Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-93/2020 18.06.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X1, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı pul tələbi üzrə 1300 dollar pul vəsaitinin cavabdehlərdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Ordubad rayon kənd sakini X2 ilə yaxın münasibətdə olmuş və hərbi xidmətdə bir yerdə olmuşlar, dostluq etmişlər.cavabdeh hərbi xidmətdən bir müddət sonra Rusiya Fedarasiyaına işləməyə getmişdir.Onun cavabdehlər ilə telefon əlaqəsi saxladığını bir müddətdən sonra cavabdeh X2 çətinliyi olduğunu və ona 300 dollar pul lazım olduğunu və onun da bir dost kimi həmin pulu göndərdiyini, bir neçə aydan onra yenidən cavabdeh yenidən ona müraciət edərək Rusiyada onunla şərikli dönərxana açmaq istədiyini və ayrılıqda hər kəsin 1000 dollar pul qoymalarını və iddiaçının da 1000 dolları cavabdehin yaşadığı ünvana ğöndərməli olduğunu onun da həmin ünvana pulu göndərdiyini ancaq cavabdeh sonradan işlərinin alınmadığını bundan sonra pulunu istədikdə isə cavabdeh bir həftəyə aldığı pulu göndərəcəyini ancaq iki il keçməsinə baxmayaraq cavabdehlərin onun pulunu göndərmədiyini ərizəsində bildirmişdir. Məhkəmə icraatının mümkünlüyünü yoxlayarkən müəyyən edilmişdir ki, iddiaçının ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150-ci maddələrinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyil. Belə ki, iddiaçı iddia ərizəsinə əlavə edilmiş sənədlərə özünün yaşadığı ünvan haqqında arayış əlavə etsə də ərazi aidiyyətinin müəyyən edilməsi üçün cavabdehin hansı ünvanda qeydiyyatda olmasını təsdiq edən sənədi ( MAPS-dan arayış və ya İƏDÜ nümayəndəliyindən verilmiş arayış) əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. İddiaçı isə cavabdehin poçt ünvanına dair heç bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən qeyd olunan iddia ərizəsinin icraata götürülməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, xx xxxx 2020-ci il tarixdə İddiaçı tərəfindən X6 filialına (Naxçıvan MR Maliyyə Nazirliyinin hesabına) 30 manat məbləğində ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx xxxx 2020-ci il tarixdə İddiaçı tərəfindən X6 filialına (Naxçıvan MR Maliyyə Nazirliyinin hesabına) 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev.
Məhkəmə qərarları › İş №2(080)-93/2020
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-93/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver