Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-97/2022 04.07.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində artırılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Ordubad Rayon Məhkəməsinin 2(080)-80/2019 nömrəli, 05 iyul 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi 10 iyun 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 150 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, aralarında olan nikah Ordubad rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş,birgə nikahdan övladları 10 iyun 2018-ci il tarixdə doğulmuş X7 onun yanında saxlanılmaqla onun yetkinlik yaşma çatanadək saxlanılması üçün ,120 (bir yüz iyirmi) manat məbləğində aliment müəyyən edilmişdir. İddiaçı heç yerdə işləmir, heç bir yerdən də əlavə gəliri yoxdur. 120 manat uşağın saxlanılması üçün kifayət etmir. Uşaq böyüdükcə onun təlabatı da artır. Valideyinlərinin köməyi ilə birtəhər uşağın ehtiyaclarını təmin etməyə çalışır. Onların da maddi imkanları çox çox zəifdir. Özü uşağa qulluq edir, bu səbəbdən də işləyə bilmir.Ona görə İddiaçı aliment məbləğinin artırılmasını istəyir. Cavadehin qazancı barədə məlumatım yoxdur. Ona görə alimentin sabit məbləğdə tutulmasını istəyirəm. Cavabdeh Rusiya Federasiyasında işləyir, məlumatı var ki, qazancı çoxdur, ailə qurmayıb. Cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim edə bilmir. Cavabdeh sadəcə 120 manat ödəməklə kifayətlənir, ona əlavə maddi köməklik etmir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. Ordubad rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğini dəyişdirilərək Cavabdeh 150 (bir yüz əlli ) manat məbləğində alimentin tutularaq onaödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada Cavabdeh oluna məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir.Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxmışdır. İş materiallarında olan- 175145 nömrəli nikahım pozulması haqqında şəhadətnamənin çıxarışından görünür ki, tərəflər arasında nikah Ordubad rayonu Qeydiyyat şöbəsində 04 dekabr 2019-cu il tarixdə ləğv edilmiş, bu barədə akt qeydləri kitabında 25 nömrə ilə qeyd edilmişdır. 960628 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 10 iyun 2018-ci il tarixdə X7 doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. 06 may 2022-ci il tarixli, 22 nömrəli arayışdan görünür ki, Əlili X5 rayon Nüsnüs kəndində qeydiyyatdadır. 27 yanvar 2022-ci il tarixli, 14 nömrəli arayışdan görünür ki, Əlili X3 rayon Nüsnüs kəndində qeydiyyatdadır. Ordubad Rayon Məhkəməsinin 2(080)-80/2019 nömrəli, 05 iyul 2019-cu il tarixli məhkəmə qətnaməsindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, 10 iyun 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən 120 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb, sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, Ordubad Rayon Məhkəməsinin 2(080)- 80/2019 nömrəli, 05 iyul 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün cavabdehin hər ay 120 manat sabit pul məbləğində aliment müəyyən edilmiş, lakin iddiaçının bildirdiyinə görə cavabdeh Rusiya Federasiyasında yaşayır və işləyir, hər ay 120 manat alimentin müəyyən edilməsindən 3 il müddət keçmişdir. X4 4 yaşı var. Uşaq böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır, İddiaçı maddi vəziyyəti pisləşir. Həmçinin hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaöın həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2019-cu ildəki xərclərin miqdarından fərqlənir. İddiaçı aliment miqdarının dəyişdirilərək bir uşaq üçün 150 manat məbləğində müəyyən edilməsini tələb etsə də, cavabdehin qazancı və ya başqa gəlirləri barədə Məhkəməyə sübut təqdim etməmiş, cavabdehin Rusiya Federasiyasında yaşadığını, işlədiyini, qazancının olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, qazancının olub-olmamasından asılı olmayaraq uşağın atası uşağı saxlamağa borcludur. Həmçinin cavabdehin qazancı barədə sübutun təqdim edilməməsi alimentin sabit pul məbləğində müəyyən edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa... uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehin qazancı barədə məlumat olmadığından alimentin məbləği Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sabit pul məbləğində ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşaqların hazırda İddiaçı yanında yaşamasını, uşağın gündəlik qayğılarının iddiaçının üzərinə düşməsini diqqətəlayiq hal kimi nəzərə alır, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutur və nikahın pozulmasından sonra cavabdeh X1 uşağın saxlanması üçün ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş 193 manat yaşayış minimumunun yarıdan çox hissəsini, yəni hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment kimi tutulmasını məqsədəuyğun hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 82/2016 saylı qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 35.60 (otuz beş manat altmış qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Ordubad Rayon Məhkəməsinin 2(080)-80/2019 nömrəli, 05 iyul 2019-cu il tarixli Qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. 10 iyun 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 130 manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. X2 35.60 manat alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-97/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-97/2022
04.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver