Məhkəmə qərarları › İş №2(088)-74/2021

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-74/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-74/2021 13.09.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı "xxxx" MMC-nin, Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" MMC-nin Baş Direktoru X2 ərizə ilə məhkəməyə müraciət edərək, 08.11.2019-cu il tarixli 01037170 nömrəli alqı-satqı müqaviləsi üzrə LG markalı Paltaryuyan üçün 791.60 manat əsas borcu və 79 manat cərimə borcu, əlavə olaraq 08.11.2019-cu il tarixli 01037189 nömrəli alqı-satqı müqaviləsi üzrə HOFFMANN markalı Kombi üçün 647 manat əsas borcu və 64 manat cərimə borcu olmaqla ümumilikdə hər iki müqavilə üzrə 1581.60 manat pul borcu yaranmışdır. Ona görə də 30 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə, Cavabdeh cəmi 1611.60 manat pulun alınaraq "xxxx" MMC-nin xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 08.11.2019-cu il tarixli 01037170 nömrəli alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 1065 manat olan LG markalı Paltaryuyan və 08.11.2019-cu il tarixli 01037189 nömrəli alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 864 manat olan HOFFMANN markalı Kombi götürmüşdür lakin, cavabdeh bu günə qədər 08.11.2019-cu il tarixli 01037170 nömrəli alqı-satqı müqaviləsi üzrə əsas borcundan 264.40 manat, 08.11.2019-cu il tarixli 01037189 nömrəli alqı-satqı müqaviləsi üzrə əsas borcundan 217 manat ödəniş edərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtı-vaxtında və tam olaraq yerinə yetirməmiş və 08.11.2019-cu il tarixli 01037170 nömrəli alqı-satqı müqaviləsi üzrə alqı-satqı qiyməti 1056 manat (12 ay x 88 manat+ 0 manat ilkin ödəniş) LG markalı Paltaryuyan üçün 791.60 manat ödənilməmiş hissə, 79 manat cərimə borcu və 08.11.2019-cu il tarixli 01037189 nömrəli alqı-satqı müqaviləsi üzrə alqı-satqı qiyməti 864 manat (12 ay x 72 manat + 0 manat ilkin ödəniş) HOFFMANN markalı Kombi üçün 647 manat ödənilməmiş hissə, 64 manat cərimə borcu ümumilikdə hər iki müqavilə üzrə 1581.60 manat borcu yaranmışdır. Ona görə də 30 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə cəmi 1611.60 manat pul Cavabdeh alınıb "xxxx" MMC-nin, xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Mülki işə əlavə olunmuş 14.09.2020-ci il tarixli İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışından müəyyən olunur ki, "xxxx" MMC borcu tələb etmək hüququ vardır. Məhkəmə 05 avqust 2021-ci il tarixdə cavabdehə iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Lakin, cavabdeh bildirişi 11 avqust 2021-ci il tarixdə qəbul etsədə məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08.11.2019-cu il tarixli 01037170 nömrəli alqı-satqı müqaviləsinə əsasən LG markalı Paltaryuyan üçün ilkin ödəniş etməməklə 12 ay müddətinə aylıq 88 manat və 08.11.2019-cu il tarixli 01037189 nömrəli alqı-satqı müqaviləsinə əsasən HOFFMANN markalı Kombi üçün ilkin ödəniş etməməklə 12 ay müddətinə aylıq 72 manat pul ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh 08.11.2019-cu il tarixli 01037170 nömrəli alqı-satqı müqaviləsi üzrə LG markalı Paltaryuyan üçün əsas borcundan bu günədək 264.4 manat və 08.11.2019-cu il tarixli 01037189 nömrəli alqı-satqı müqaviləsi üzrə HOFFMANN markalı Kombi üçün əsas borcundan bu günədək 217 manat ödəniş etmişdir. İddiaçı "xxxx" MMC -nin, 08.11.2019-cu il tarixli təhvil-təslim aktlarından da görünür ki, cavabdeh LG markalı Paltaryuyan və HOFFMANN markalı Kombini qəbul etmişdir. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, hazırki vaxtadək onun iddiaçı qarşısında 08.11.2019-cu il tarixli 01037189 nömrəli alqı-satqı müqaviləsinə əsasən ümumilikdə 870.60 manat və 08.11.2019-cu il tarixli 01037170 nömrəli alqı-satqı müqaviləsinə əsasən ümumilikdə 711 manat pul məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Ərizəyə əlavə olunmuş tərəflər arasında 08.11.2019-cu il tarixli 01037189 nömrəli və 08.11.2019-cu il tarixli 01037170 nömrəli alqı-satqı müqavilələri həmin müqavilələrə əlavə olaraq 08.11.2019-cu il tarixli ödəniş cədvəlləri, 10.07.2021-ci il tarixli maliyyə və ödəniş cədvəli göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş 31.07.2020-ci il tarixli Cavabdeh göndərilmiş xəbərdarlıq, borclunun vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi barədə iddiası əsaslıdır. Göründüyü kimi Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-1, 284-5.3, 284-6, 358.0.3 ,360 və 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. 08.11.2019-cu il tarixli 01037170 nömrəli alqı-satqı müqaviləsinə əsasən LG markalı Paltaryuyan üçün 791.60 manat əsas borcu və 79 manat cərimə borcu əlavə olaraq 08.11.2019-cu il tarixli 01037189 nömrəli alqı-satqı müqaviləsinə əsasən HOFFMANN markalı Kombi üçün 647 manat əsas borcu və 64 manat cərimə borcu olmaqla hər iki müqavilə üzrə cəmi 1581.60 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu ilə ümumilikdə 1611.60 (bir min altı yüz on bir manat, altmış qəpik) manat pul Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar