Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 2(088)-14/2021 02.09.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə. İddiaçı MMC-nin, Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, М ü ə y y ə n e t d i: İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə ödənilməmiş 10772 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 15 mart 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, məhkəmə hazırlıq iclasının keçirilməsi 30.03.2021-ci il tarixə təyin edilmiş və həmin tarixdə məhkəmə hazırlıq iclası tərəflərin iştirakı olmadan keçirilərək baxılması üçün 23.04.2021ci il tarixə təyin edilmiş, həmin tarixdə məhkəmə baxışı iclası 17.05.2021-ci il tarixinə təxirə alınmış, həmin tarixdə iş üzrə Məhkəmə Mühasibatlıq ekspertizası təyin edilərək mülki iş üzrə icraat dayandırlmış, 29.06.2021-ci il tarixdə mülki iş ekspert rəyi ilə birlikdə məhkəməyə qaytarılmış, həmin tarixdə mülki iş üzrə icraat təzələnərək baxılması üçün 15.07.2021-ci il tarixə təyin edilmiş, həmin tarixdə məhkəmə iclası 05 avqust 2021-ci il tarixə təxirə alınmış, 17.07.2021-ci il tarixdə iddiaçı tərəfindən “iddia tələbinin azaldılması barədə” məhkəməyə ərizə daxil olmuş və 05.08.2021-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclası cavabdehə göndərilmiş “iddia tələbinin azaldılmasına dair” ərizənin cavabdeh tərəfindən alınıb-alınmaması barədə məlumat məhkəməyə daxil olmadığından mülki işə baxılması təxirə alınaraq 02 sentyabr 2021-ci il tarixə təyin edilmişdir. 17.08.2021-ci il tarixdə İddiaçı MMC məhkəməyə ərizə ünvanlayaraq hal-hazırda tərəflər arasında qarşılıqlı razılaşma əldə olunduğundan mülki işi baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı MMC-nin nümayəndəsi X1 Məhkəməyə ünvanladığı ərizədə halhazırda tərəflər arasında qarşılıqlı razılaşma əldə olunduğundan mülki işi baxılmamış saxlanılmasını və sənədlərin əslinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq Sədərək rayon Məhkəməsinin böyük məsləhətçisi İsmayılov Çingiz Məhərrəm oğlu Cavabdeh məxsus ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq telefonoqram qəbul etmiş və həmin telefonoqramda cavabdeh ona qarşı qaldırılmış iddiadan məlumatı olduğunu Bakı şəhərində yaşadığı üçün məhkəmə iclaslarında iştirak edə bilmədiyini və İddiaçı MMC ilə öz aralarında razılığa gələrək dəymiş ziyanı hissə-hissə ödəyəcəyini, iddiaçının işin baxılmamış saxlanılması üçün məhkəməyə ərizə göndərdiyindən məlumatı olduğunu, göndərilmiş ərizə əsasında işin baxılmamış saxlanılmasına heç bir etirazının olmadığını və ona görədə iddiaçının ərizəsini nəzərə alıb işin baxılmamış saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə ərizəni baxılmamış saxlayarkən İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, İddiaçı MMC-nin Hökümət ödəniş portalı ilə ödənilmiş 24.12.2020-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən Paşa Bank ASC AZ21NABZ******************** nömrəli hesabına ödədiyi 30 (otuz manat) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264 və 268-ci maddələrini rəhbər tutara məhkəmə Qərar v e r d i: İddiaçı MMC-nin, Cavabdeh qarşı maddi ziyaının ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad qanuni qüvvəyə mindikdən sonra mülki iş üzrə sənədlərin əsli İddiaçı MMC-nə qaytarılsın. İddiaçı MMC-nin Hökümət ödəniş portalı ilə ödənilmiş 24.12.2020-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən Paşa Bank ASC AZ21NABZ******************** nömrəli hesabına ödədiyi 30 (otuz manat) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan, Qərardad Tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-14/2021
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №2(088)-14/2021
02.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver