Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-9/2021 16.03.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə. İddiaçı “xxxx” ASC-nin, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə Müəyyən e t d i: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli NZLMB-5857 saylı kredit müqaviləsi üzrə 1389.03 manat əsas borc, 74,87 manat faiz borcu cəmi 1463,9 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması borc ödənilmədiyi təqdirdə Cavabdeh məxsus olan banka girov qoyulmuş 1 ədəd Qarnitur ağlı (2 qaşı yox) çəkisi 26.8 qram, əyarı 750 olan, 1 ədəd Üzük ağlı çəkisi 5.6 qram, əyarı 750 olan cəmi 32.4 qram olan qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə edilmiş pul ilə cavabdehin banka olan cəmi məbləği 1463,9 manat borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun banka ödənilməsini və hərracdan əldə edilmiş pul vəsaiti yetərli olmazsa cavabdehin digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli NZLMB-5857 saylı kredit müqaviləsinə əsasən bank borcluya 18 ay müddətinə, illik 30% olmaqla 1662 manat məbləğində kreditin verildiyini, kreditin qaytarılmasını təmin etmək məqsədilə xx.xx.2020-ci il tarixli NZLMB-5857 saylı iddiaçı ilə cavabdeh arasında “saxlanc girovu haqqında” müqavilə imzalanmış və cavabdehin razılıq ərizəsi alınaraq “saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair” akt imzalanmış, həmin akta əsasən cavabdehə məxsus olan 1 ədəd Qarnitur ağlı (2 qaşı yox) çəkisi 26.8 qram, əyarı 750 olan, 1 ədəd Üzük ağlı çəkisi 5.6 qram, əyarı 750 olan cəmi 32.4 qram qızıl-zinət əşyaları bank tərəfindən girov götürülmüş, hazırda cavabdehin “ödəniş cədvəli”-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayındığını və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Keçirilən məhkəmə iclasında tərəflər iştirak etməmişlər. Belə ki, iddiaçı “xxxx” ASCnin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X1 məhkəməyə xx.xx.2021-ci il tarixdə teleqram ünvanlayaraq mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və xx xxxx 2021-ci il tarixdə Sədərək rayon Məhkəməsinin Böyük məsləhətçisi İsmayılov Çingiz Məhərrəm oğlu tərəfindən Cavabdeh məxsus mobil telefona zəng vuraraq, cavabdeh ilə əlaqə saxlamış ona qarşı qaldırılmış iddia barədə və məhkəmə iclaslarının vaxtı və yerinə dair məlumat vermiş cavabdehin ona cavabında isə məhkəmədə ona qarşı qaldırılımış iddiadan məlumatının olduğunu, Bakı şəhərində yaşadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, banka olan borcunu maddi imkanının aşağı olduğu üçün ödəyə bilmədiyini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib, işin hallarını və dəlillərini araşdırıb, iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş ödəniş qrafikinə əsasən, Cavabdeh xx.xx.2020-ci ildə “xxxx” ASC-dən 18 (on səkkiz) ay müddətinə 1662 manat məbləğində kredit götürdüyü tam sübuta yetirilmiş və xx.xx.2020-ci il tarixli RB-02/PK-6893 nömrəli maliyyə arayışındanda görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli NZLMB-5857 saylı kredit müqaviləsinə əsasən 1389.03 manat əsas borc, 74,87 manat faiz borcu cəmi 1463,9 manat “xxxx” ASC-yə pul borcu vardır. Əlavə olaraq iddia ərizəsinə əlavə edilmiş, xx.xx.2020-ci il tarixli NZLMB-5857 saylı saxlanc girovu haqqında müqavilə, saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair akt, xx.xx.2020-ci il tarixli razılıq ərizəsindən də aydın olur ki, Cavabdeh tərəfindən ona məxsus olan 1 ədəd Qarnitur ağlı (2 qaşı yox) çəkisi 26.8 qram, əyarı 750 olan, 1 ədəd Üzük ağlı çəkisi 5.6 qram, əyarı 750 olan cəmi 32.4 qram qızılzinət əşyaları banka girov əmlakı kimi verilmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixli NZLMB-5857 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən aydın olur ki, Cavabdeh bankdan 1662 manat pulu qəbul etmiş və xx.xx.2020-ci il tarixli 06/0315 nömrəli Cavabdeh ünvanlanmış kredit bocu və kredit borcunun ödənilməsi barədə axırıncı bildirişindən aydın olur ki, borclu kredit borcu barədə lazmi qaydada xəbərdar edilmişdir. Tərəflər arasında bağlanmış həmin müqavilənin 5.5-cı bəndinə əsasən müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini 1 dəfə pozduqda girovsaxlayan (bank) girova ödəniş yönəldə bilər. Eyni zamanda həmin müqavilənin 2.3.5-cü bəndinə əsasən (borcluya aid hissədə) müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, banka olan borcunun vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. -295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. -428.4-cü maddəsində göstərilir ki, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh 1389.03 manat əsas borc, 74,87 manat faiz borcu cəmi 1463,9 manat və ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməli borc ödənilmədiyi təqdirdə isə Cavabdeh tərəfindən banka qoyulmuş girov əmlakı olaraq 1 ədəd Qarnitur ağlı (2 qaşı yox) çəkisi 26.8 qram, əyarı 750 olan, 1 ədəd Üzük ağlı çəkisi 5.6 qram, əyarı 750 olan cəmi 32.4 qram qızıl-zinət əşyalarına yönəldilməli, qızıl-zinət əşyaları açıq hərracda satılmalı, satışda əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 1463,9 manat və 30 manat məbləğində pul “xxxx” ASC-yə ödənilməli, açıq hərracda əldə edilmiş həmin məbləğ yetərli olmadıqda borcun tam tutulması ümumi qaydada təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 358.0.3 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət e t d i: İddia təmin edilsin. Əsas borc olaraq 1389.03 (bir min üç yüz səksən doqquz manat, üç qəpik) manat, faiz borcu olaraq 74,87 (yetmiş dörd manat, səksən yeddi qəpik) manat ümumilikdə 1463,9 (bir min dörd yüz altmış üç manat, doxsan qəpik ) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh alınaraq “xxxx” ASC-nin xeyrinə ödənilsin. Borc məbləği ödənilmədiyi təqdirdə tutma, Cavabdeh oğlu tərəfindən banka qoyulmuş girov əmlakı olaraq 1 ədəd Qarnitur ağlı (2 qaşı yox) çəkisi 26.8 qram, əyarı 750 olan, 1 ədəd Üzük ağlı çəkisi 5.6 qram, əyarı 750 olan cəmi 32.4 qram qızıl-zinət əşyalarına yönəldilsin, qızıl-zinət əşyaları açıq hərracda satılsın, satışda əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 1463,9 (bir min dörd yüz altmış üç manat, doxsan qəpik ) manat və 30 (otuz) manat məbləğində pul “xxxx” ASC-yə ödənilsin, açıq hərracda əldə edilmiş həmin məbləğ yetərli olmadıqda borcun tam tutulması ümumi qaydada təmin edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-9/2021
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-9/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver