəstəliyi ilə əlaqədar 3700 manat borcu qaytara bilmədiyini və borcunu İddiaçı qaytaracağını bildirərək, ərizə ilə məhkəməyə müraciət etmiş İddiaçı 3700 (üç min yeddi yüz) manat borcunun olmasını, iddianı etiraf etdiyini bildirmişdir. Məhkəmə işdə olan sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, cavabdeh məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək iddianı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir.Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 3700 manat məbləğində pul tələbi təmin edilməlidir. Məhkəmə 77 manat məbləğində dövlət rüsumunun, Cavabdeh iddiaçının xeyrinə tutulması ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdəcəsinə ödənilmiş 57 manat məbləğində dövlət rüsümunun əvəzi Cavabdeh alınıb iddiaçı M,Qasımova verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3700 (üç min yeddi yüz ) manat məbləğində pulun, və iddia ərizəsinin verilməsinə görə 57 (əlli yeddi ) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə,işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar