Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 2(088)-16/2021 28.09.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə. İddiaçı ASC-nin, Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, М ü ə y y ə n e t d i: İddiaçı ASC-nin problemli kreditlərlə iş departamentinin direktoru X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı 06.03.2020-ci il tarixli BPM**********14 nömrəli kredit müqaviləsinə əsasən illik 19 faizlə 48 ay müddətinə verilən 3700 manat nağd pul kredit borcu üçün 3641.76 manat əsas borcu 364.25 manat faiz borcu olmaqla ümumilikdə 4006.01 manat və əlavə olaraq illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 36 ay müddətinə 1100 manat məbləğində verilən kredit kartı borcu üçün 1038.66 manat əsas borc, 136.58 manat faiz borcu olmaqla ümumilikdə 1175.24 manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 02 aprel 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, məhkəmə hazırlıq iclasının keçirilməsi 15.04.2021-ci il tarixə təyin edilmiş və həmin tarixdə məhkəmə hazırlıq iclası tərəflərin iştirakı olmadan keçirilərək baxılması üçün 05.05.2021ci il tarixə təyin edilmiş, həmin tarixdə məhkəmə baxışı iclası 04.06.2021-ci il tarixinə təxirə alınmış, həmin tarixdə iş üzrə Məhkəmə Mühasibatlıq ekspertizası təyin edilərək mülki iş üzrə icraat dayandırlmış, 13.08.2021-ci il tarixdə mülki iş ekspert rəyi ilə birlikdə məhkəməyə qaytarılmış, həmin tarixdə mülki iş üzrə icraat təzələnərək baxılması üçün 03.09.2021-ci il tarixə təyin edilmiş, həmin tarixdə məhkəmə iclası 28.09.2021-ci il tarixə təxirə alınmışdır. 16.09.2021-ci il tarixdə İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq mülki işi baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı ASC-nin problemli kreditlərlə iş departamentinin direktoru X1 Məhkəməyə ünvanladığı ərizədə mülki işi baxılmamış saxlanılmasını və sənədlərin əslinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq Sədərək rayon Məhkəməsinin böyük məsləhətçisi İsmayılov Çingiz Məhərrəm oğlu Cavabdeh məxsus ***- ***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq telefonoqram qəbul etmiş və həmin telefonoqramda cavabdeh ona qarşı qaldırılmış iddiadan məlumatı olduğunu Bakı şəhərində yaşadığı üçün məhkəmə iclaslarında iştirak edə bilmədiyini və İddiaçı ASC ilə öz aralarında razılığa gəldiklərini, iddiaçının işin baxılmamış saxlanılması üçün məhkəməyə ərizə göndərdiyindən məlumatı olduğunu, göndərilmiş ərizə əsasında işin baxılmamış saxlanılmasına heç bir etirazının olmadığını və ona görədə iddiaçının ərizəsini nəzərə alıb işin baxılmamış saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə ərizəni baxılmamış saxlayarkən İddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, İddiaçı ASC-nin Hökümət ödəniş portalı ilə ödənilmiş 24.02.2021-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264 və 268-ci maddələrini rəhbər tutara məhkəmə Qərar v e r d i: İddiaçı ASC-nin, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad qanuni qüvvəyə mindikdən sonra mülki iş üzrə sənədlərin əsli İddiaçı ASC-nə qaytarılsın. İddiaçı ASC-nin Hökümət ödəniş portalı ilə ödənilmiş 24.02.2021-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan, Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-16/2021
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №2(088)-16/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver