Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-21/2022 11.03.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı, Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: Vətəndaş İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək yetkinlik yaşına çatmayan 12.11.2015-ci il təvəllüdlü X2 və 12.09.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin olunmuş hər uşağa 100 manat ümumilikdə 200 manat aliment pulunun hər bir uşaq üçün 15 manat artırılaraq bir uşaq üçün 115 manat ümumilikdə hər iki uşaq üçün 230 manat Cavabdeh tutularaq İddiaçı qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək izahatında Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması barədə 17.02.2020-ci il tarixdə Sədərək rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyini, məhkəmə 02.07.2020-ci il tarixli 2(088)-10/2020 saylı qətnamə çıxararaq iddiasını təmin etdiyini, aralarında bağlanmış nikahı pozulduğunu və Cavabdeh hər ay sabit pul məbləğində hər bir uşaq üçün 100 manat olmaqla iki uşağa ümumilikdə 200 manat aliment pulu alınaraq 12.11.2015-ci il təvəllüdlü X2 və 12.09.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ona ödənilməsi barədə qərar verildiyini, hal-hazırda uşaqlar üçün təyin edilmiş 200 manat aliment pulunun uşaqların aylıq xərcini qarşılamadığını, heç bir yerdə işləmədiyini İsmayılın isə uşaqların saxlanılmasında əlavə olaraq heç bir maddi və mənəvi köməklik göstərmədiyini, cavabdeh haliyyədə Naxçıvan şəhər qəbirstanlığında fəhlə işlədiyini buna görə də 12.11.2015-ci il təvəllüdlü X2 və 12.09.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin olunmuş hər bir uşağa 100 manat ümumilikdə 200 manat aliment pulunun hər bir uşağa 15 manat artırılaraq bir uşaq üçün 115 manat ümumilikdə iki uşaq üçün 230 manat alimentin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işə əlavə olunmuş materialları araşdırıb onlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işi araşdırarkən məlum oldu ki, Sədərək rayon Məhkəməsinin 02.07.2020-ci il tarixli 2(088)-10/2020 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan olan azyaşlı uşaqları 12.11.2015-ci il təvəllüdlü X2 və 12.09.2018-ci il təvəllüdlü X3 analarının yanında qalması müəyyən edilməklə, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər birinə 100 manat sabit pul məbləğində aliment kəsilmiş, cavabdeh aliment pulunu vaxtlı-vaxtında ödəsə də, bu illər ərzində (iki il müddətində) uşağa başqa maddi və mənəvi cəhətdən heç bir köməklik etmədiyindən iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını xahiş etmişdir. Cavabdehin isə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etmədiyini, iddiaya münasibətdə hər hansı bir fikrini bildirmədiyini nəzərə alaraq, məhkəmə iddiaçının iddiası ilə bağlı iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Mülki işə əlavə olunmuş Sədərək rayon İcra Hakimiyyəti Sədərək kənd İƏD üzrə Nümayəndəliyinin 20 dekabr 2021-ci il tarixli 340 nömrəli arayışından məlum olur ki, 12.11.2015-ci il təvəllüdlü X2 və 12.09.2018-ci il təvəllüdlü X3 anaları İddiaçı himayəsində yaşayırlar. İşə əlavə olunmuş 12.11.2015-ci il təvəllüdlü X2 AZ-İİİ 751886 nömrəli doğum haqqında şəhadətnaməsinin və 12.09.2018-ci il təvəllüdlü X1 AZ-İV 165557 nömrəli doğum haqqında şəhadətnaməsinin surətlərindən məlum olur ki, hər iki uşağın atası Cavabdeh anaları isə Əhmədova (Rzayeva) Cəmilə Kərim qızıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideyinlər uşaqları saxlamağa borcludurlar. Valideyinlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərindən məhkəmə qaydasında tutulur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının 1-ci maddəsində verilmiş tərifə görə, 18 yaşına çatmamış şəxs uşaq hesab olunur. Ona görə, valideynlərin öz uşaqlarını saxlamaq borcu onların yetkinlik yaşına çatana qədər davam edir. Uşağın qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsini nəzərdə tutan müddia “uşağı saxlamaq” anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən məcbursuz icra edilir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş uşaq hüquqları bəyannaməsinin 8-ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdən uşağın maraqlarını daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideyinlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazimi tədbirləri görürlər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində Dövlət siyasətinin bir hissəsində hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətindən uşaqların mənafeyini üstün tutmaqla, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktların və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı, onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüququ və mənafelərini məhdudlaşdıran hər hansı bir əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İstinad olunan qanunvericiliklərin tələbinə əsasən uşağın fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün onun maddi təminatına həm beynəlxalq təşkilatlar, həm də dövlət təminat verir və onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən hal-hazırda 1 (bir) uşaq üçün minimum dolanacaq xərcləri 193 manat müəyyən edilmişdir. Lakin uşaqların saxlanması hər iki valideynin borcudur. Azərbaycan Respublikası Ailə məcəlləsinin 56-cı maddəsinin və Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ata-ananın borcudur. Bu borcun ana ilə ata arasında tən bölündüyü Konstitusiyada birbaşa yazılmasa da, həm ölkə içi qanunvericilik, həm də Azərbaycanın qoşulduğu uşaq hüquqları ilə bağlı beynəlxalq normativ sənədlər onların bərabər məsuliyyətini vurğulayır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18 və 27-ci maddələrinə görə ata-ana uşaqlarla bağlı birgə məsuliyyət daşıyırlar. Uşaqların ən ümdə maraqları ata-ananın əsas qayğılarının predmeti olmalıdır. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak təlabatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifəsidir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, işdə olan digər diqqətəlayiq halları da nəzərə alır. Belə ki, iddiaçı cavabdehin aylıq qazancı və ya gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə tərəflərin maddi vəziyyəti dedikdə, onların əldə etdikləri gəlirlərin öz ailələri üçün nə dərəcədə yetərli olması, ailə vəziyyəti dedikdə, aliment ödəyən valideynin öhdəsində başqa ailə üzvlərinin olması və s. hallar nəzərdə tutmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin edilməli, Sədərək rayon Məhkəməsinin 02.07.2020-ci il tarixli 2(088)-10/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş bir uşağa 100 manat olmaqla ümumilikdə iki uşaq üçün 200 manat sabit pul məbləği dəyişdirilərək 12.11.2015-ci il təvəllüdlü X2 və 12.09.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına 18 (on səkkiz yaşına) çatana kimi saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə minidiyi gündən başlayaraq hər ay bir uşaq üçün 115 (yüz on beş) manat ümumilikdə iki uşağın saxlanması üçün 230 (iki yüz otuz) manat sabit pul məbləğində tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28.03.2016-cı il, 8-2 №-li Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə, dövlət rüsumu ödənilir. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəməsi məcmusu ilə müəyyən edilir. Həmin məcəllənin 112.4-cü maddəsinə əsasən, iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə alimentin artım məbləği bir il ərzində 1000 (min) manatdan az olduğundan, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu ödənilməlidir. Lakin həmin qanunun 9.1.2-ci maddəsinə əsasən, İddiaçı qızı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, dövlət rüsumu cavabdehdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.4 maddəsinə əsasən, İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən xüsusatlara və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddiaçı, Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilsin. Sədərək rayon Məhkəməsinin 02.07.2020-ci il tarixli 2(088)-10/2020 saylı qətnaməsi ilə hər bir uşaq üçün 100 (yüz) manat sabit pul məbləğində müəyyən edilmiş aliment dəyişdirilərək, cavabdeh Naxçıvan şəhərində qeydiyyatda olan Cavabdeh 12.11.2015-ci il təvəllüdlü X2 və 12.09.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına 18 (on səkkiz yaşına) çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay bir uşaq üçün 115 (bir yüz on beş) manat olmaqla ümumilikdə 230 (iki yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Sədərək rayonu Sədərək kəndində qeydiyyatda olan İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu olaraq 30 (otuz) manat pul alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar . Sədrlik edən: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №2(088)-21/2022
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-21/2022
11.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver