Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-44/2020 25.12.2020 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı ASC-nin, Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i m: İddiaçı ASC-nin, Məhkəmə orqanları ilə İş şöbəsinin müdiri X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2019-cu il tarixli 104-1***-******* nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh 204.27 manat əsas borc, 37.08 manat faiz borcu, 39.62 manat cərimə borcu ümumilikdə 280.97 manat pul borcu yaranmışdır. Ona görə də 20 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə, Cavabdeh cəmi 300.97 manat pulun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında xx xxxxxx 2019-cu il tarixli 104-1***-******* nömrəli kredit müqaviləsinə əsasən illik 40 faizlə 12 ay müddətinə 324 manat kredit verilmiş, lakin İddiaçı ASC tərəfindən müqavilənin şərtlərinə tam əməl olunsada Cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş və sonda İddiaçı ASC-nin xx xxxxxx 2019-cu il tarixli 104-1***-******* nömrəli Kredit müqaviləsinə əsasən 204.27 manat əsas borc, 37.08 manat faiz borcu, 39.62 manat cərimə borcu ümumilikdə 280.97 manat pul borcu yaranmışdır. Ona görə də 20 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə cəmi 300.97 manat pul Cavabdeh alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Mülki işə əlavə olunmuş “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə “xxxx” İKB ASC arasında başlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 892 № li xx xxx 2018-ci il tarixli 004 № li müqaviləyə və xx xxxxxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. Məhkəmə xx xxxxxx 2020-ci il tarixdə cavabdehə iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Cavabdeh bildirişi xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada alsada, məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 104-1***-******* nömrəli kredit müqaviləsinə əsasən, illik 40 faizlə 12 ay müddətinə 324 manat pul ödəməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin, xx xxxxxx 2019-cu il tarixli 104-1***-*******-2 nömrəli ödəniş tapşırığından da görünür ki, cavabdeh bankdan 324 manat pulu qəbul etmişdir. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, hazırki vaxtadək onun iddiaçı qarşısında xx xxxxxx 2019-cu il tarixli 104-1***-******* nömrəli Kredit müqaviləsinə əsasən 204.27 manat əsas borc, 37.08 manat faiz borcu, 39.62 manat cərimə borcu ümumilikdə 280.97 manat pul məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Ərizəyə əlavə olunmuş tərəflər arasında xx xxxxxx 2019-cu il tarixli 104-1***-******* nömrəli kredit müqaviləsi, xx xxxxxx 2019-cu il tarixli 104-1***-******* kredit müqaviləsinə 1 saylı əlavə (ödəniş cədvəli) və xx.xx.2020-ci il tarixli maliyyə arayışı göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli PAİHTD-13415 nömrəli Cavabdeh “xəbərdarlıq” bildirişi borclunun vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbz ilə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 manatı artıq ödənildiyindən 10 (on) manat məbləğində pul iddiaçının özünə geri qaytarılmalıdır. Beləliklə, Məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, pul tələbi barədə tələbi əsaslıdır. Göründüyü kimi Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-1, 284-5.3, 284-6, 358.0.3 və 216- 220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. xx xxxxxx 2019-cu il tarixli 104-1***-******* nömrəli Kredit müqaviləsinə əsasən 204.27 manat əsas borc, 37.08 manat faiz borcu, 39.62 manat cərimə borcu cəmi 280.97 manat pul və 20 manat ödənilmiş dövlət rüsumu ilə birlikdə ümumilikdə 300.97 ( üç yüz manat doxsan yeddi qəpik) manat pul Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbz ilə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 manatı artıq ödənildiyindən 10 (on) manat məbləğində pul iddiaçının özünə geri qaytarılsın. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(088)-44/2020
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-44/2020
25.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver