Məhkəmə qərarları › İş №2(088)-41/2020

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-41/2020

20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-41/2020 20.11.2020 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin, Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i m: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin, X5 Departamentinin direktoru X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli BPM**********16 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh 1097.74 manat əsas borc, 91.84 manat faiz borcu ümumilikdə 1189.58 manat pul borcu yaranmışdır. Ona görə də 30.40 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə, Cavabdeh cəmi 1219.98 manat pulun alınaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında xx.xx.2020-ci il tarixli BPM**********16 nömrəli kredit müqaviləsinə əsasən, istehlak məqsədləri üçün 48 ay müddətində illik 20 faiz dərəcəsində ödəmək şərti ilə 1150 manat kredit verilmiş, lakin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən müqavilənin şərtlərinə tam əməl olunsada Cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş və sonda “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli BPM**********16 nömrəli Kredit müqaviləsinə əsasən 1097.74 manat əsas borc, 91.84 manat faiz borcu ümumilikdə 1189.58 manat pul borcu yaranmışdır. Ona görə də 30.40 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə cəmi 1219.98 manat pul Cavabdeh alınıb“xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2020-ci il tarixli X1rumlarının dövlət reyestri məlumatları haqqında çıxarışından müəyyən olunur ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC borcu tələb etmək hüququ vardır. Məhkəmə xx xxxxxxx 2020-ci il tarixdə cavabdehə iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Cavabdeh bildirişi xx xxxxxxx 2020-ci il tarixdə rəsmi qaydada alsada, məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********16 nömrəli kredit müqaviləsinə əsasən, istehlak məqsədləri üçün 48 ay müddətində illik 20 faiz dərəcəsində ödəmək şərti ilə 1150 manat pul ödəməsini öhdəsinə götürmüşdür. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin, xx xxxxxxxx 2019-cu il tarixli BPM**********16 nömrəli məxaric orderindəndə görünür ki, cavabdeh bankdan 1130 manat pulu qəbul etmişdir. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, hazırki vaxtadək onun iddiaçı qarşısında xx.xx.2019-cu il tarixli BPM**********16 nömrəli Kredit müqaviləsinə əsasən 1097.74 manat əsas borc, 91.84 manat faiz borcu ümumilikdə 1189.58 manat pul məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Ərizəyə əlavə olunmuş tərəflər arasında xx.xx.2019-cu il tarixli BPM**********16 nömrəli kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli ödəniş cədvəli və xx.xx.2020-ci il tarixli 19-198 nömrəli maliyyə arayışı göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli 14/A3198 nömrəli Cavabdeh “borcun qaytarılması barədə” bildirişi borclunun vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən,Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, pul tələbi barədə tələbi əsaslıdır. Göründüyü kimi Cavabdehmüqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdehonun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-1, 284-5.3, 284-6, 358.0.3 və 216- 220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli BPM**********16 nömrəli Kredit müqaviləsinə əsasən 1097.74 manat əsas borc, 91.84 manat faiz borcu cəmi 1189.58 manat pul və 30.40 manat ödənilmiş dövlət rüsumu ilə birlikdə ümumilikdə 1219.98 (min iki yüz on doqquz manat doxsan səkkiz qəpik) manat pul Cavabdeh alınaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCnin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar