Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(088)-33/2020 04.11.2020 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə, “xxxxxxxx” ASC-nin, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxx” ASC-nin nümayəndəsi “xxxxxxxx” ASC-nin X2 Departamentinin direktoru X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli RPF- 00832-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsini, həmin kredit müqaviləsindən irəli gələn əsas borc olaraq 2382.02 manat, faiz borcu olaraq 1.14 manat, cəmi 2383.16 məbləğində borcun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Bank “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. İddiaçının nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Seyhulla qızı ilə “xxxxxxxx” ASC-nin arasında xx.xx.2019-cu il tarixli RPF-00832-16/19A saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə 2409.27 məbləğində kredit xətti açıldığını, kredit müqaviləsi üzrə Cavabdeh1 Seyhulla qızı“xxxxxxxx” ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli RPF-00832-16/19A saylı kredit razılaşmasına əsasən 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2409.27(iki min dörd yüz doqquz manat, iyirmi yeddi qəpik) manat məbləğində kredit verildiyini, Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi qaydada bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq vaxtında qaytarmadığına görə cavabdehin kredit müqaviləsinin 2.2-ci bəndinin tələblərini pozaraq kredit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli vəsaitlərin 50 manat ödəsədə, qalan əsas borc olan 2382.02, faiz borcu 1.14 manat ödəmədiyini, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürdüyü, zaminlik müqaviləsinin 2.2 bəndinə əsasən, kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıdığını və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı bütün öhdəlikləri icra etməlidir. Lakin cavabdeh kredit müqaviləsinin müvafiq bəndlərini pozaraq üzərlərinə düşən öhdəlikləri icra etmədiklərinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxxxxxx” ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli RPF-00832-16/19A saylı kredit müqviləsi üzrə əsas borc olaraq 2382.02 manat, faiz borcu olaraq 1.14 manat, cəmi 2383.16 məbləğində borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini iddia etmişdir. İş üzrə cavabdehlər məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı şəxsin nümayəndəsi tərəfindən isə məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli teleqramı ilə iddia tələblərini müdafiə edərək təyin edilmiş məhkəmə iclasını onların iştirakı olmadan keçirilib qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işə əlavə olunmuş sənədləri tədqiq edərək bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00832- 16/19A saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə aylıq faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətinə 2409.27 manat məbləğində kredit verilmişdir. Bağlanmış həmin kredit müqaviləsinin 2.2 bəndinə görə bocalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və müddətlərdə borcverənə ödəməlidir ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin müvafiq hissəsinin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə qaytarılmış (ödənilmiş) olsun. Təqdim edilmiş sənədlərdən aydın olur ki, Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2019cu il tarixli RPF-00832-16/19A saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyindən, tərəflərin imzaladıqları xx.xx.2019-cu il tarixli RPF-00832- 16/19A saylı kredit müqaviləsinə və xx.xx.2019-cu il tarixli RPFZ-00832-16/19A saylı zaminlik müqaviləsinə əsasən cavabdehlərin hazırki vaxtadək onların iddiaçı qarşısında kredit müqaviləsi üzrə əsas borc olaraq 2382.02 manat, faiz borcu olaraq 1.14 manat, cəmi 2383.16 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki işə əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli ödəniş cədvəlindən və xx xxxxxx 2020-ci il tarixli arayışından aydın olur ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli RPF-00832- 16/19A saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2020-cu il tarixinə “xxxxxxxx” ASC-nə 2383.16 manat pul borcu yaranmışdır. Mülki işə əlavə olunmuş xx.xx.2019-cu il tarixli RPFZ-00832-16/19A saylı nömrəli zaminlik müqaviləsindən aydın olur ki, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürdüyünü, zaminlik müqaviləsinin 2.2 bəndinə əsasən, kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıdığı və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı bütün öhdəliklərini icra etməlidirlər. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 445, 448, 462, 467, 470, 472, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, kreditin qaytarılması barədə tələb əsaslıdır, Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Ona görə də əsas borc olaraq 2382.02 manat, faiz borcu olaraq 1.14 manat, cəmi 2383.16 manat pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə
Q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Bank “xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF- 00832-16/19A saylı kredit müqaviləsi ləğv edilsin və həmin kredit müqaviləsindən irəli gələn əsas borc olaraq 2382.02 manat, faiz borcu olaraq 1.14 manat, cəmi 2383.16 (iki min üç yüz səksən üç manat on altı qəpik) manat məbləğində borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş Azərbaycan Respublikası Mərkəzi Bankı Hökümət ödəniş portalı ilə ödənilmiş xx xxxxxx 2020-cı il tarixli ********* saylı mədaxil qəbzinə əsasən “xxxxxxxx” ASC AZ21NABZ******************** nömrəli hesabına ödədiyi 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumuCavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülsün. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.