Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-7/2021 10.03.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli BBLK1652049A110 saylı kredit xətti müqaviləsinə əsasən 299.55 manat əsas borcu, 48.67 manat faiz borcu cəmi 348.22 manat pul və xx.xx.2020-ci il tarixli GTKR1738525A201 saylı kredit müqaviləsinə əsasən 4962.96 manat əsas borcu, 833.08 manat faiz borcu cəmi 5796.04 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli BBLK1652049A110 saylı kredit xətti müqaviləsinə əsasən bank borcluya 59 ay müddətinə, illik 25% olmaqla 300 manat kredit vermiş və əlavə olaraq Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli GTKR1738525A201 saylı kredit müqaviləsinə əsasən bank borcluya 24 ay müddətinə, illik 26.3% olmaqla 5300 manat məbləğində kreditin verildiyini, hazırda cavabdehin “ödəniş cədvəli”-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayındığını və beləliklə kredit müqavilələrinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Beləliklə də İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xx.xx.2019-cu il tarixli BBLK1652049A110 saylı kredit xətti müqaviləsinə əsasən 299.55 manat əsas borcu, 48.67 manat faiz borcu cəmi 348.22 manat pul və xx.xx.2020-ci il tarixli GTKR1738525A201 saylı kredit müqaviləsinə əsasən 4962.96 manat əsas borcu, 833.08 manat faiz borcu cəmi 5796.04 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onların xeyrinə ödənilməsini xahiş etmişdir. İddia ərizəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, məhkəmə hazırlıq iclasının keçirilməsi xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş və həmin tarixdə məhkəmə hazırlıq iclası tərəflərin iştirakı olmadan keçirilərək baxılması üçün xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş həmin tarixdə tərəflər məhkəmə iclasında iştirak etmədiklərindən iş təxirə alınaraq, növbəti məhkəmə iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmişdir. xx xxxxxx 2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasına iddiaçının nümayəndəsi onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsi barədə yazılı ərizə göndərsədə, cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş və bu haqda məhkəməni məlumatlandırmamışdır. Ona görə də prosesdə tərəflərin iştirakı təmin edilməsi üçün məhkəmə iclası təxirə alınaraq, növbəti məhkəmə iclası xx xxxx 2021-ci il tarixə təyin edilmişdir. Keçirilən məhkəmə iclasında tərəflər iştirak etməmişlər. Belə ki, İddiaçı ASC-nin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə İş şöbəsinin rəisi X1 məhkəməyə ərizə ünvanlayaraq mülki işin bütün məhkəmə baxışı iclaslarının iddiaçı tərəfin iştirakı olmadan keçirməyi xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Halbuki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib, işin hallarını və dəlillərini araşdırıb, iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli BBLK1652049A110 saylı kredit xətti müqaviləsindən də aydın olur ki, Cavabdeh oğlu xx xxxxxx 2020-ci il ildə İddiaçı ASC-dən 300 manat məbləğində kredit götürmüş və xx.xx.2020-ci il tarixli GTKR1738525A201 saylı kredit müqaviləsindən də aydın olur ki, Cavabdeh oğlu xx xxxxxx 2020-ci il ildə İddiaçı ASC-dən 5300 manat məbləğində kredit götürmüş, Cavabdeh oğlu götürdüyü kreditdən bu günə kimi heç bir ödəniş etməmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qrafikinə əsasən, Cavabdeh xx.xx.2020-ci ildə İddiaçı ASC-dən 24 (iyirmi dörd) ay müddətinə 5300 manat məbləğində kredit götürdüyü tam sübuta yetirilmiş və xx.xx.2020-ci il tarixli 135000/1469 nömrəli maliyyə arayışından da görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli BBLK1652049A110 saylı kredit xətti müqaviləsinə əsasən 299.55 manat əsas borcu, 48.67 manat faiz borcu cəmi 348.22 manat pul və xx.xx.2020-ci il tarixli GTKR1738525A201 saylı kredit müqaviləsinə əsasən 4962.96 manat əsas borcu, 833.08 manat faiz borcu cəmi 5796.04 manat İddiaçı ASC-yə pul borcu vardır. Əlavə olaraq, xx.xx.2020-ci il tarixli GTKR1738525A201 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən aydın olur ki, Cavabdeh bankdan 5300 manat pulu qəbul etmiş və xx.xx.2019-cu il tarixli BBLK1652049A110 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2019-cü il tarixli kredit xətti sifarişindən aydın olur ki Cavabdeh bankdan 300 manat məbləğində kredit götürmüş və xx.xx.2020-ci il tarixli 16/14722 nömrəli Cavabdeh ünvanlanmış kredit bocu və kredit borcunun ödənilməsi barədə axırıncı bildirişindən aydın olur ki, borclu kredit borcu barədə lazmi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 428.4-cü maddəsində göstərilir ki, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli BBLK1652049A110 saylı kredit xətti müqaviləsinə əsasən 299.55 manat əsas borcu, 48.67 manat faiz borcu cəmi 348.22 manat pul və xx.xx.2020-ci il tarixli GTKR1738525A201 saylı kredit müqaviləsinə əsasən 4962.96 manat əsas borcu, 833.08 manat faiz borcu cəmi 5796.04 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 358.0.3 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət e t d i: İddia təmin edilsin. Sədərək rayon Qaraağac kəndində qeydiyyatda olan Cavabdeh xx.xx.2019-cu il tarixli BBLK1652049A110 saylı kredit xətti müqaviləsi üzrə 299.55 (iki yüz doxsan doqquz manat əlli beş qəpik) manat əsas borcu, 48.67 (qırx səkkiz manat altmış yeddi qəpik) manat faiz borcu cəmi 348.22 (üç yüz qırx səkkiz manat iyirmi iki qəpik) manat pul və xx.xx.2020-ci il tarixli GTKR1738525A201 saylı kredit müqaviləsi üzrə 4962.96 (dörd min doqquz yüz altmış iki manat, doxsan altı qəpik) manat əsas borcu, 833.08 (səkkiz yüz otuz üç manat, səkkiz qəpik) manat faiz borcu cəmi 5796.04 (beş min yeddi yüz doxsan altı manat, dörd qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №2(088)-7/2021
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-7/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver