Məhkəmə qərarları › İş №2(080)-97/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-97/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-97/2025 02.06.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi,İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 2800 manat məbləğində pulun, 48 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş, İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Ordubad rayonun Biləv kənd sakini Cavabdeh xırdabuynuzlu heyvan alverçisi kimi tanımışam. 2022-ci ilin avqust ayının əvvəllərində yaşadığım evin həyətyanı sahəsində təmir işləri gördüyüm vaxt Cavabdeh zəng edərək ondan yaşadığım evə 4 kisə sement gətirməsini istədim. Cavabdeh idarə etdiyi avtomobillə həmin sement kisələrini yaşadığım evə gətirdi. Həmin gün Cavabdeh təsərüfatımda olan xırda buynuzlu heyvanlardan bir neçəsini satacağımı bildirdim və Cavabdeh mənə köməklik etməsini istədim. Cavabdeh də bu barədə xəbər edəcəyini bildirərək getdi. Bundan sonra Cavabdeh mənim mobil telefonuma zəng edərək 27 baş xırdabuynuzlu heyvan alacağını bildirdi mən də Cavabdeh ilə bu barədə razılaşdım. Ertəsi gün Cavabdehlə razılaşdığımız qaydada qeyd olunan xırdabuynuzlu heyvanları kənd məktəbinin yaxınlığına apardım Cavabdeh də qeyd edilən yerə gələrək 27 baş xırdabuynuzlu heyvanı sayaraq 4300 manat məbləğində qiymətə razılaşaraq Cavabdeh satdım. Cavabdeh razılaşdığımız pulun 800 manatını əvvəlcədən ödəyərək qalan 3500 manatını isə hissə-hissə ödəyəcəyini bildirdi və mən də razılaşdım 2023-cü ildə isə Cavabdeh qeyd olunan pulun 500 manatını ödədi qalan 2800 (iki min səkkiz yüz) manatı isə müxtəlif bəhanələr gətirərək bu günə qədər ödəməkdən qərəzli olaraq yayınır. Lakin Cavabdeh pulumu istəsəm də müxtəlif bəhanələr gətirib pulumu verməkdən qərəzli olaraq yayındı. Bundan sonra Cavabdeh pulumu vermədiyi üçün onun hərəkətlərindən Ordubad Rayon Polis Şöbəsinə müraciət etdim. Ordubad Rayon X2 və təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Turab Rzayev tərəfindən müvafiq araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 yanvar 2025-ci il tarixli qərar qəbul edilmişdir. Müvafiq araşdırma zamanı Cavabdeh mənim işin hallarına dair yuxarıda qeyd etdiyim xüsusatların doğruluğu- mahiyyətində izahat vermiş və onun bu izahatı Ordubad Rayon X2 və təhqiqat qrupunun müstəntiqi Turab Rzayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 yanvar 2025-ci il tarixli qərarında əks olunmuşdur. 2023-cü ildə isə Cavabdeh qeyd olunan pulun 500 manatını ödədi qalan 2800 (iki min səkiz yüz) manatı isə müxtəlif bəhanələr gətirərək bu günə qədər ödəməkdən qərəzli olaraq yayınır. İddiaçı Cavabdeh 2800 manat məbləğində borc pulun və 48 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etmiş, iddiaçının izahatında bildirdikləri ilə eyni məzmunda izahat vermiş, İddiaçı 27 baş xırdabuynuzlu heyvanı sayaraq 4300 manat məbləğində qiymətə razılaşaraq aldığını, həmin pulun 800 manatını əvvəlcədən ödədiyini, 2023-cü ildə isə qeyd olunan pulun 500 manatını iddiaçıya ödədiyini və İddiaçı 2800 (iki min səkkiz yüz) manat borcunun olduğunu bildirmiş və məhkəməyə ərizə təqdim edərək pul borcu olduğunu etiraf etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Cinayət işi başlnmasının rədd edilməsi haqqında ” Qərardan görünür ki, Ordubad rayon X2 və təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X3 Cavabdeh izahatını almış və Cavabdeh izahatında, İddiaçı 2800 (iki min səkiz yüz) manat borcunun olduğunu izahatında bildirmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2800 (iki min səkkiz yüz) manat borc pul alınıb İddiaçı verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 4300 manat dəyərində 27 baş xırdabuynuzlu heyvan satmış, cavabdeh 800 manatını əvvəlcədən ödəmiş 2023-cü ildə isə qeyd olunan pulun 500 manatını ödəmiş, qalan 2800 manat borc pulu isə hisssəhissə iddiaçıya verəcəyini öhdəsinə götürmüş, lakin həmin müddətdən sonra qalıq 2800 manatını isə ödəməmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyi üçün iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 2800 manat borcun cavabdehdən alınıb ona verilməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya 2800 manat borcu var. Bu tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Məhkəmə aşağıda qeyd edilmiş maddi hüquq normaları barımından da gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329-cu maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsinə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsi tərəflərin iradəsi ifadəsi ilə bağlanmışdır. İddiaçı 27 baş xırdabuynuzlu heyvan cavabdehə təhvil vermiş, cavabdeh aldığı xırdabuynuzlu heyvanın qiymətinin bir qisminin ödəmiş digər qisminin isə qısa müddətdə ödəyəcəyini bildirmiş həmin alqı-satqı müqaviləsi üzrə 2800 manat məbləğində pulu iddiaçıya verəcəyini öhdəsinə götürmüş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdür. Cavabdehin öhdəliyi iş materiallarına əlavə edilmiş, “xx.xx.2025-ci il tarixli “Cinayət işi başlnmasının rədd edilməsi haqqında ” Qərardan və məhkəmə baxışında izahat verərkən məhkəməyə təqdim etdiyi ərizəsində də öz təsdiqini tapır. Məhkəmə iddianın hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi tərəflər arasında bağlanmış şifahi nisyə alqı-satqı müqaviləsindən və borcun etirafı ilə bağlı məhkəməyə təqdim etdiyi ərizəsindən və xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında ” Qərarına əsasən, məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Çünki, cavabdeh iddiaçı qarşısında 2800 manat məbləğində borclandığını etiraf etmiş, həmin pulu qısa müddətdə qaytarmağı öhdəsinə götürmüş, lakin göstərilən tarixdən 3 il müddət keçməsinə baxmayaraq bu öhdəliyini tam yerinə yetirməmişdir. Göründüyü kimi, cavabdehin mövcud borcunu etiraf etməsi, iddiaçı və cavabdeh arasında etibarlı hüquq münasibətinin və sonuncudan qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, borc etiraf edildiyindən, həmin borcun olmamasına istinad edilməsi yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 882.1-ci və 882.2-ci maddələrinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmçinin cavabdeh məhkəməyə iddiaya qarı etiraz təqdim etməmiş, iddianın əksini sübut etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı 2800 manat borcunun olması tam sübuta yetdiyindən, Cavabdeh 2800 manat məbləğində pul alınıb B. Məmmədova verilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, ödənilmiş 48 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia təmin edilsin. Cavabdeh 2800 (iki min səkkiz yüz ) manat məbləğində pulun, və iddia ərizəsinin verilməsinə görə 48 (qırx səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə,işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar