Məhkəmə qərarları › İş №2(080)-94/2020

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-94/2020

01.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-94/2020 01.10.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı su xəttindən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx xxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Ordubad rayonun Behrud kəndində yerləşən ona məxsus həyətyanı sahəsinə gələn su arxından istifadə etməyinə Behrud kənd sakini Cavabdeh tərəfindən yaranmış maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, o hazırda yaşadığı evi 1976-1980-ci illərdə özü inşa etmiş, həmin vaxtdan da Behrud kəndində Cavabdeh ilə qonşudur.Əvvəllər Cavabdeh ata-anası sağ ikən İddiaçı su arxı onların həyətindən keçirdi.Mərhum N.Əliyev 1980 ci il tarixdə ev inşa etmək istədikdə ona bir qonşu kimi onun arxının keçdiyi yerdən ev inşa etdirmək istədiyini, su arxının isə yerini dəyişməsini bildirmişdir.İddiaçı insanlıq edərək arxın keçdiyi yerdən mərhum N.Əliyevin ev inşa etdirməsinə icazə vermiş, N.Əliyev su arxının yerində ev inşa edərək su arxının yerini dəyişib evin qabaq hissəsi ilə turuba salaraq su arxını bərpa etmişdir.İddiaçı isə 1980-ci illərdən son illərə kimi həmin su arxından istifadə etmişdir.Son on il ərizində mərhum N.Əliyev vəfat etdikdən sonra onun oğlu Cavabdeh həmin evə köçdükdən sonra su arxını bağlamış, İddiaçı su arxından istifadə etməsinə maneə yaratmışdır.Bununla bağlı İddiaçı müxtəlif orqanlara, Ordubad rayon Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Ordubad rayon idarəsinə, Ordubad rayon İcra Hakimiyyətinə müraciət etsə də bu mübahisənin həlli mümkün olmamışdır.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı izahatında onu da bildirmişdir ki, cavabdeh Ə.Əliyein su arxından söküb çıxardığı trubalar onların öz trubaları olduğunu, həmin trubalar üçün o pul vermədiyini,10 ildir sözügedən arxdan istifadə etmədiyini, 20-30 il su xəttinin Cavabdeh həyətindən keçdiyini, qonşusu ilə münasibətlərinin yaxşı olmadığını, Cavabdeh darvazasının yanından keçirərək daş divardan onun mülkiyyətində olan Bələdiyyə sahəsindən keçirərək arx salmağa imkanının olmadığını, iki övladının ikisinin də gözdən əlil olduqlarını, onların dərman pullarını ancaq ödədiyini, Ordubad rayonun Behrud kəndində yerləşən ona məxsus həyətyanı sahəsinə gələn su arxından istifadə etməyinə Behrud kənd sakini Cavabdeh tərəfindən yaranmış maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki,mərhum atasına aid Behrud kəndindəki yaşadığı evləri 1970-ci ildə inşa edilmişdir.İddiaçının izahatında isə 1980-ci il tarixdə mərhum atası evi inşa etdiyində ondan icazə alaraq su arxının dəyişdirdiyini yalan dediyini, həmin su xəttindən isə İddiaçı 40 ildir su getmədiyini bildirmişdir..Onun həyətində olan arx isə yalnız öz mülklərinin arxı olub.İddiaçı onun yolunu və Behrud Bələdiyyəsinin zəpt etdiyi ərazidən isə su arxının aparılması mümkün olduğunu, iddiaçı isə işinin rahat olması üçün onun həyətində olan arxdan suyu aparıb yerinin divarından suyu öz həyətinə ötürmək istədiyini, 40 il o arxdan su getmədiyini, şəxsi mülkündə olan evin qabaq hissəsində inşaat işi apardığından özünə aid arxın trubalarını sökdüyünü, hətta özünün də həmin arxdan istifadə etmədiyini, arxa su gəlmədiyini, şlanq vasitəsi ilə həyəti suvardığını, evlərinin yanında dağın aşağı hissəsindən şlanq vasitəsi ilə su gətirdiyini, iddiaçıda şlanq su xəttindən istifadə etdiyini, şəxsi həyəti və mülkü olduğundan qonşusunun bələdiyyəyə aid ərazidən arx salıb torpağını suvara biləcəyini bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə mütəxəsiz kimi dəvət olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Ordubad rayon idarəsinin nümayəndəsi X9 izahatında bildirmişdir ki, xəritədə su arxlarının göstərilmədiyini, cavabdehin üst qonşu sahəsi Hüseyn Heydərov və Zenfira Rzayeva ilə, sol yan qonşu torpaq sahəsi isə X1 əhatə edilir. Arxlardan isə çoxdan istifadə edilmməməsi açıq-aydın göründüyünü,bələdiyyəyə aid sahədən daş divarın yanından truba vəya şlanqla keçirməyin mümkün olduğunu bildirərək ifadəsini bitirmişdir. İş materiallarında olan- JN-095 B, KOD 10705028 Torpağın mülkiyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində Ordubad rayon Bürhüd kəndində mülkiyyətində olan 0.11 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. 97 nömrəli, xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Ordubad rayonu Behrud kəndində yaşayır və qeydiyyatdadır. 97 nömrəli, xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Əliyev X8 rayonu Behrud kəndində yaşayır və qeydiyyatdadır. Məhkəmə iddiaçının, cavabdehin mütəxəssisin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarıın əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X11 Məhkəməsinin “X2rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı tələbinin sübuta yetirilməsi onun üzərinə düşdüyü və buna baxmayaraq, öz tələbini sübuta yetirə bilmədiyi üçün iddanı təmin edilməməlidir. Belə ki, İddiaçı Ordubad rayonunun Behrud kəndində ona məxsus torpaq sahəsinin qonşusunun həyətindən keçən su arxı ilə suvardığını bildirsədə özünün qeyd etdiyi kimi arxlara suyun gəlmədiyi, 10 ildən artıq arxlardan heç kimin istifadə etmədiyi, istifadə isə şlanq vasitəsi ilə suvarlandığı açıq aydın görünür. Cavabdeh mülkiyyətində olan arx isə öz mülkünün arxıdır, alt qonşu bu iş üzrə İddiaçı həyətyanı sahəsindən Cavabdeh həyatyanı sahəsi təxminən 3-4 metr hündürlükdədir.Cvavabdeh Ə.Əhmədov isə bu iş üzrə İddiaçı onun darvazasının və yolundan truba vastəsi ilə iddiaçının mülkiyyətində olan ödənişdə olan Bələdiyyə sahəsindən bu iş üzrə cavabdehin hasarının yanı ilə aparılmasına heç bir etirazı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.1-ci mаddəsinin tələbinə görə servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci mаddəsinin tələbinə görə İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci mаddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən dövlət rüsumu iddiaçı N.Baxşəliyevaya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı Cavabdeh qarşı su xəttindən istifadəyə maneənin aradan qaldırılması barədə tələbi əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X7 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar