Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 2(088)-50/2025 06.03.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, М ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kartdan çəkdiyi 2800 manat əsas borc, 240 manat faiz borcu və məhkəmədə iddia qaldırmaq üçün ödənilən 50.40 manat olmaqla ümumilikdə 3090 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, məhkəmə hazırlıq iclasının keçirilməsi xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Həmin məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək, Cavabdeh ilə razılığa gələrək barışdıqlarını, cavabdehin bu günə qədər Kapital Bank ASC-dən öz adına olan kartdan çəkdiyi pulları ödədiyini, aralarında heçbir mübahisənin qalmadığını bildirərək 2(088)-50/2025 saylı mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməklə iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək həmkəndlisi İddiaçı ilə öz aralarında razılığa gələrək barışdıqlarını, aralarında heç bir mübahisənin qalmadığını, iddiaçının adına olan Kapital Banka məxsus kartdan çəkdiyi pulların faizini ödədiyini, bundan sonra da ödəyəcəyinə söz verdiyini, hazırda avtomobil yuma sexində işlədiyini, 2(088)-50/2025 saylı mülki işin baxılmamış saxlanılması və ərizənin geri qaytarılması barədə qərardad qəbul edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin ərizələrini nəzərə alaraq belə hesab edir ki, iddiaçının ərizəsi özünə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Adı çəkilən məcəllənin 170.2-ci maddəsində göstərilir ki, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər Məhkəmə ərizəni geri qaytararkən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçının Kapital Bank ASC Şərur branch vasitəsi ilə xx.xx.2025-ci il tarixli ********* əməliyat nömrəli 704 saylı qəbzə əsasən ödədiyi 50.40 (əlli manat qırx qəpik) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r v e r d i: İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən Kapital Bank ASC Şərur branch vasitəsi ilə xx.xx.2025-ci il tarixli ********* əməliyat nömrəli 704 saylı qəbzə əsasən ödədiyi 50.40 (əlli manat qırx qəpik) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-50/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №2(088)-50/2025
06.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver