Məhkəmə qərarları › İş №2(080)-90/2020

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-90/2020

08.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-90/2020 08.06.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X2, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı X5 Cavabdeh qarşı xx xxxxxx 2020-ci ildən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutulmasına və 150 (bir yüz əlli) manat əlavə xərclərin ödənilməsinə cəlb edilməsi haqda iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh qərəzli şəkildə öz uşaqlarına maddi və mənəvi cəhətdən dəstək göstərmir, hal-hazırda uşaqların səhəti və təhsili ilə bağlı zəruri təlabatları və ehtiyaclarının artdığını və uşaqları saxlamaq onun üçün maddi cəhətdən çətinlik yaradır.Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur və təsərrüfatında malqarası və əmlakı vardır. Məhkəmə icraatının mümkünlüyünü yoxlayarkən müəyyən edilmişdir ki, həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150-ci maddələrinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyil. Belə ki, iddiaçı iddia ərizəsində soyadını,adını, atasının adını qeyd etsə də iddia ərizəsinə öz tələbini əsaslandırdığı hallara dair sənədləri nikahın pozulması haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq etməmiş surətini qoymuş, həmçinin ərazi aidiyyətinin müəyyən edilməsi üçün cavabdehin hansı ünvanda qeydiyyatda olmasını təsdiq edən (MAPS-dan arayış və ya İƏD üzrə nümayəndəliyindən verilmiş arayış) əlavə edilmiş sənədlərə özünün yaşadığı ünvan haqqında arayış əlavə etsə də ərazi aidiyyətinin müəyyən edilməsi üçün cavabdehin hansı ünvanda qeydiyyatda olmasını təsdiq edən sənədi ( MAPS-dan arayış və ya İƏDÜ nümayəndəliyindən verilmiş arayış) əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. İddiaçı isə cavabdehin poçt ünvanına dair heç bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən qeyd olunan iddia ərizəsinin icraata götürülməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar