Məhkəmə qərarları › İş №2(088)-38/2021

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-38/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-38/2021 07.07.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi X1 iclas katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin, Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i m: İddiaçı “xxxx” MMC-nin, baş direktoru X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 28.01.2020-cu il tarixli 20065715 nömrəli alqı-satqı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5287.8 manat (12 ay x 424.4manat +195 manat ilkin ödəniş) LG LED 55UM7450 markalı televizor, LG F4J6VSİL(Gümüşü) markalı paltaryuyan, LG 112 CGH markalı kondisioner, BO735EE114XK Gorenje markalı soba üçün 5092.8 manat ödənilməmiş hissə, 1526 manat cərimə borcu, ümumilikdə 6618.8 manat pul borcu yaranmışdır. Ona görə də 30 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə, Cavabdeh cəmi 6648.8 manat pulun alınaraq “xxxx” MMC-nin xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “xxxx” MMC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı “xxxx” MMC arasında 28.01.2020-ci il tarixli 20065715 nömrəli alqı-satqı müqaviləsinə əsasən, alqısatqı qiyməti 5287.8 manat (12 ay x 424.4manat +195 manat ilkin ödəniş) LG LED 55UM7450 markalı televizor, LG F4J6VSİL(Gümüşü) markalı paltaryuyan, LG 112 CGH markalı kondisioner, BO735EE114XK Gorenje markalı soba üçün 5092.8 manat ödənilməmiş hissə, 1526 manat cərimə borcu, ümumilikdə 6618.8 manat pul borcu yaranmışdır. Ona görə də 30 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə, Cavabdeh cəmi 6648.8 manat pulun alınaraq “xxxx” MMC-nin xeyrinə ödənliməsini iddia etmişdir. Cavabdeh bu borcdan bu günədək 195 manat ilkin ödəniş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş üzrə Cavabdeh məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı” xxxx” MMC-nin baş direktoru X2 tərəfindən isə məhkəməyə ünvanlanmış 31 may 2021-ci il tarixli, 17 iyun 2021-ci il tarixli və 06 iyul 2021-ci il tarixli teleqramaları ilə iddia tələblərini müdafiə edərək təyin edilmiş məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 28.01.2020-ci il tarixli 20065715 nömrəli alqı-satqı müqaviləsi üzrə götürdüyü əşyalara görə 12 ay müddətində aylıq 424.4 manat pul ödəməsini öhdəsinə götürmüşdür. Bağlanmış həmin müqavilələrin ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində “müştəri” mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüşdür. Mülki işə əlavə olunmuş 28 yanvar 2020-ci il tarixli “əşyaların təhvil -təslim aktından” bir daha müəyyən olunur ki, Cavabdeh 20065715 nömrəli müqaviləyə əsasən, LG LED 55UM7450 markalı televizor, LG F4J6VSİL(Gümüşü) markalı paltaryuyan, LG 112 CGH markalı kondisioner və BO735EE114XK Gorenje markalı sobanı tam qüsursuz halda təhvil almışdır. Bu halda “xxxx” MMC tərəfindən müqavilənin şərtlərinə tam əməl olunsada Cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş və sonda “xxxx” MMC-nə 28.01.2020-ci il tarixli 20065715 nömrəli alqı-satqı müqaviləsi üzrə ümumilikdə 6618.8 manat pul borcu (öhdəliyi) yaranmışdır. Ərizəyə əlavə olunmuş tərəflər arasında 28.01.2020-ci il tarixli 20065715 nömrəli alqı-satqı müqaviləsi, 15 aprel 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlləri göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş “xxxx” MMC-nin 07.09.2020-ci il tarixli Cavabdeh “ödəniş cədvəlində nəzərdə tutulan vaxt və qaydaya əməl olunaraq borcunun qaytarılması barədə” xəbərdarlığı da borclunun vaxtında məlumatlandırılmasından xəbər verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin götürdüyü əşyaların qiymətinin 5287.8 manat borcundan 195 manat ödəməsini, onun üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən cərimənin isə onun vəziyyətini daha ağırlaşdıracağını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 1526 manat məbləğində penya pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 700 manat məbləğində müəyyən edilməlidir. Adı çəkilən məcəllənin 567 maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 569.2. Əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, pul tələbi barədə iddiası əsaslıdır. Göründüyü kimi Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. 28 yanvar 2020-ci il tarixli 20065715 nömrəli alqı-satqı müqaviləsi üzrə alqı-satqı qiyməti 5287.8 manat (12 ay x 424.4manat +195 manat ilkin ödəniş) LG LED 55UM7450 markalı televizor, LG F4J6VSİL(Gümüşü) markalı paltaryuyan, LG 112 CGH markalı kondisioner, BO735EE114XK Gorenje markalı soba üçün 5092.8 manat ödənilməmiş hissə, 700 manat cərimə borcu cəmi 5792.8 manat və 30 manat ödənilmiş dövlət rüsumu ilə birlikdə ümumilikdə 5822.8 (beş min səkkiz yüz iyirmi iki manat səksən qəpik) manat pul Cavabdeh alınaraq “xxxx” MMC -nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar