Məhkəmə qərarları › İş №2(088)-68/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-68/2024

30.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-68/2024 30.05.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Vətəndaş İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək birgə nikahdan doğulmuş 10 iyun 2013-cü il təvəllüdlü X1 və 04 iyun 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Sədərək Rayon Məhkəməsinin 2(088)-5/2020 nömrəli 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 235 manat olmaqla iki uşaq üçün ümumilikdə 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə aralarında 2011-ci il sentyabr ayının 14-də bağlanmış nikah qeydinin Sədərək Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(088)-5/2020 saylı qətnaməsinə əsasən pozulduğunu, boşanmadan sonra birgə nikahdan doğulmuş 10 iyun 2013-cü il təvəllüdlü X1 və 04 iyun 2016-cı il təvəllüdlü X4 anasının yanında saxlanılmasının müəyyən edildiyini və azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla iki uşaq üçün ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsinin qət edildiyini, təyin edilmiş aliment miqdarının uşaqlarının təlabatlarını ödəmədiyini, uşaqların orta məktəbdə təhsil aldıqlarını, cavadehin ödədiyi aliment məbləğinin yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununa əsasən 2024-cu ildə ölkədə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan çox aşağı olduğunu, cavabdehin uşaqların aliment pulunu ödəməkdən başqa heç bir ehtiyacları ilə maraqlanmadığını, uşaqların bütün qayğısını ehtiyacını tamamilə özünün qarşıladığını, uşaqların təlim-tərbiyyəsi ilə məğul olmaqla yanaşı həmdə onların maddi tələbatlarını qarşılamaq tək qadın olaraq çox çətin olduğunu, ona görə də azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sədərək Rayon Məhkəməsinin 2(088)-5/2020 nömrəli 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 235 manat olmaqla iki uşaq üçün ümumilikdə 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişdir Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Cavabdeh anası olduğunu, maddi imkanlarının aşağı olduğunu, oğlunun hal-hazırda Türkiyə Respublikasında fəhlə işlədiyini, məhkəmə tərəfindən kəsilmiş 200 manat aliment pulunu cavabdeh tərəfindən hər ay vaxtı vaxtında ödədiyini, iddiaçının iddiasını qismən qəbul etdiyini, iddiaçının tələb etdiyi 470 manat məbləğində aliment pulunu ödəmə imkanlarının olmadığını, maksimum hər uşağa 175 manat olmaqla iki uşaq üçün 350 manat məbləğində pul ödəyə biləcəklərini bildirdi. Məhkəmə iddiacının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işə əlavə olunmuş materialları araşdırıb onlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işi araşdırarkən məlum oldu ki, Sədərək Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(088)-5/2020 saylı qətnaməsinə əsasən birgə nikahdan doğulmuş 10 iyun 2013-cü il təvəllüdlü X1 və 04 iyun 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla iki uşaq üçün ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, cavabdeh 200 manat aliment pulunu ödəsə də, uşaqlar böyüdüyündən həmin aliment pulunun uşaqların saxlanması və təminatının ödənilməsi üçün yetərli olmadığı, bu illər ərzində uşağın saxlanmasında çətinlik çəkdiyindən iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş etmişdir. Lakin iddiaçının, iddia tələbi ilə bağlı cavabdehin harada işləməsi və aylıq qazancı, bu illər ərzində cavabdehin maddi vəziyyətində yaxşıya doğru hər hansı dəyişikliyin olması barədə, hər hansı hüquqi sənədin mülki işə əlavə etməməsini nəzərə alaraq, məhkəmə iddiaçının iddiası ilə bağlı iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Mülki işə əlavə olunmuş Sədərək Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(088)-5/2020 saylı qətnaməsinin çıxarışından məlum olur ki, 10 iyun 2013-cü il təvəllüdlü X5 və 04 iyun 2016-cı il təvəllüdlü X6 anası İddiaçı himayəsində yaşayırlar. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Sədərək Rayon Qaraağac kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş AZ-İV- № 634098 saylı xx.xx.2022-ci il tarixli və AZ-İV- № 634097 saylı xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamələrinin natarius təstiqli surətlərinə əsasən iş üzrə tərəflərin birgə nikahlarından 10 iyun 2013-cü il təvəllüdlü X5 və 04 iyun 2016-cı il təvəllüdlü X6 doğulmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan məlum olur ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etsədə, cavabdeh həmin sessiyada iştirak etməmiş, heç bir razılığa gəlməmişlər, aralarında mübahisə yaranmış və nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X2 X8 Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-17-9-2/1-A-6054/2024 saylı arayışdan görünür ki, cavabdeh Abbasov X3 MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideyinlər uşaqları saxlamağa borcludurlar. Valideyinlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərindən məhkəmə qaydasında tutulur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının 1-ci maddəsində verilmiş tərifə görə, 18 yaşına çatmamış şəxs uşaq hesab olunur. Ona görə, valideynlərin öz uşaqlarını saxlamaq borcu onların yetkinlik yaşına çatana qədər davam edir. Uşağın qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsini nəzərdə tutan müddia “uşağı saxlamaq” anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən məcbursuz icra edilir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş uşaq hüquqları bəyannaməsinin 8-ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdən uşağın maraqlarını daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideyinlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazimi tədbirləri görürlər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində Dövlət siyasətinin bir hissəsində hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətindən uşaqların mənafeyini üstün tutmaqla, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktların və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı, onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüququ və mənafelərini məhdudlaşdıran hər hansı bir əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İstinad olunan qanunvericiliklərin tələbinə əsasən uşağın fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün onun maddi təminatına həm beynəlxalq təşkilatlar, həm də dövlət təminat verir və onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən hal-hazırda 1 (bir) uşaq üçün minimum dolanacaq xərcləri 235 manat müəyyən edilmişdir. Lakin uşaqların saxlanması hər iki valideynin borcudur. Azərbaycan Respublikası Ailə məcəlləsinin 56-cı maddəsinin və Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ata-ananın borcudur. Bu borcun ana ilə ata arasında tən bölündüyü Konstitusiyada birbaşa yazılmasa da, həm ölkə içi qanunvericilik, həm də Azərbaycanın qoşulduğu uşaq hüquqları ilə bağlı beynəlxalq normativ sənədlər onların bərabər məsuliyyətini vurğulayır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18 və 27-ci maddələrinə görə ata-ana uşaqlarla bağlı birgə məsuliyyət daşıyırlar. Uşaqların ən ümdə maraqları ata-ananın əsas qayğılarının predmeti olmalıdır. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak təlabatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifəsidir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, işdə olan digər diqqətəlayiq halları da nəzərə alır. Belə ki, iddiaçı cavabdehin aylıq qazancı və ya gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməməklə yanaşı, bu illər ərzində (2020-2024) cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin olub-olmamasını da əsaslandıra bilməmişdir . Məhkəmə tərəflərin maddi vəziyyəti dedikdə, onların əldə etdikləri gəlirlərin öz ailələri üçün nə dərəcədə yetərli olması, ailə vəziyyəti dedikdə, aliment ödəyən valideynin öhdəsində başqa ailə üzvlərinin olması və s. hallar nəzərdə tutmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sədərək Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(088)-5/2020 saylı, qətnaməsi ilə müəyyən edilmiş birgə nikahdan doğulmuş azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla iki uşaq üçün ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək 10 iyun 2013-cü il təvəllüdlü X1 və 04 iyun 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına 18 (on səkkiz yaşına) çatana kimi saxlanılmaları üçün Cavabdeh qətnamə qanuni qüvvəyə minidiyi gündən başlayaraq hər ay bir uşaq üçün 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il, 8-2 №-li Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə, dövlət rüsumu ödənilir. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəməsi məcmusu ilə müəyyən edilir. Həmin məcəllənin 112.4-cü maddəsinə əsasən, iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi il ərzində 5640 olduğundan lakin iddiaçının iddiası qismən təmin edildiyindən hazırkı iş üzrə iki uşaq üçün hər ay 350 manat aliment müəyyən edildiyindən, alimentin artım məbləği bir il ərzində 1800 (bir min səkkiz yüz) manat olduğundan, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 38 (otuz səkkiz) manat dövlət rüsumu ödənilməlidir. Lakin həmin qanunun 9.1.2-ci maddəsinə əsasən, İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, dövlət rüsumu cavabdehdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.4 maddəsinə əsasən, İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən xüsusatlara və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Sədərək Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(088)-5/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş az yaşlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində qət edilmiş alimentin miqdarı dəyişdirilərək 10 iyun 2013-cü il təvəllüdlü X1 və 04 iyun 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına 18 (on səkkiz yaşına) çatana kimi saxlanılmaları üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşaq üçün 175 manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Sədərək rayonu Sədərək kəndində qeydiyyatda olan İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh dövlət rüsumu olaraq 38 (otuz səkkiz) manat pul alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Culfa Rayon İcra və probasiya bölməsinə göndərilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar . Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar