Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-85/2025 28.07.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədirliyi, X1 məhkəmə iclasının katibliyi, İddiaçı-cavabdeh İddiaçı, Vəkili Vəkil2, Cavabdeh-iddiaçı Cavabdeh, Nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı pul tələbinə dair və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı vurulmuş ziyana görə pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh 12600 (on iki min altı yüz) manat və 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumunun ümumilikdə 12728 (on iki min yeddi yüz iyirmi səkkiz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı-cavabdeh İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, o, 2024-cü ilin aprel ayının 8-də Cavabdeh ona zəng vuraraq Naxçıvan şəhərində ev tikdirəcəyini, özünün Naxçıvan şəhərində olmadığından həmin evə ev sahibliyi edərək ustaların başında durmağını təklif etmişdir. Onlar arasında ailəvi dostluq münasibətləri olduğundan cavabdehin təklifini qəbul etmişdir. Onlar Naxçıvan şəhərində yerləşən Güvən inşaata gedərək evin tikintisinin tamamını Güvən inşaat yerinə yetirəcəkləri, onun sadəcə olaraq ev sahibi kimi gedən işə nəzarət edəcəyi, həmin vaxt Nəbinin ona, sənin haqqını mən ev tikilib bitdikdən sonra hər günün üçün 40 manat olmaqla pulunu ödəyəcəyəm deyərək orada razılaşdıqlarını,. Güvən inşaat tərəfindən həmin vaxtdan evin tikintisinə başlanıldı.O hər gün Ordubad rayonun Dəstə kəndində Naxçıvan şəhərinə gələrək evdə işləyən ustalara və fəhlələrə nəzarət edirdi. Nəbi hər dəfəsində ona pul göndərdikdə o həmin pulu Güvən inşaatın nümayəndəsi Sarvan müəllimə ödəyirdi. 2-3 ay işlədikdən sonrao Nəbidən pulunu tələb etmişdir. Nəbi ona hələ pulu olmadığını, ona pul verə bilməyəcəyini bildirdi. Həmin vaxt aralarında söz söhbətlər olmağa başladı. Sonuncu dəfə ona 2024-cü ilin noyabr ayında Nəbiyə dolana bilmədiyini öhdəliyində iki azyaşlı övladının olduğunu, onların tələbatlarını qarşılamaq üçün işlədiyi günlərin pulunu tələb etdikdə, Nəbi isə ona sərt şəkildə ona sənə pul verməyəcəm demişdir. Həmin gündən sonra Nəbi ilə əlaqə saxlayaraq pulunu tələb etsə də bu günədək heç bir manat belə ödəniş etməmişdir. Hər gün Ordubad rayonunun Dəstə kəndindən Naxçıvan şəhərinə gəlmiş, təxmini yol xərci 30 manat təşkil edir. Əlavə olaraq gündəlik orada ustalara nəzarət edərək işləmiş, gördüyü işin əvəzində gündəlik olaraq 40 manat razılaşmışlar. Yekun olaraq 6 ay müddətində həmin evdə işləyərək ustalara və fəhlələrə nəzarət etmiş, əlavə olaraq o Nəbidən haqqını tələb etdiyi üçün onu polis orqanlarına şikayət etmişdir. Bununla bağlı dəfələrə polis idarəsinə gedərək izahatlar vermişdir. Nəbi əsassız olaraq ona böhtan atmaq istəyir, polisə yalandan ifadə verərək guya ki, o onlara məxsus kartı oğurlamışdır. Bunların hamısı şər və böhtandır, heç bir təsdiqini tapmamışdır. Hazırda cavabdeh ona 12600 manat pul ödəməlidir. Lakin Nəbi bu günədək həmin pulun heç bir manatın belə ödəməmişdir. Beləliklə də cavabdeh hərəkətləri ilə həm onu çətin vəziyyətdə qoymuş oldu, həm də ona verməli olduğu pulunu verməyərək onu borca salmışdır. Bu səbəbdən də Cavabdeh 12600 (on iki min altı yüz) manat və 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumunun ümumilikdə 12728 (on iki min yeddi yüz iyirmi səkkiz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı-cavabdehin Vəkili Vəkil2 cavabdeh-iddiaçı Cavabdeh 12600 (on iki min altı yüz) manat və 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumunun ümumilikdə 12728 (on iki min yeddi yüz iyirmi səkkiz) manat pulun alınıb İddiaçı-cavabdeh İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh-iddiaçı Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, cavabdeh İddiaçı uzun müddətdir tanıdığını, aralarında ailəvi münasibət olduğunu, onun cavabdehin atası ilə dostluq münasibəti olmuş, bu münasibət səbəbindən cavabdeh onların evin adamı kimi dəfələrlə qonaqları olmaqla, hər il mövsüm zamanı saxladığı arı ailələrini yaşadıqları Tivi kəndində yerləşən ona məxsus evə gətirmiş, özü və həyat yoldaşı onun qulluğunda durmuşdur.Övladları böyüyüb ailə qurduqlarından evdən ayrılmışlar ki, hazırda o və arvadı havanın soyuq olması ilə əlaqədar Naxçıvan şəhərində yaşayırlar. Cavabdeh həmçinin Naxçıvan şəhərində yerləşən evlərinə də gəlmiş, dəfələrə qonaqları olmuşdur. Ötən ilin yazında isə yenə cavabdeh onlarda qonaq olarkən Naxçıvan şəhəri 21(2)-ci məhəllə 3/1B ünvanında alıdığı 0.02 ha torpaq sahəsində ev tikdirmək istəyini bildirmişdir. Çünki bina evində yaşadıqlarından yaş etibarı ilə həyət evinə yaşamaq onlar üçün daha münasib hesab edirdilər. Bu söhbətdən sonra cavabdeh bir qohumu ilə məsləhətləşib xəbər edəcəyini bildirdi və bir neçə gün sonra onlar cavabdehlə birgə Sarvan adlı bir nəfərin yanına gedərək, Sarvan tikinti şirkətinin müdiri idi. Orada torpağın sənədinə baxıb evin layihəsi ilə bağlı müzakirələr aparmışlar. O evin bir mərtəbəli olmasını istədiyini, lakin cavabdeh onu evin iki mərtəbəli olmasına sövq etdiyini, onun tikdirəcəyi bir mərtəbəli ev həmin vaxt aparılmış ilkin hesablamaya görə 45.000 (qırx beş min) manata başa gələcəkdisə, cavabdeh iki mərtəbəli evin 72.000 (yetmiş iki min) manata tikilib tam təmirli vəziyyətdə dörd ay ərzində ona təhvil verməyi öhdəsinə götürmüşdür. Bu məbləğlə evin tikintisi üçün mal-material və zəhmət haqqı da daxil olmaqla bütün xırda-para xərclər də nəzərə alınmış, cavabdeh üçün hər hansı əlavə ödənişin veriləcəyi barədə söhbət olmamışdır. İlkin olaraq xx.xx.2024-cü il tarixdə ona cavabdehə 7000 (yeddi min) manat pul vermiş ki, bu minvalla cavabdehə ev tikintisi üçün ümumilikdə 70.000 (yetmiş min) manata yaxın pul ödəmişdir. Ötən ilin yayında isə həyat yoldaşıyla Türkiyə Respublikasına getmiş, bu zaman da cavabdeh öz avtomobili ilə onarı gömrük məntəqəsinə aparmış, qayıtdıqları zaman yenə o onları qarşılamaqla evə gətirmişdir ki, həmin vaxt onun yol xərci onun tərəfindən ödənilmiş və hətta yeni aldığı avtomobil üçün şirinlik də vermişdir. Lakin səfərdən qayıtdıqdan sonra tikinti sahəsinə getmiş, evin tikintisinin dayandığını və kimsənin orada işləmədiyini görmüşdür. Hansı ki, cavabdeh aldığı pul müqabilində 4 ay ərzində iki mərtəbəli evi inşa etdirib təmir etdirməklə ona təhvil verməyi öhdəsinə götürmüşdür. Bundan sonra aralarında mübahisə yaranmış və sonradan cavabdehlə əlaqə yaratmaq mümkün olmamışdır. Belə ki, cavabdeh tikinti sahəsini tərk edərkən qaz sayğacının kartını və tikilinin layihəsini də özü ilə aparmış, bununla bağlı tərəfindən Naxçıvan şəhər polis idarəsinə müraciət olunduqdan sonra cavabdeh qeyd edilən layihə və kartı Sarvan adlı qohumuna verərək qaçmış və ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, onun ona qarşı iddiası tamamilə əsassızdır. Belə ki, cavabdeh öz iddia ərizəsində guya onun ona yol xərci və tikintiyə nəzarət etməsi üçün pul ödəməli olmağını iddia etsə də qeyd etdiyi kimi onun ev tikintisi üçün nəzarətçiyə ehtiyacı olmayıb. Çünki, özü Naxçıvan şəhərində yaşadığından gündəlik tikintiyə nəzarət edirdi ki, cavabdehin bunun üçün Ordubad rayonundan Naxçıvan şəhərinə gəlməyinə gərək yox idi. Digər tərəfdən də cavabdeh bütün xərclər daxil 72.000 (yetmiş iki min) manat ödəməklə tam təmirli mənzilin açarlarını dörd ay ərzində ona təhvil verməyi öhdəsinə götürsə də, bu vədə əməl etməmiş, əksinə evin tikintisini yarımçıq qoyub qaçmaqla ona maddi və mənəvi ziyan vurmuşdur. Hansı ki, cavabdehin vəd verdiyi vaxtdan bir ildən çox vaxt keçir və yarım qoyulmuş tikintinin bitirilməsi üçün ən azından 50.000 (əlli min) manatdan artıq pul tələb edilir. O isə bütün tikintinin pulunu cavabdehə ödəsə də o tikintini başa çatdırmamış ödədiyi pulu mənimsəməklə əlavə olaraq ona xeyli miqdarda maddi ziyan vurmuşdur.” İlkin iddianın rədd edilməsi, qarşılıqlı İddia tələbinin təmin edilməsi, vurulmuş ziyana görə 50.000 (əlli min) manat məbləğində pulun və ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 izahatında bildirmişdir ki, qarşılıqlı iddia tələbinin təmin olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən çıxış edən Şahid2 Güvən inşaat şirkətində tikintiyə nəzarətçi vəzifəsində çalışdığını, İddiaçı əvvəlcədən tanımadığını, Eminlə iş gedən ünvanda tanış olduğunu, Güvən inşaatın işçisi kimi ona tapşırılan ünvanlara material aparıb, təhvil verirdiyini, iş gedən ünvana 6 ay kimi mütəmadi olaraq mal aparıb verdiyini və oraya gedən zaman Emini orada mütəmadi olaraq gördüyünü, Emin Güvən inşaatın işçisi olmadığını, Eminin iş gedən ünvanda ev sahibinin adından evə nəzarətçi kimi nəzarət etdiyini, iş gedən ünvanda material bitən zaman Emin inşaat şirkətinə gəlib material tələb etdiyini, daha sonra Eminin əmək haqqını ala bilmədiyini öyrəndiyini, amma nə qədər alacağı olduğunu bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən çıxış edən Şahid3 ifadəsində ailəsi birlikdə Dəstə kəndində yaşadığını və ailəsini dolandırmaq məqsədi ilə ustalıq etdiyini, Cavabdeh ev tikdirmək istədiyini Eminə və Nəbi ilə birlikdə evin tikiləcəyi əraziyə baxdıqlarını, evin planını cızdıqlarını, evin nə qədər xərci çıxacağını və təxmini 119. 000 manata evin başa gələcəyini hesabladıqlarını, ondan əvvəlcə evi öz kampaniyaları ilə tikməyi razılaşdıqlarını, o da həmin evdə usta kimi işləyəcəyini, amma daha sonra evin tikintisi Güvən inşaata tapşırıldığı üçün həmin evdə işləmədiyini, Güvən inşaatın hər şeyi özü edəcəyini, Eminə ehtiyacının olmadığını bildirdiyini, Cavabdeh isə Eminin ev yiyəsinin adından orda olacağını və hörmətinin artıqlaması ilə edəcəyini bildirdiyini, hətta telefonla görüntülü danışıq zamanı oğlu da Eminin hörmətindən artıqlaması ilə çıxacağını bildirdiyini, kənddə uzun müddət Eminin işə gedib-gəldiyini eşitdiyini, Eminin Cavabdeh pulunu tələb etdikdə isə Nəbinin Eminə onunla pul danışmadığını və Eminə pul verməyəcəyini eşitdiyini ifadəsində bildirdi. Məhkəmə iclasında iddiaçı tərəfindən çıxış edən Şahid1 ifadəsində Güvən inşaat şirkətində birqadir vəzifəsində çalışırdığını, hal-hazırda işsiz olduğunu, orada çalışmadığını, İddiaçı əvvəlcədən tanımadığını, 2024-cü il iyunun 1-dən iş gedən ünvanda briqadir kimi işləməyə başladığını, Eminlə də iş gedən ünvanda tanış olduğunu, Güvən inşaatın işçisi kimi o həmin ünvanda çalışdığını, Eminin Güvən inşaatın işçisi olmadığını, əvvəllər evin sahibi Emindir bildiyini, hər zaman evdə onu gördüyünü, işə Emin nəzarət etdiyini, daha sonradan evin sahibi Türkiyəyə istirahətə gedən zaman evə baxmağa gəldikdə, ondan sora Eminin ev sahibi deyil, sadəcə evdəki işlərə nəzarət etdiyini bildiyini, Eminin fiziki iş görmədiyini, sadəcə nəzarət etdiyini, ehtiyac olanda bir qədər yüngül işləri gördüyünü, oktyabr ayı evin açarlarını ona qapını açıb-bağlamağa verildiyini, onun Emin haqqında soruşduqda isə artıq Eminin burda olmadığını dedikərini bildirdi. Cavabdeh tərəfindən çıxış edən Şahid7 İddiaçı ailəsi ilə aralarında dostluq münasibətləri olduğunu, Emin dəfələrlə evlərinə gəldiyini, qonaqları olduğunu, ötən ilin yazında isə yenə Emin onların qonağı olarkən ev tikdirmək istədiyiklərini bildirdikdə bu söhbətdən sonra Emin əmioğlusunun inşaat şirkəti olduğunu, məsləhətləşib xəbər edəcəyini bildirdiyini, Emin şirkətlə danışdığını, evin 72.000 manata tikilib tam təmirli vəziyyətdə dörd ay ərzində onlara təhvil verilməsini öhdəsinə götürdüyünü, bu məbləğlə evin tikintisi üçün mal-material və zəhmət haqqı da daxil olmaqla bütün xırda-para xərclər də nəzərə alındığını, Emin üçün hər hansı əlavə ödənişin veriləcəyi barədə söhbət olmadığını, Emin şirkətin üzvü olduğunu dediyini, onlarla hər hansı pul söhbəti, danışığı olmadığını, onlar Emindən evə nəzarət etməsini istəmədiklərini, onlar özü şəhərdə yaşadıqlarını, evə nəzarət etmək üçün heç kimə ehtiyacları olmadığını, Eminin dörd aya evin tam hazır olacağını bildirdiyini, amma evdə işlər hələ də davam etdiyini , işlərin yekunlaşmadığını bildirmişdir. İddiaçı tərəfindən çıxış edən Şahid5 Güvən inşaat şirkətində tikintiyə nəzarətçi vəzifəsində çalışdığını, İddiaçı əvvəlcədən tanımadığını, Eminlə iş gedən ünvanda tanış olduğunu, iş gedən ünvana daimi olmadığını, elə olurdu 2-3 gün getmədiyini, amma oraya gedən zaman Emini orada mütəmadi olaraq gördüyünü, Emin Güvən inşaatın işçisi olmadığını, Emin ilə ilk tanış olduqda ev sahibi kimi tanıdığını, sonradan iş gedən ünvanda ev sahibinin adından evə nəzarətçi kimi nəzarət etdiyini bildiyini, daha sonra Eminin işdən ayrıldığını öyrəndiyini, amma hansı səbəbdən ayrıldığını bilmədiyini bildirmişdir. İddiaçı tərəfindən çıxış edən Şahid4 ifadəsində İddiaçı uzun müddətdir ki tanıdığını, ailəvi dostluqlarının olduğunu, Eminin Nəbi müəllim ilə birlikdə ofisə yaxınlaşdıqlarını, Nəbi müəllimin ev tikdirmək istədiyini bildirdiyini, müqavilə bağladıqlarını və söküntü malları ilə evin tikilməsi şərti ilə güzəşt olunduğunu, Evin tikilməsinin 6-7 aya başa gələcəyi barədə razılaşalar da, söküntü mallarının gecikməsi ilə bağlı müddətin uzana biləcəyi barədə ev sahibi ilə razılığa gəldiklərini, evin 72000 manata tikilib təhvil verilməsində razılığa gəldiklərini, müəyyən səbəblərə görə iş geciksə də, onlar ev sahibi ilə razılığa gəldiklərini, evin tikintisinin gecikməsində Eminin heç bir öhdəliyi olmadığını, o ev sahibinə Eminə ehtiyacının olmadığını, özünün işçilərinin olduğunu bildirdiyini, Nəbi müəllimin isə Eminin öz evinin uşağı olduğunu, Eminə hörməti özü edəcəyəm bildirdiyini, Eminin onun işçisi olmadığını, ona ödəniş etməmidiklərini, sadəcə bir-iki dəfə borca pul istədikdə verdiyini, Emin söküntü gedən obyektlərə panel maraqlanmaq üçün gəldiyini, amma heç vaxt işçisi olmadığını, ev sahibinin adından evdə gedən işlərə nəzarət edib, material almaq üçün pul lazım olduqda pulu Emindən istədiyini, Emin də pulu Nəbi müəllimdən alıb ona verdiyini, Eminin ona verdiyi pulların miqdarını möhürlə təsdiq edilmiş şəkildə məhkəməyə təqdim etdiyini onun yanında Eminlə Nəbi müəllim arasında pul söhbəti olmadığını, Cavabdeh Eminin evin uşağı olduğunu, onun evinin tikintisinə onun tərəfindən Eminin nəzarət edəcəyini və Eminin zəhmət haqqını özü tərəfindən ödənilcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, şahidlərin izahatlarından və cavabdeh-iddiaçı Cavabdeh ifadəsindən sübut olunur ki, Cavabdeh məxsus Naxçıvan şəhəri 21(2)-ci məhəllə 3/1B ünvanında alıdığı 0.02 ha torpaq sahəsində ev tikdirmək üçün İddiaçı Ordubad rayonunun Dəstə kəndindən Naxçıvan şəhərinə gəlmiş, evdə işləyən ustalara və fəhlələrə nəzarət etmişdir. Məhkəm baxışı zamanı dindirilmiş şahid ifadəli ilə təsdiq olunur ki İddiaçı ilə Cavabdeh arasında arasında şifahi olaraq tarpırıq müqaviləs bağlanmış Cavabdeh məxsus Naxçıvan şəhəri 21(2)-ci məhəllə 3/1B ünvanında alıdığı 0.02 ha torpaq sahəsində ev tikdirmək üçün Naxçıvan şəhərində yerləşən Güvən inşaatla Cavabdeh 72000 manata razılaşaraq ona məxsusu torpaq sahəsində ev tikilməsi üçün razılaşımış və İddiaçı həmin evin tikilməsi müddətində nəzarət olunması barədə tapşırıq vermişdir. Cavabdeh-iddiaçı Cavabdeh məhkəmə iclasında ifadəsində Güvən inşaata evin tikilməsi zamanı 72000 manat məbləğində ödədiyi puldan İddiaçı zəhmət haqqını götürdüyünü bildirsə də məhkəmə iclasında ifadə vermiş Güvən İnşaat-2023 MMC-nin direktoru Şahid4 ifadəsində Cavabdeh məxsusu evin inşası zamanı görülmüş işlər ilə bağlı İddiaçı heç bir ödəniş edilmədiyini və evdə işlərə başlarkən Cavabdeh İddiaçı evin tikintisi zamanı nəzarətçi kimi işlədiyi günlərin əmək haqqını özü verəcəyinin ifadəsində bildirdirmişdir. İddiaçı-cavabdeh İddiaçı ustalara və fəhlələrə nəzarət etməsi üçün cavabdehiddiaçı Cavabdeh hər gün üçün 40 manat alacağı barədə sübut təqdim etməmiş və məhkəmə araşdırması zamanı bu hal təsdiqini təsdiqini tapmamışdır. Bu səbəbdəb məhkəmə belə qənatə gəlir ki, İddiaçı cavabdeh- iddiaçının Cavabdeh Naxçıvan şəhəri 21(2)-ci məhəllə 3/1B ünvanında yerləşən mənzilin tikintisində 7 ay müddətində işlədiyi müddətə muzd müəyyənləşdirmədiyindən vəkalət verənin yəni cavabdeh-iddiaçı Cavabdeh Naxçıvan şəhəri 21(2)-ci məhəllə 3/1B ünvanında və Naxçıvan şəhərində yerləşən evin olduğu yerə görə qəbul edilmiş muzda uyğun olaraq hesablanmalıdır. Ordubad rayon Məhkəməsi tərəfindən 9 iyul 2025-ci il tarixli sorğu ilə X4 müraciət edilmiş və X8 sorğuya cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli 540 nömrəli Qərarı ilə Vahid tarif cədvəlində 8-ci dərəcə üzrə çalışan işçilərin aylıq 530 manat vəzifə maaşı müəyyən edilmişdir. Məhkəmə belə nəticəyə gəlir iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh evində işlədiyi 7 ay müdəti üçün hər ay üçün 530 manat olmaq (7x530=3710) cəm olaraq 3710 manat Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı verilməlidir. Digər tərəfdən iddiaçı- cavabdeh İddiaçı Dəstə kəndindən Naxçıvan şəhərində yerləşən tikintiyə nəzarət etmək üçün hər gün üçün 30 manat olan gündəlik yol xərcinin də cavabdeh- iddiaçı Cavabdeh tutulub ona ödənilməsini məhkəmədən xahiş etmişdir.Lakin tərəflər arasında yol xərci ilə bağlı razılaşma barədə iddiaçı- cavabdeh İddiaçı sübut təqdim etməmiş və məhkəmədə təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 783.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın yəni alanın olduğu yerdə qəbul edilmiş muzd olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək ona məxsus Naxçıvan şəhəri 21(2)-ci məhəllə 3/1B ünvanında alıdığı 0.02 ha torpaq sahəsində evin tikilişi zamanı iddiaçı-cavabdeh İddiaçı vurduğu ziyana görə 50000 (əlli min) manat məbləğində pulun və 240 manat dövlət rüsumunun iddiaçı-cavabdeh İddiaçı alınaraq ona verilməsini xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh tərəfində sübut novü kimi Naxçıvan şəhəri 21(2)-ci məhəllə 3/1B ünvanında alıdığı 0.02 ha torpaq sahəsində tikilən evin fotoşəkillərini məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur Cavabdeh-iddiaçı Mirzəyev X2 şəhəri 21(2)-ci məhəllə 3/1B ünvanında alıdığı 0.02 ha torpaq sahəsində yerləçən evin tikilişi üçün Güvən İnşaat-2023 MMC ilə müqavilə bağlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Güvən İnşaat-2023 MMC direktoru Şahid4 ifadəsində X5, Cavabdeh birlikdə ofisə yaxınlaşdıqlarını, Cavabdeh ev tikdirmək istədiyini bildirdiyini, müqavilə bağladıqlarını və söküntü malları ilə evin tikilməsi şərti ilə güzəşt olunduğunu, evin tikilməsinin 6-7 aya başa gələcəyi barədə razılaşalar da, söküntü mallarının gecikməsi ilə bağlı müddətin uzana biləcəyi barədə ev sahibi ilə razılığa gəldiklərini, evin 72000 manata tikilib təhvil verilməsində razılığa gəldiklərini, müəyyən səbəblərə görə iş geciksə də, onlar ev sahibi ilə razılığa gəldiklərini, evin tikintisinin gecikməsində Eminin heç bir öhdəliyi olmadığını, və evin tikintisinin hazırda davam etdiyini bildirmişdir. Cavabdeh-iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddia ilə bağlı məhkəməyə sübut növü kimi təqdim edilmiş evin fotoşəkilləri tərəflər arasında hər hansı podrat müqaviləsinin bağlanmasını təsdiq etmir. Bunu məhkəmədə şahid qismində dindirilən Güvən İnşaat- 2023 MMC direktoru Şahid4 ifadəsi də təsdiq edir.Məhkəmə araşdırması zamanı müəyən olunur ki evin tikintisi zamanı Cavabdeh-iddiaçı Cavabdeh ilə Podrat müqaviləsini Güvən İnşaat-2023 MMC bağlamışdır. Bu səbəbdən də Cavabdeh, İddiaçı vurduğu ziyana görə 50000 (əlli min) manat məbləğində pulun və 240 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə qarşılıqlı iddiası rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddiai ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, bu hallar sübutetmə yükü ilə bağlıdır, Cavabdeh məxsus Naxçıvan şəhəri 21(2)-ci məhəllə 3/1B ünvanında alıdığı 0.02 ha torpaq sahəsində evin tikilişi üçün razılaşdıqları 72000 manatı İddiaçı 72000 manatı Güvən inşaat şirkətinə hissə-hissə ödəyərək bu barədə qəbz almışdır və məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, cavabdeh-iddiaçı Cavabdeh 3710 manat alınaraq ilkin iddiaçı-cavabdeh İddiaçı ödənilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, ilkin iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ilkin cavabdehə aid edilməli, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq .57.10 manat alınaraq ilkin iddiaçıya, iddia digər hissədə rədd edildiyindən 70.90 manat dövlət rüsumu ilkin iddiaçıya aid edilməli, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh-iddiaçı Cavabdeh 3710 (üç min yeddi yüz on manat ) manat və 57.10 manat dövlət rüsumunun ümumilikdə 3767,10 (üç min yeddi yüz altmış yeddi manat, on qəpik ) manat pul alınıb iddiaçı-cavabdeh İddiaçı verilsin. İddia digər hissədə rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 70.90 manat dövlət rüsumu özünə aid edilsin. Cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı 50.000 (əlli min) manat vurulmuş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia rədd edildiyindən Cavabdeh-iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 240 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-85/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-85/2025
28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver