Məhkəmə qərarları › İş №2(088)-41/2021

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-41/2021

25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-41/2021 25.06.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı “xxxx” MMC-nin, Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i m: İddiaçı “xxxx” MMC-nin Baş Direktoru X2 ərizə ilə məhkəməyə müraciət edərək, 07.03.2020-ci il tarixli 20152633 nömrəli alqı-satqı müqaviləsi üzrə İMEİ kodu **********82157 olan Samsung Galaxy A10 markalı telefon üçün 214.9 manat ödənilməmiş hissə, 21 manat cərimə borcu olmaqla ümumilikdə 235.9 manat pul borcu yaranmışdır. Ona görə də 20 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə, Cavabdeh cəmi 255.9 manat pulun alınaraq “xxxx” MMC -nin xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “xxxx” MMC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “xxxx” MMC 07.03.2020-ci il tarixli 20152633 nömrəli alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 380.40 manat olan İMEİ kodu **********82157 olan Samsung Galaxy A10 markalı telefon götürmüşdür lakin, cavabdeh bu günə qədər əsas borcundan 165.5 manat ödəniş edərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtı-vaxtında və tam olaraq yerinə yetirməmiş və 07.03.2020-ci il tarixli 20152633 nömrəli alqı-satqı müqaviləsi üzrə alqı-satqı qiyməti 380.4 manat (12 ay x 26.7 manat+60 manat ilkin ödəniş) İMEİ kodu **********82157 olan Samsung Galaxy A10 markalı telefon üçün 214.9 manat ödənilməmiş hissə 21 manat cərimə borcu ümumilikdə 235.9 manat borcu yaranmışdır. Ona görə də 20 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə cəmi 255.9 manat pul Cavabdeh alınıb “xxxx” MMC-nin, xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Mülki işə əlavə olunmuş 14.09.2020-ci il tarixli İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışından müəyyən olunur ki, “xxxx” MMC borcu tələb etmək hüququ vardır. Məhkəmə 24 may 2021-ci il tarixdə cavabdehə iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Lakin, cavabdeh məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07.03.2020-ci il tarixli 20152633 nömrəli alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********82157 olan Samsung Galaxy A10 markalı telefon üçün 60 manat ilkin ödəniş etməklə 12 ay müddətinə aylıq 26.7 manat pul ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh 07.03.2020-ci il tarixli 20152633 nömrəli alqı-satqı müqaviləsi üzrə İMEİ kodu **********82157 olan Samsung Galaxy A10 markalı telefon üçün əsas borcundan bu günədək 165.5 manat ödəniş etmişdir. İddiaçı “xxxx” MMC-nin, 07.03.2020-ci il tarixli təhvil-təslim aktından da görünür ki, cavabdeh İMEİ kodu **********82157 olan Samsung Galaxy A10 markalı telefonu qəbul etmişdir. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, hazırki vaxtadək onun iddiaçı qarşısında 07.03.2020-ci il tarixli 20152633 nömrəli alqı-satqı müqaviləsinə əsasən ümumilikdə 235.9 manat pul məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Ərizəyə əlavə olunmuş tərəflər arasında 07.03.2020-ci il tarixli 20152633 nömrəli alqı-satqı müqaviləsi həmin müqaviləyə əlavə olaraq 07.03.2020-ci il tarixli ödəniş cədvəli, 22.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəli göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş 12.01.2021-ci il tarixli Cavabdeh göndərilmiş xəbərdarlıq, borclunun vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi barədə iddiası əsaslıdır. Göründüyü kimi Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-1, 284-5.3, 284-6, 358.0.3 ,360 və 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. 07.03.2020-ci il tarixli 20152633 nömrəli alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********82157 olan Samsung Galaxy A10 markalı telefon üçün 214.9 manat əsas borcu və 21 manat cərimə borcu olmaqla cəmi 235.9 manat pul və 20 manat ödənilmiş dövlət rüsumu ilə ümumilikdə 255.9 (iki yüz əlli beş manat, doxsan qəpik) manat pul Cavabdeh alınaraq “xxxx” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar