Məhkəmə qərarları › İş №2(088)-138/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-138/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-138/2023 14.12.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı, Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 285 manat əsas borcun, gecikdirilmiş dəbbə pulu olan 65 manat məbləğin, nəticə etibarı ilə ümumilikdə 350 manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumu olan pulla birlikdə, Cavabdeh cəmi 380 manat pulun alınaraq İddiaçı xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəailiyyəti ilə məşğul olduğunu, fəaliyyət sahəsinin mobil telefonlar və onların aksesuarlarının alqı-satqısı olduğunu, Cavabdeh ilə iddiaçı arasında 14 yanvar 2023-cü il tarixdə 11 nömrəli mal satınalması müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh Xiaomi Note 11 markalı telefonu 7 aylıq kreditlə 720 manat dəyərində almış, cavabdeh 720 manat borcundan hazırki vaxtadək 435 manat məbləği ödəmiş və qalan 285 manat borcu ödəməkdən imtina etmişdir. Cavabdeh yuxarıda qeyd edilən 14 yanvar 2023-cü il tarixdə 11 nömrəli mal satınalması müqaviləsindən yaranan 285 manat əsas borcun, bundan əlavə müqaviləyə qoşma olan 1 nömrəli əlavəyə, müqavilənin ödəniş şərtlərinin 3.3-cü bəndinə və xx.xx.2022-ci il tarixli dəbbə pulunun hesablanma arayışına əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan 2%-i, yəni ümumilikdə yaranan cərimə olaraq yaranan 65 manat dəbbə pulunun həmçinin 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb qaytarılmasını xahiş etmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki şəxslərin uçotu haqqında şəhadətnaməsinin sürətindən müəyyən olunur ki, İddiaçı borcu tələb etmək hüququ vardır. Məhkəmə 13 noyabr 2023-cü il tarixdə Cavabdeh iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Lakin, cavabdeh bildirişi 15 noyabr 2023-cü il tarixdə qəbul etsədə məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2023-cü il tarixdə 11 nömrəli mal satınalması müqaviləsinə əsasən 720 manat məbləğində Xiaomi Note 11 markalı telefon üçün 7 ay müddətinə aylıq 95 manat pul ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh 14 yanvar 2023-cü il tarixdə 11 nömrəli mal satılması müqaviləsi üzrə mal satınalması müqaviləsinin 2.4.1-ci bəndinə əsasən telefon qəbul edib əvəzində müəyyənləşdirilmiş dəyərini bu müqavilənin 3-cü bəndinə müvafiq olaraq vaxtında və tam şəkildə ödəməyi və həmin müqavilənin 2.4.2-ci bəndinə əsasən müqavilə ilə razılaşdırılmış son günədək aylıq ödənişi həyata keçirmədikdə gecikdirilən hər günə görə hesablanan dəbbə pulunu ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, hazırki vaxtadək onun iddiaçı qarşısında 14 yanvar 2023-cü il tarixdə 11 nömrəli mal satınalması müqaviləsinə əsasən Xiaomi Note 11 markalı telefon üçün 285 manat əsas borcu, 65 manat cərimə borcu olmaqla cəmi 350 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. İş materiallarına əlavə olunmuş tərəflər arasında 14 yanvar 2023-cü il tarixdə 11 nömrəli mal satınalması müqaviləsinin 3.3 bəndinə əsasən, kredit ödənişinin gecikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödəməlidir. Sübutlar olaraq ərizəyə əlavə olunmuş, tərəflər arasında 14 yanvar 2023-cü il tarixdə 11 nömrəli mal satınalması müqaviləsi, həmin müqaviləyə əlavə olaraq 14 yanvar 2023-cü il tarixli ödəniş cədvəli və xx.xx.2023-cü il tarixli arayış göstərilənləri bir daha təsdiq edir. Əlavə olaraq 14 yanvar 2023-cü il tarixli təhvil-təslim aktından də məlum olur ki Cavabdeh Xiaomi Note 11 markalı telefonu qəbul etmişdir İddia ərizəsinə əlavə olunmuş Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu borclunun vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi barədə iddiası əsaslıdır. Göründüyü kimi Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-1, 284-5.3, 284-6.1, 358.0.3 ,360 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia təmin edilsin. 14 yanvar 2023-cü il tarixdə 11 nömrəli mal satınalması müqaviləsi üzrə Xiaomi Note 11 markalı telefon üçün 285 manat əsas borcu, 65 manat cərimə borcu olmaqla cəmi 350 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu ilə ümumilikdə 380 (üç yüz səksən) manat pul Cavabdeh alınaraq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar