Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 2(088)-88/2021 13.09.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı "xxxx" KB ASC-nin, cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim : İddiaçı "xxxx" KB ASC-nin Problemli İstehlak kreditləri üzrə məhkəmələrlə iş departamentinin hüquqşünası X5 13 sentyabr 2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ünvanlayaraq cavabdeh X3 ilə aralarında bağlanmış 14.10.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 542.60 manat əsas borcu 96.14 manat faiz borcu və 11.73 manat cərimə borcu ilə cəmi 650.47 manat pulun və dövlət rüsumu olaraq ödənmiş 30 manat pulun cavabdeh X1 alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə sənədləri nəzərdən keçirib bu qənaətə gəlir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər mülki prosessual qanunvericiliyə uyğun tərtib edilmədiyindən iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 150.0.5-ci maddəsinə əsasən, iddiaçı öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməlidir. Həmin məcəlləinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq belə hesab edirəm ki, iddiaçı iddia ərizəsində cavabdeh olaraq Sədərək rayonu Sədərək kəndində qeydiyyatda olan X3 göstərilsədə iddia ərizəsinə əlavə edilmiş sənədlərdə və şəxsiyyət vəsiqəsinin surətində Ordubad rayonu Dırnıs kəndində qeydiyyatda olan X4 göstərilmiş və buna görədə iddia cavabdehin qeydiyyatda olduğu yer üzrə Ordubad rayon Məhkəməsində qaldırılmalıdır, əlavə olaraq cavabdehin yaşayış yeri haqqında İcra Nümayəndəliyindən və ya Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsindən heç bir arayış ərizəyə əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə həmin məcəllənin 152.1-ci maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Adı çəkilən məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarıldıqda ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Hökümət ödəniş portalı vasitəsilə 10.08.2021-ci il tarixdə ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 150.0.5,152.2, 152.3,152.4, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdim : İddiaçı "xxxx" KB ASC-nin, cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi icraata qəbul edilmədən iddia ərizəsinə əlavə edilmiş sənədlərlə birlikdə özünə geri qaytarılsın. İddiaçı "xxxx" KB ASC tərəfindən Hökümət ödəniş portalı vasitəsilə 10.08.2021-ci il tarixdə ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sədərək rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-88/2021
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №2(088)-88/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver