Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-92/2023 30.05.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakim Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 21.12 2022-ci il tarixli 022 nömrəli müqaviləyə əsasən, «qızıl və telefon üçün 2570 (iki min beş yüz yetmiş) manat və ona məxsus mağazadan götürülmüş müxtəlif növ ərzaq məhsuları üçün 540 ( beş qırx) manat ödənilməmiş hissə, 52 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 3162 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə onun arasında 21 dekabr 2022-ci il tarixli 022 nömrəli müqaviləsinə əsasən, Cavabdeh Culfa şəhərində yerləşən ona məxsus mağazadan 2740 manat dəyərində qızıl və telefon, həmçinin ona məxsus mağazadan 540 manat dəyərində müxtəlif növ ərzaq məhsuları götürmüşdür. Götürdüyü 2740 manat dəyərində olan qızıl və telefonun ilkin olaraq 170 manat pulunu ödəmişdir. Qalan 2570 manat borcu bu günə qədər qaytarmamışdır. Lakin aralarında bağlanmış müqaviləyə əsasən cavabdeh hər ay 640 manat olmaqla 4 ay müddətində həmin pulu ödəyəcəyini öhdəsinə götürmüşdür. Dəfələrlə həmir pulu geri qaytarmağı barədə xəbərdarlıq etmişdir, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirləri görmüşdür. Lakin Cavabdeh həmin borcu ödəməkdən yayınmış, borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 01 fevral 2023-cü il tarixdə xəbərdarlıq məktub göndərmişdir. Dəfələrlə zəng edimişdir. Hər dəfəsində gəlirəm ödəyəm, göndərirəm və başqa bəhanələrlə ödəməkdən yayınmışdır. Göründüyü kimi cavabdeh aralarında bağlanmış müqavlənin şərtlərin pozmuş və həmin borcu ödəməkdən boyun qaçırmışdır. 21 dekabr 2022-ci tarixli 022 nömrəli müqaviləsinə əsasən qızıl və telefon üçün ödəniləcək 2570 manat məbləğində pulun və ona məxsus mağazadan götürülmüş müxtəlif növ ərzaq məhsulları üçün ödəniləcək 540 manat pulun, ümumilikdə 3110 manat məbləğində pulun və 52 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışında iştirak etmiş İddiaçı ifadəsində bildirmişdir ki, Cavabdeh ilə təsadüfən onun mağazasında tanış olmuşdur. Cavabde ilə münasibətləri yarandıqdan sonra, onun mağazasından sonradan ödəmək şərti ilə onun arasında 21 dekabr 2022-ci il tarixli 022 nömrəli müqaviləsinə əsasən, Cavabdeh Culfa şəhərində yerləşən ona məxsus mağazadan 2740 manat dəyərində qızıl və telefon, həmçinin ona məxsus mağazadan 540 manat dəyərində müxtəlif növ ərzaq məhsuları götürmüşdür. Götürdüyü 2740 manat dəyərində olan qızıl və telefonun ilkin olaraq 170 manat pulunu ödəmişdir. Dəfələrlə həmir pulu geri qaytarmağı barədə xəbərdarlıq etmişdir, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirləri görmüşdür. Lakin cavabdeh ona olan borcunu ödəməkdən yayınır. İddiaçı məhkəmə baxışında bildirmişdir ki cavabdehin ona olan cəmi borcundan iddiaçı məhkəmədə iddia qaldırdıqdan sonra cavabdeh tərəfindən 30 manat ödəniş olmuşdur. İddiaçı, Cavabdeh 3080 manat məbləğində borc pulun və 52 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında iddia tələbinə cavabdehin iştirakı ilə baxılmışdır. Məhkəmə baxışında iştirak etmiş Cavabdeh ifadəsində iddiaçı ilə Culfa şəhərində iddiaçının mağazasında təsadüfən tanış olduğunu, və 21 dekabr 2022-ci il tarixli 022 nömrəli müqaviləsinə əsasən, İddiaçı məxsus mağazadan 2740 manat dəyərində qızıl və telefon, həmçinin ona məxsus mağazadan 540 manat dəyərində müxtəlif növ ərzaq məhsuları götürdüyünü, 2740 manat dəyərində olan qızıl və telefonun ilkin olaraq 170 manat pulunu ödədiyini, Qalan 3110 manat borcdan 30 manatın sonradan iddiaçıya ödədiyini və iddiaçıya cəmi 3080 manat borcunun olduğunu maddi imkanı olmadığından bu günə qədər qaytara bilmədiyini, iddiaçıya cəmi 3080 manat məbləğində pul borcunun olduğunu ifadəsində bildirmişdir. xx.xx.2023-cü il tarixli 235 nömrəli Culfa şəhər İnzibati Ərazi Dairəsi Dairəsi üzrə nümayəndəlikdən verilən arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Ordubad Rayon Məhkəməsində tətbiq edilən “Elektron Məhkəmə” sisteminin Şəxsiyyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, Cavabdeh Ordubad Rayon Bist kəndində qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, cavabdehin ona olan 3110 manat borcundan 30 manatını ödədiyini və cavabdehin ona 3080 manat borcu qaldığını göstərmişdir. Məhkəmə baxışında cavabdeh, iddiaçıya 3080 manat borcunun olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi qismən təmin edilməlidir. Məhkəmə 52 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdəcəsinə ödənilmiş 52 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh N. İxtiyarovdan alınıb İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3080 (üç min səksən) manat məbləğində pulun və 52 (əlli iki ) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-92/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-92/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver