Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-48/2021 29.10.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin, Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin, Problemli kreditlərlə iş departamentinin direktoru X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 29.11.2019-cu il tarixli BPM**********204 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 6000 manat məbləğində kredit və 29.11.2019-cu il tarixli BPM**********204 saylı kredit müqaviləsinə və Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən 36 ay müddətinə illik 24 faiz dərəcəsi hesablanmaqla 1000 manat məbləğində kredit kartı verildiyini, Cavabdeh kredit vəsaitlərindən istifadə etdiyini lakin, kredit borclarını və borclara hesablanmış faizləri ödəməkdən boyun qaçırdığını, ona görə də Cavabdeh 5129.86 manat əsas borcu, 133.30 manat faiz borcu, cəmi 5263.16 manat məbləğində kredit borcunu və kredit kartı üzrə 789.50 manat əsas borcu, 7.49 manat faiz borcunu, cəmi 796.99 manat kredit kartı borcunun və 30.40 manat ödənilmiş dövlət rüsumu olan pulun Cavabdeh alınaraq "xxxx" ASC-nin xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin, Problemli kreditlərlə iş departamentinin direktoru X1 28 sentyabr 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək, iddia tələbinin həcmini azaldaraq Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 27.09.2021-ci il tarixə kredit borcu üzrə 4894.91 manat əsas, 71.39 manat faiz borcu olmaqla cəmi 4966.3 manat kredit borcu, 27.09. 2021-ci il tarixə kredit kartı borcu üzrə 420.06 manat əsas, 6.93 manat faiz borcu olmaqla cəmi 426.99 manat kredit kartı borcunun və məhkəmə rüsumu kimi ödənilmiş dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh 29.11.2019-cu il tarixli BPM**********204 nömrəli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcalana 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 6000 manat məbləğində kredit və 29.11.2019-cu il tarixli BPM**********204 saylı kredit müqaviləsinə və Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən 36 ay müddətinə illik 24 faiz dərəcəsi hesablanmaqla 1000 manat məbləğində kredit kartı verildiyini, Cavabdeh kredit vəsaitlərindən istifadə etdiyini lakin , kredit borclarını və borclara hesablanmış faizləri ödəməkdən boyun qaçırdığını, ona görə də Cavabdeh 4894.91 manat əsas borcu, 71.39 manat faiz borcu, cəmi 4966.3 manat məbləğində kredit borcu və 420.99 manat əsas borcu, 6.93 manat faiz borcunu, cəmi 426.99 manat kredit kartı borcu yaranmışdır. Ona görə də 30.40 manat ödənilmiş dövlət rüsumu və xidmət haqqı olan pulla birlikdə cəmi manat pul Cavabdeh alınıb "xxxx" ASC-nin xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Məhkəmə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə iddiaçı məhkəmə iclaslarına gəlməmiş, lakin İddiaçı "xxxx" ASC-nin, Problemli kreditlərlə iş departamentinin direktoru X1 25 iyun 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək, Naxçıvan Muxtar Respublikası ərazisində "xxxx" ASC-ni məhkəmədə təmsil edə biləcək nümayəndələrinin olmamasını nəzərə alaraq mülki iş üzrə bütün məhkəmə proseslərinin onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etdiyini, həqiqətən 29.11.2019-cu il tarixli BPM**********204 nömrəli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcalana 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 6000 manat məbləğində kredit və 29.11.2019-cu il tarixli BPM**********204 saylı kredit müqaviləsinə və Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən 36 ay müddətinə illik 24 faiz dərəcəsi hesablanmaqla 1000 manat məbləğində kredit kartı götürdüyünü, krediti götürdükdən sonra bir müddət krediti vaxtlı-vaxtında ödədiyini, bir müddət sonra hamıya bəlli olan pandemiya ilə əlaqədar kreditlərinin ödənilməsində gecikmələri olduğunu, "xxxx" ASC-nin, hər ay pensiyasından kredit pulunu tutduğunu, heç yerdə işləmədiyindən üçüncü qrup əlil olduğundan götürdüyü kredit pulunu bir dəfəyə vermək imkanının olmadığını, kredit pulunun hər ay pensiyasından yarısının tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə cavabdehin izahatına və iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29.11.2019-cu il tarixli BPM**********204 nömrəli kredit müqaviləsinə əsasən illik 20 faiz olmaqla 48 ay müddətinə və 29.11.2019-cu il tarixli BPM**********204 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz dərəcəsi hesablanmaqla pul ödəməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə bağladığı müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, 27 sentyabr 2021-ci il tarixədək onunla iddiaçı arasında bağlanmış 29.11.2019-cu il tarixli BPM**********204 nömrəli kredit müqaviləsinə əsasən 4894.91 manat əsas borcu, 71.39 manat faiz borcu, cəmi 4966.3 manat məbləğində kredit borcu və 29.11.2019-cu il tarixli BPM**********204 nömrəli müqaviləyə əsasən 420.99 manat əsas borcu, 6.93 manat faiz borcu, cəmi 426.99 manat kredit kartı borcu üzrə icra edilməmiş pul öhdəliyi vardır. Ərizəyə əlavə olunmuş tərəflər arasında 29.11.2019-cu il tarixli BPM**********204 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə əlavə olaraq 27.09.2021-ci il tarixli ödəniş cədvəli və 27.09.2021-ci il tarixli maliyyə arayışı göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş 29.11.2019-cu il tarixli "xxxx" ASC-nin məxaric orderindən aydın olur ki, cavabdeh 5940 manat pulu qəbul etmişdir. Həmin tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmasından da məlum olur ki, cavabdehə 1000 manat məbləğində kredit kartı verilmişdir. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh göndərilmiş bildiriş, borclunun vaxtında məlumatlandırılmasından xəbər verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 741-ci maddəsinə əsasən Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini sərtləsdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi əsaslıdır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, 29.11.2019-cu il tarixli BPM**********204 nömrəli kredit müqaviləsinə əsasən 4894.91 manat əsas borcu, 71.39 manat faiz borcu, cəmi 4966.3 manat məbləğində kredit borcu və 29.11.2019-cu il tarixli BPM**********204 nömrəli müqaviləyə əsasən 420.99 manat əsas borcu, 6.93 manat faiz borcu, cəmi 426.99 manat kredit kartı borcu Cavabdeh alınaraq İddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə dövlət rüsumunun qaytarılması və xidmət haqqı məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat və xidmət haqqı 0.40 qəpik məbləğində pul MPM-in 119-cu maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci və 358.0.3, 360 maddələrini rəhbər tutaraq, Məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. 29.11.2019-cu il tarixli BPM**********204 nömrəli kredit müqaviləsinə əsasən 4894.91 manat əsas borcu, 71.39 manat faiz borcu, cəmi 4966.30 manat məbləğində kredit borcu və 29.11.2019-cu il tarixli BPM**********204 nömrəli müqaviləyə əsasən 420.99 manat əsas borcu, 6.93 manat faiz borcu, cəmi 426.99 manat kredit kartı borcu Cavabdeh alınıb İddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddiaçı "xxxx" ASC-i tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat və xidmət haqqı 0.40 qəpik məbləğində pul Cavabdeh alınsın, İddiaçı "xxxx" ASCnin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-48/2021
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-48/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver