Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-10/2022 01.06.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı ASC-nin, cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ASC -nin, İdarə Heyəti sədrinin müavini X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10 iyun 2014-cü il tarixli İRH-FB-003 saylı kredit müqaviləsi üzrə 147,885.14 (yüz qırx yeddi min səkkiz yüz səksən beş dollar on dörd sent) ABŞ dolları əsas borca hesablanmış 5% məbləğində 55,847.44 (əlli beş min səkkiz yüz qırx yeddi dollar qırx dörd sent) “əldən çıxmış faydaya görə” borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 374.83 manat məbləğində dövlət rüsumunun tutulması və İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. İddiaçının nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2014-cü il tarixli İRH-FB-003 saylı kredit müqaviləsinə əsasən cavabdehə 42 ay müddətinə şəxsi istehlak məqsədi üçün illik 16% faiz haqq ödəmək şərti ilə 200,000 (iki yüz min) ABŞ dolları məbləğində kredit verildiyini, həmin kreditin təminatı kimi tərəflər arasında 10 iyun 2014-cü il tarixli İRH-FB-003 saylı ipoteka müqaviləsi bağlanmış və X1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, 0.06 ha torpaq sahəsində yerləşən, 236.5 kv.m. ümumi, 158.2 kv.m yaşayış,78.3 kv.m yardımçı sahədən ibarət olan 6 otaqlı 15/1 saylı fərdi yaşayış evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) ipoteka qoyulduğunu, kredit verildikdən sonra cavabdeh müqavilənin və ödəniş qrafikinin tələblərini pozmuşdur. Belə ki, 10 may 2016-ci il tarixədək kredit borcunu tam ödəməli olduğu halda, ödənişlər aparmadığına görə tərəflərindən Cavabdeh qarşı Sədərək rayon Məhkəməsində iddia qaldırılmış, 10 iyun 2014-cü il tarixli İRH-FB-003 saylı kredit müqaviləsi üzrə 151,385.14 ABŞ dolları əsas, 32,596.65 ABŞ dolları faiz borcunun cavabdehdən tutulması tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilərək, həmin əmlakın açıq hərracda satışı hesabına əldə ediləcək vəsaitin kredit borcunun ödənişinə yönəldilməsi barədə qətnamə çıxarılması xahiş edilmiş, iş üzrə Sədərək Rayon Məhkəməsi 27.10.2016-cı il tarixdə qətnamə çıxardaraq cavabdehdən 151,385.14 ABŞ dolları əsas, 21,294.69 ABŞ dollan faiz borcunun tutulması, ipoteka qoyulmuş əmlakın açıq hərracda satışı hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Naxçıvan MR Ali Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmiş və əsas və faiz borcunun cəmi kimi qeyd edilən 172,674.83 ədədində 4 rəqəmin 9 rəqəmi ilə əvəz edilmiş, həmin məbləğ 172,679.83 müəyyən etmişdir. İddiaya əlavə edilmiş, iş üzrə çıxarılmış qətnamədən və kredit müqaviləsindən görünür ki, cavabdehlə bağlanmış 10 iyun 2014-cü il tarixli İRH-FB-003 saylı kredit müqaviləsi 42 aylıq müddətə bağlanmışdır. 10 dekabr 2017-ci il tarixdə müqavilənin müddəti bitmiş, faizlər həmin tarixədək hesablanmış, eləcə də məhkəmə məhz həmin dövrədək mövcud olan faizlərin tutularaq Banka ödənilməsi qənaətinə gəlmişdir. 10 dekabr 2017-ci il tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə asas və faiz borcunu ödəməmiş, eyni zamanda borcun tutulması, ipoteka predmetinin satışı hesabına banka ödənilməsi ilə bağlı məhkəmə qətnaməsindən apellyasiya və kassasiya şikayəti verməklə kredit borcunun qaytarılmasına maneələr yaratmışdır. Bununla da cavabdeh Bankı haqqı çatanlardan məhrum etmiş, borc aldığı pulu geri qaytarmaqdan yayınmışdır. İddia ərizəsinə əlavə edilmiş, 10 may 2016-cı il-cı il tarixdən sonrakı dövrü əhatə edən kredit borcu üzrə ödəniş cədvəlindən görünür ki, 10 may 2016-cı il tarixə cavabdehin banka əsas borc üzrə qalığı 151,385.14 ABŞ dollar təşkil etmişdir . Cavabdeh tərəfindən həmin borcdan 02.03.2017-ci il tarixdə 500 (beş yüz) ABŞ dolları, 10.04.2017-ci il tarixdə 500 (beş yüz) ABŞ dolları, 04.05.2017-ci il tarixdə 500 (beş yüz) ABŞ dolları, 30.06.2017-ci il tarixdə 500 ( beş yüz) ABŞ dolları, 31.07.2017-ci il tarixdə 500 (beş yüz) ABŞ dolları, 30.08.2017-ci il tarixdə 500 (beş yüz) ABŞ dolları, 29.09.2017-ci il tarixdə 500 ( beş yüz) ABŞ dolları, 30.10.2017-ci il tarixdə 500 ( beş yüz) ABŞ dollan ödənilmiş və həmin ödənişlər əsas borcdan silinmişdir. 21.09.2021-ci il tarixə cavabdehin Banka əsas borcunun qalığı 147,885.14 (yüz qırx yeddi min səkkiz yüz səksən beş dollar on dörd sent) ABŞ dolları təşkil edir. Hesab edirik ki, həmin əsas borcun ödənilməsini gecikdirdiyinə, əsassız olaraq pul vəsaitini özündə saxladığına və Bank da digər əsasdan çıxış edərək daha böyük məbləğdə pul tələb edə bilmədiyinə görə əsas borcun faktiki qalığına görə illik 5 (beş) faiz “əldən çıxmış faydaya görə” yəni 55,847,44 (əlli beş min səkkiz yüz qırx yeddi dollar qırx dörd sent) pulun tutulması barədə qətnamə qəbul edilməsini və 374.83 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınıb İddiaçı ASCnin xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Məhkəmə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə iddiaçı məhkəmə iclaslarına gəlməmiş, lakin İddiaçı ASC-nin, nümayəndəsi X5 06.12.2021-ci il tarixdə, 07.01.2022-ci il tarixdə,17.03.2022-ci il tarixdə, 11 aprel 2022-ci il tarixdə və 01 iyun 2022-ci il tarixdə məhkəməyə ərizələr göndərərək, İddiaçı ASC-nin, Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair mülki iş üzrə məhkəmə proseslərinin onların iştirakı olmadan keçirilməsini və təqdim edilmiş sənədlər əsasında işə baxaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə Cavabdeh məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. 18 oktyabr 2021-ci il tarixdə və 02 dekabr 2021-ci il tarixdə Sədərək rayon məhkəməsinin böyük məsləhətçisi İsmayılov Çingiz Məhərrəm oğlu özünə məxsus mobil telefon ilə cavabdehlə əlaqə saxlamış, İddiaçı ASC ona qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırdığını və məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verərək iclasda iştirak etməsini, sənəd və sübutları varsa məhkəmə hazırlıq iclasında məhkəməyə təqdim etməsini bildirmiş, cavabdehin isə ona qarşı qaldırılmış iddiadan məlumatının olduğunu, məsələni yaxın zamanda bankla həll edəcəklərini, məhkəməyə təqdim edəcək sənəd və sübutunun olmadığını, Bakı şəhərində yaşadığı üçün məhkəmə iclaslarına maddi imkanı ilə əlaqədar gələ bilmədiyini, bankla danışıb razılığa gələrək məsələni həll edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsində göstərilən müddəalara əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5.-ci maddəsinə əsasən, Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ASC-nin kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh 10 iyun 2014-cü il tarixli İRH-FB-003 saylı kredit müqaviləsi üzrə 147.885.14 (yüz qırx yeddi min səkkiz yüz səksən beş dollar on dörd sent) ABŞ dolları əsas borca hesablanmış 5% məbləğində 55.847.44 ( əlli beş min səkkiz yüz qırx yeddi ABŞ dolları qırx dörd sent) “əldən çıxmış faydaya görə” borcun yaranmasını iddia etmişdir. Mülki işə əlavə edimiş sənədlər hər tərəfli tədqiq edilərkən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2014-cü il tarixli İRH-FB-003 saylı kredit müqaviləsinə əsasən cavabdehə 42 ay müddətinə şəxsi istehlak məqsədi üçün illik 16% faiz haqq ödəmək şərti ilə 200,000 (iki yüz min) ABŞ dolları məbləğində kredit verildiyini, həmin kreditin təminatı kimi tərəflər arasında 10 iyun 2014-cü il tarixli İRH-FB- 003 saylı ipoteka müqaviləsi bağlanmış və X1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, 0.06 ha torpaq sahəsində yerləşən, 236.5 kv.m. ümumi, 158.2 kv.m yaşayış,78.3 kv.m yardımçı sahədən ibarət olan 6 otaqlı 15/1 saylı fərdi yaşayış evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) ipoteka qoyulduğunu, kredit verildikdən sonra cavabdeh müqavilənin və ödəniş qrafikinin tələblərini pozduğunu, 10 may 2016-ci il tarixədək kredit borcunu tam ödəməli olduğu halda, ödənişlər aparmadığına görə iddiaçı tərəfindən Cavabdeh qarşı Sədərək rayon Məhkəməsində iddia qaldırılmış, 10 iyun 2014cü il tarixli İRH-FB-003 saylı kredit müqaviləsi üzrə 151,385.14 ABŞ dolları əsas, 32,596.65 ABŞ dolları faiz borcunun cavabdehdən tutulması tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilərək, həmin əmlakın açıq hərracda satışı hesabına əldə ediləcək vəsaitin kredit borcunun ödənişinə yönəldilməsi barədə qətnamə çıxarılması xahiş edilmiş, Sədərək Rayon Məhkəməsi 27.10.2016-cı il tarixdə qətnamə çıxardaraq cavabdehdən 151,385.14 ABŞ dolları əsas, 21,294.69 ABŞ dollar faiz borcunun tutulması, ipoteka qoyulmuş əmlakın açıq hərracda satışı hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, iş üzrə çıxarılmış qətnamədən və kredit müqaviləsindən görünür ki, cavabdehlə bağlanmış 10 iyun 2014-cü il tarixli İRH-FB-003 saylı kredit müqaviləsi 42 aylıq müddətə bağlanmışdır. 10 dekabr 2017-ci il tarixdə müqavilənin müddəti bitmiş, faizlər həmin tarixədək hesablanmış, eləcə də məhkəmə məhz həmin dövrədək mövcud olan faizlərin tutularaq Banka ödənilməsi qənaətinə gəlmişdir. 10 dekabr 2017-ci il tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə asas və faiz borcunu ödəməmiş, eyni zamanda borcun tutulması, ipoteka predmetinin satışı hesabına banka ödənilməsi ilə bağlı məhkəmə qətnaməsindən iş üzrə cavabdeh apellyasiya və kassasiya şikayəti verməklə kredit borcunun qaytarılmasına maneələr yaratmışdır. Bununla da cavabdeh Banka haqqı çatanlardan məhrum etmiş, borc aldığı pulu geri qaytarmaqdan yayınmışdır. İddia ərizəsinə əlavə edilmiş, 10 may 2016-cı il-cı il tarixdən sonrakı dövrü əhatə edən kredit borcu üzrə ödəniş cədvəlindən görünür ki, 10 may 2016-cı il tarixə cavabdehin banka əsas borc üzrə qalığı 151,385.14 ABŞ dollar təşkil etmişdir . Cavabdeh tərəfindən həmin borcdan 02.03.2017-ci il tarixdə 500 (beş yüz) ABŞ dolları, 10.04.2017-ci il tarixdə 500 (beş yüz) ABŞ dolları, 04.05.2017-ci il tarixdə 500 (beş yüz) ABŞ dolları, 30.06.2017-ci il tarixdə 500 ( beş yüz) ABŞ dolları, 31.07.2017-ci il tarixdə 500 (beş yüz) ABŞ dolları, 30.08.2017-ci il tarixdə 500 (beş yüz) ABŞ dolları, 29.09.2017-ci il tarixdə 500 ( beş yüz) ABŞ dolları, 30.10.2017-ci il tarixdə 500 ( beş yüz) ABŞ dollan ödənilmiş və həmin ödənişlər əsas borcdan silinmişdir. 21.09.2021-ci il tarixə cavabdehin Banka əsas borcunun qalığı 147,885.14 (yüz qırx yeddi min səkkiz yüz səksən beş dollar on dörd sent) ABŞ dolları təşkil edir. Cavabdeh borcun ödənilməsini gecikdirdiyinə, əsassız olaraq pul vəsaitini özündə saxladığına və Bank da digər əsasdan çıxış edərək daha böyük məbləğdə pul tələb edə bilmədiyi üçün, bu baxımdan göstərilən əsas borca münasibətdə hesablanmış 5% məbləğdə əldən çıxmış faydaya görə pul cavabdehdən tutulmalıdır. İş materiallarına əlavə edilmiş 10 iyun 2014-cü il tarixli İRH-FB-003 saylı kredit müqaviləsinə əsasən tərəflərin razılaşmasına görə, kredit müqaviləsi 42 aylıq müddətə bağlanmışdır və öhdəliklərin icrasının son tarixi 10 dekabr 2017-ci il müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Kredit müqaviləsi üzrə öhdəliklərini Bank qarşısında tam icra etməyən Cavabdeh 10 iyun 2014-cü il tarixli İRH-FB-003 saylı kredit müqaviləsinin ( 42 ay) bitdiyi tarixdən yəni 10 dekabr 2017-ci il tarixdən 21 sentyabr 2021-ci il tarixədək olan müddətdə borclunun öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar 147.885.14 ABŞ dolları əsas borca münasibətdə illik 5% olmaqla əldən çıxmış faydanın nə qədər təşkil etməsinin dəqiq müəyyən edilməsi üçün məhkəmə 10 yanvar 2022-ci il tarixdə qərardad qəbul edərək məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir, 23 fevral 2022-ci il tarixli 31 nömrəli ekspert rəy hazırlayarkən Sədərək rayon məhkəməsinin qərardadı ilə müəyyən olunmuş 10 dekabr 2017-ci il tarixdən yəni müqavilənin müddətinin bitdiyi tarixdən 21 sentyabr 2021-ci il tarixədək hesablanması sualına cavab hazırlamamış, sadəcə Cavabdeh ilə İddiaçı ASC arasında bağılanmış 10 iyun 2014-cü il tarixli İRH-FB-003 saylı kredit müqaviləsinin şərtləri və hesabdan çıxarış məlumatların düzgünlüyünü nəzərə almaqla cavabdehin 10 iyun 2014-cü il tarixli İRH-FB-003 saylı kredit müqaviləsi üzrə İddiaçı ASCnə 21 sentyabr 2021-ci il tarixə əsas borc üzrə 147.884.94 (bir yüz qırx yeddi min səkkiz yüz səksən dörd dollar doxsan dörd sent) ABŞ dolları illik 5% olmaqla əldən çıxmış fayda 55826.62 ( əlli beş min səkkiz yüz iyirmi altı dollar altmış iki sent) ABŞ dolları təşkil etdiyi nəticəsinə gəlmişdir. Məhkəmə 12 aprel 2022-ci il tarixdə məhkəmə iclasında ekspert rəyi digər materiallarla birlikdə tədqiq edilərkən, ekspertin rəyi kifayət qədər aydın və tam olmadığından, məhkəmə əlavə mühasibatlıq-ekspertizası təyin edilməsi qənaətinə gələrək qərardad qəbul edərək rəy verilməsi üçün Naxçıvan MR. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi 06 may 2022-ci il tarixdə 109 nömrəli rəy tərtib edərək məhkəməyə göndərilmişdir Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2022-ci il tarixli 109 nömrəli ekspert rəyinə əsasən, 10 iyun 2014-cü il tarixli İRH-FB-003 saylı kredit müqaviləsinin şərtləri və hesabdan çıxarış məlumatların düzgünlüyünü nəzərə almaqla cavabdehin 10 iyun 2014-cü il tarixli İRH-FB-003 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nə əsas borc üzrə 147.884.94 (bir yüz qırx yeddi min səkkiz yüz səksən dörd dollar doxsan dörd sent) ABŞ dolları, faiz borcu 27872,26 (iyirmi yeddi min səkkiz yüz yetmiş iki dollar iyirmi altı sent) ABŞ dolları, 10 dekabr 2017-ci il tarixdən 21 sentyabr 2021-ci il tarixədək olan müddətdə illik 5% olmaqla əldən çıxmış fayda məbləği 27954,36 ( iyirmi yeddi min doqquz yüz əlli dörd dollar otuz altı sent) ABŞ dolları təşkil edir. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsinə əsasən, üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və 10 iyun 2014-cü il tarixli İRH-FB-003 saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Ona görə ki, cavabdeh əsas borcun ödənilməsini gecikdirdiyinə, əsassız olaraq pul vəsaitini özündə saxladığına və Bank da digər əsaslardan çıxış edərək daha böyük məbləğdə pul tələb edə bilmədiyinə görə əsas borcun faktiki qalığına görə illik 5% pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İşə əlavə edilmiş 10 iyun 2014-cü il tarixli İRH-FB-003 saylı kredit müqaviləsi üzrə, həmin müqavilənin müddətinin bitdiyi gündən sonrakı dövrü əhatə edən kredit borcu üzrə ödəniş cədvəlindən də görünür ki, cavabdeh əsas borca görə illik 5% hesablanmaqla cədvələ uyğun ödəniş etməlidir. Mülki işə əlavə olunmuş Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin 2021-ci ilin may ayında qəbul etdiyi “icratın dayandırılması haqqında” qərarından da məlum olur ki,Naxçıvan MR. Ali Məhkəməsinin 2(108)-06/2019 nömrəli icra sənədi üzrə icraat icra edilmədən dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun AR Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-nin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləçək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-nin 425-ci maddəsi). Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının ( faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericiliklə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ( real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi qismən təmin edilməlidir. Göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Yuxarıda göstərilən xüsusatları və ekspert rəyini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, 10 iyun 2014-cü il tarixli İRH-FB-003 saylı kredit müqaviləsi üzrə 10 dekabr 2017-ci il tarixindən 21 sentyabr 2021-ci il tarixədək 147.884.94 (bir yüz qırx yeddi min səkkiz yüz səksən dörd dollar doxsan dörd sent) ABŞ dolları əsas borca hesablanmış illik 5% olmaqla əldən çıxmış fayda 27954.36 ( iyirmi yeddi min doqquz yüz əlli dörd dollar otuz altı sent) ABŞ dolları məbləğində Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumuna mütənasib olaraq 187,60 manat məbləğində pul MPM-in 119cu maddəsinə əsasən cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci və 358.0.3, 360 maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. 10 iyun 2014-cü il tarixli İRH-FB-003 saylı kredit müqaviləsi üzrə 10 dekabr 2017-ci il tarixindən müqavilənin müddətinin bitdiyi gündən 21 sentyabr 2021-ci il tarixədək 147.884.94 (bir yüz qırx yeddi min səkkiz yüz səksən dörd dollar doxsan dörd sent) ABŞ dolları əsas borca hesablanmış illik 5% olmaqla əldən çıxmış fayda 27954,36 (iyirmi yeddi min doqquz yüz əlli dörd dollar otuz altı sent ) ABŞ dolları, qətnamə icra olunan günə Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla Cavabdeh alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumuna mütənasib olaraq 187,60 (yüz səksən yeddi manat altmış qəpik) manat məbləğində pul Cavabdeh alınsın, İddiaçı ASCnin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-10/2022
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-10/2022
01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver