Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-33/2024 19.03.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə. İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10.500 manat borc pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 121.50 manat məbləğində dövlət rüsumu ilə birlikdə ümümilikdə 10621.50 manat məbləğində borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini onunla əsaslandırmışdır ki, vəkili və nümayəndəsi olduğu İddiaçı Gəncə şəhərində mebel satışı ilə məşğul olduğunu, Cavabdeh iddiaçı ilə bir neçə dəfə mebel alış-verişi etmiş və nəticə etibarı ilə aralarında işgüzar münasibətin yarandığını, bu münasibətə əsasən 2022-ci ilin aprel ayında cavabdehin iddiaçıdan 10500 manat məbləğində borc pul istədiyini və bu pulu həmin ilin oktyabr ayında qaytaracağına dair söz verdiyini, iddiaçının da aralarında olan münasibətə inanaraq cavabdehə qeyd edilən məbləğdə borc pul verdiyini, həmin borca dair öz aralarında imzaları ilə təsdiq edilmiş formada müqavilə bağladıqlarını, lakin indiyə qədər qeyd edilən məbləğdən 1 manat da olsa iddiaçıya qaytarmadığını, dəfələrlə borc məbləğinin cavabdehdən istənilməsinə baxmayaraq cavadbehin borcu qaytarmadığını, iddiaçının məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirərək Cavabdeh 10.500 manat borc pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 121.50 manat məbləğində dövlət rüsumu ilə birlikdə ümümilikdə 10621.50 cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Mülki iş üzrə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, İddiaçı Gəncə şəhərində mebel satışı ilə məşğul olduğunu, Cavabdeh iddiacı ilə bir neçə dəfə mebel alış-verişi etdiyini, aralarında işgüzar münasibətin olduğunu, sonra cavabdehin iddiaçıdan 10500 manat məbləğində borc pul istədiyini, iddiaçının da xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən həmin məbləği 18 oktyabr 2022-ci il tarixədək cavadehə verdiyini, cavabdehin isə bu günə kimi borc məbləğindən heç bir ödəniş etmədiyini bildirərək Cavabdeh 10.500 manat borc pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 121.50 manat məbləğində dövlət rüsumu ilə birlikdə ümümilikdə 10621.50 manat məbləğində borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə cavabdeh məhkəmə iclaslarına gəlməmiş və heç bir üzürlü səbəb göstərməmişdir. Bu baxımdan iddiaçı və Cavabdeh iştirakı olmadan məhkəmə baxışı keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən, Cavabdeh İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixinədək qaytarmaq şərti ilə 10500 manat məbləğində borc verilmişdir. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh borc müqaviləsinin şərtlərini pozaraq borcu müəyyən edilmiş vaxtda geri qaytarmamışdır. Borcalana dəfələrlə bu barədə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və borcunu ödəməmişdir. İddia ərizəsinə əlavə edilən xx.xx.2022-ci il tarixli borc müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən borc verən 10500 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu borcalana verməyi, borcalan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borcverənə ger qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən borcalan borcu xx.xx.2022-ci il tarixədək tam həcmdə geri qaytarmağı öz öhdəliyinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməzsə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında baxılacaqdır. Təqdim edilmiş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyindən, nəticədə onun iddiaçı qarşısında 10500 manat məbləğində icra edilməmiş pul borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sitemindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh Sədərək royon Sədərək kəndində qeydiyyatdadır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatına və iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı, Cavabdeh qarşı pul tələbi barədə iddiası sübuta yetirildiyindən tam təmin edilməlidir. Belə ki, işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatı, pulun verilməsi barədə borc müqaviləsi. tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, iş üzrə İddiaçı ilə iş üzrə cavabdeh olan Cavabdeh arasında yazılı formada razılığa əsasən, iddiaçı tərəfindən cavabdehə 10500 manat məbləğində borc pul verilmiş cavabdeh də həmin borc pulu xx.xx.2022-ci il tarixədək qaytarmaq şəri ilə qəbul etmişdir. Cavabdeh sonradan iddiaçıya heç bir ödəniş etməmişdir. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Ona görə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 10500 manat pul Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121.50 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3-ci və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə 10.500 manat borc pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 121.50 manat məbləğində dövlət rüsumu ilə birlikdə ümümilikdə 10621.50 (on min altı yüz iyirmi bir manat, əlli qəpik) manat məbləğində borcun Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-33/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-33/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver