Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-86/2021 18.11.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin X1 Fondunun, Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin X1 Fondunun, Kreditlərin İdarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlundan 175.38 manat əsas, 110.98 manat faiz, 309.91 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra AR konstitusya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 21.26 manat faiz borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh, tutularaq iddiaçı Ləğv Prosesində olan "xxxx" ASCnin X1 Fondunun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. İddiaçının nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Ləğv Prosesində olan "xxxx" ASC-nin arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətində illik 25 faiz dərəcəsi ilə 5300 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinə əlavə olaraq 20 iyul 2017-ci il tarixli əlavə sazişə əsasən kredit restrutizasya edilmiş və borcalanın kreditor qarşısında öhdəliyinin qalığı 3338.1 ABŞ dolları hesablanmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh kreditdən istifadəsinə görə krediti və kreditlə hesablanmış faizləri müəyyən edilmiş müddətdə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditora ödəməli idi. Lakin kreditin müddəti uzadılaraq 20.02.2018-ci il tarixinədək hesablanmışdır. Hazırda 12.07.2021-ci il tarixinə Cavabdeh bank qarşısında olan 175.38 manat əsas borcun, 110.98 manat faiz borcunun, 309.91 manat cərimə borcunun və kredit müqaviləsi bitəndən sonra AR konstitusya Məhkəməsinin 24.12.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 21.26 manat faiz borcu ilə birlikdə cəmi 617.53 manat məbləğində kredit borcunun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini iddia etmişdir. İş üzrə Cavabdeh məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı şəxsin nümayəndəsi tərəfindən isə məhkəməyə ünvanlanmış 16 noyabr 2021-ci il tarixdə teleqram ünvanlamış və teleqramda iddia tələblərini müdafiə edərək təyin edilmiş məhkəmə iclasını onların iştirakı olmadan keçirib iddianın təmin edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə mülki işə əlavə olunmuş sənədləri tədqiq edərək bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh Ləğv Prosesində olan "xxxx" ASC tərəfindən 5300 ABŞ dolları məbləğində kredit verilmişdir. Əlavə olaraq 20 iyul 2017-ci il tarixdə 26 sentyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə əlavə saziş imzalanaraq borc öhdəliyinin qalığı 3338.1 ABŞ dolları təşkil etmişdir. Əlavə olaraq 20 iyul 2017-ci il tarixdə 26 sentyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə əlavə sazişin 1.1 bəndində ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 USD = 1.4 manat məzənnəsi əsas götürülməklə qəbul edilmişdir. İddiaçı Ləğv Prosesində olan "xxxx" ASC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və borcunu ödəməmişdir. Təqdim edilmiş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı 26 sentyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə və 20 iyul 2017-ci il tarixdə bağlanmış 26 sentyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə əlavə saziş ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyindən, nəticədə hazırki vaxtadək onun iddiaçı qarşısında 175.38 manat əsas borcun, 110.98 manat faiz borcunun, 309.91 manat cərimə borcunun və kredit müqaviləsi bitəndən sonra AR konstitusya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 21.26 manat faiz borcu ilə birlikdə cəmi 617.53 manat məbləğində icra edilməmiş pul borcu yaranmışdır. Mülki işə əlavə olunmuş 17.07.2021-ci il tarixli maliyyə arayışından da məlum olur ki, Cavabdeh Ləğv Prosesində olan "xxxx" ASC-nə 617.53 manat borcu yaranmışdır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, borcun tutulması barədə tələb əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Ona görə də 175.38 manat əsas borcun, 110.98 manat faiz borcunun, 309.91 manat cərimə borcunun və kredit müqaviləsi bitəndən sonra AR konstitusya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 21.26 manat faiz borcu ilə birlikdə cəmi 617.53 (altı yüz on yeddi manat əlli üç qəpik) manat Cavabdeh alınaraq iddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin X1 Fondunun xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3-ci və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə
Q ə t e t d i: İddia təmin edilsin. Əsas borc olaraq 175.38 manat, 110.98 manat faiz borcu, 309.91 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra hesablanmış 21.26 manat faiz borcu ilə birlikdə cəmi 617.53 (altı yüz on yeddi manat əlli üç qəpik) manat Cavabdeh alınaraq iddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin X1 Fondunun xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin X1 Fondunun hesabına köçürülsün. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.