Məhkəmə qərarları › İş №2(080)-99/2020

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-99/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-99/2020 29.09.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X2 Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyiilə,İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 borcun alınması tələbinə dair mülki işə məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi İddiaçı ASC-nin nümayəndəsi Habil Cavadov xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Məhkəməyə müraciət etmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 30.05. 2018-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 5622.63 manat əsas borc, 433.75 manat faiz borcun, cəmi 6056.38(altı min əlli altı manat otuz səkkiz qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun İddiaçı ASC-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Orxan Hüseynov xx.xx.2020-ci il tarixdə ərizə göndərərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı borcun alınması tələbi ilə bağlı Cavabdeh1 tərəfindən kredit borcunu tam ödədiyindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddiadan imtina etmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı borcun alınması tələbinə dair 2(080)-99/2020 saylı mülki iş üzrə icraata xitam verilməsini xahiş emişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsi Orxan Hüseynovun iddiadan imtina etməsi, iş izrə icraata xitam verilməsi barədə ərizəsini müzakirə edib belə nəticəyə gəlir ki, işdə imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi və bu imtinanın məhkəmə tərəfindən qəbul edilməsi iş üzrə icraata xitam verilməsi üçün əsasdır, həmin əsasa görə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla iş üzrə icraata xitam verir. Məhkəmə belə hesab edir ki, İddiaçı ASC-nin nümayəndəsi Orxan Hüseynovun iddiasından imtinası qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərkən ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, xx.xx.2020-ci il tarixdə ********** nömrəli qəbzlə İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına Hökumət Ödəniş Portalına 30 manat məbləğində ödədiyi dovlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 borcun alınması tələbinə dair iddiasından imtinası qəbul edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 borcun alınması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2020-ci il tarixdə ********** nömrəli qəbzlə İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına Hökumət Ödəniş Portalına 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nə qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar