Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 2(088)-131/2021 27.12.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə. İddiaçı "xxxx" KB ASC-nin, cavabdehlər Cavabdeh3, İsmayılov Telman Qasım oğlu, İsmayılova Tovuz Heydər qızı, İsmayılova Günel Əkbər qızına qarşı kreditin, kredit faizlərinin və cərimələrin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki işə Sədərək Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: "xxxx" KB ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, İsmayılov Telman Qasım oğlu, İsmayılova Tovuz Heydər qızı, İsmayılova Günel Əkbər qızına qarşı kreditin, kredit faizlərinin və cərimələrin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iş üzrə iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının iddia ərizəsi geri qaytarılmalıdır. Çünki o, məhkəməyə iddia ərizəsinin qaytarılması barədə ərizə göndərmişdir. Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddiaçının hökümət ödəniş portalı ilə ödənilmiş 22 noyabr 2021-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən ödədiyi 211.40 (iki yüz on bir manat, qırx qəpik) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı "xxxx" KB ASC-nin, cavabdehlər Cavabdeh3, İsmayılov Telman Qasım oğlu, İsmayılova Tovuz Heydər qızı, İsmayılova Günel Əkbər qızına qarşı kreditin, kredit faizlərinin və cərimələrin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Unıbank" KB ASC-nin hökümət ödəniş portalı ilə ödənilmiş 22 noyabr 2021ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən ödədiyi 211.40 (iki yüz on bir manat, qırx qəpik) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №2(088)-131/2021
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №2(088)-131/2021
27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver