Məhkəmə qərarları › İş №2(088)-90/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-90/2024

12.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-90/2024 12.09.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı 4 saylı Regional və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı 4 saylı Regional və Təbii Sərvətlər İdarəsinin rəisi Asif Məcidov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbiətə dəymiş ziyanla bağlı 4788 (dör min yeddi yüz səksən səkkiz) manat məbləğin Cavabdeh tutularaq 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (“X8 üzrə Dövlət Fondu”na VOEN **********, H/H : AZN 10 CTRE ********************, Büdcə təsnifatı 142595, Büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. 4 saylı Regional və Təbii Sərvətlər İdarəsi iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 100 saylı, xx.xx.2023-cü il tarixli sərəncamına əsasən idarə əməkdaşları tərəfindən ünvan 1i ərazisində yerin təkindən qanunsuz istifadə halları araşdırılarkən hazırki iş üzrə Cavabdeh tərəfindən X2 qanuni icarəsində olan torpaq sahəsindən mülki etibarnamə əsasında yerin təkindən qanunsuz istifadə edərək 228 m3 həcmində gil süxurunu götürərək daşıması faktı müəyyən edilmiş, inzibati araşdırma müddətində cavabdehin araşdırmada iştiakı təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixdə verdiyi yazılı izahatında Gil süxurunun daşınmasını idarə etdiyi torpaq sahəsinin ərazisi daxilində təşkil etdiyini, niyyətinin ərazinin hamarlaşdırılması, çuxurların doldurulması olduğunu qeyd etmiş, sadəcə bir yük avtomobili həcmində cəmi 12 m3 Gil süxurunu şəxsi ehtiyacları üçün satdığını etiraf etmişdir. Lakin, əraziyə baxış keçirilən zaman Cavabdeh ərazi daxilində hansı çökəklikləri doldurduğunu göstərə bilməmişdir. Götürülmüş süxur qatının hesablanması isə məhz yeni qazılmış çuxurların həcminin ölçülməsi nəticəsində əldə olunan rəqəmlər əsasında hesablanmışdır. Aşkar olunmuş inzibati xəta ilə bağlı xx.xx.2023-ci il tarixli 82131 nömrəli akt tərtib olunmuş, ərazidən fotoşəkillər çəkilmiş, inzibati xəta törədən şəxsin izahatı alınmış, nəticədə cavabdeh barəsində İXM-nin 228-ci maddəsi ilə lisenziya və ya icazə olmadan yerin təkindən qanunsuz istifadə etdiyinə görə xx.xx.2023-ci il tarixli MN ******* saylı protokol tərtib olunmuşdur. Toplanmış materiallar əsasında xx.xx.2023-ci il tarixli MN ******* saylı qərarla inzibati xəta törədən şəxs inzibati qaydada fiziki şəxs qismində 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. İnizbati araşdırma zamanı, eyni vaxtda cavabdeh tərəfindən qanunsuz olaraq yerin təkindən istifadə olunması nəticəsində ərazidən götürülmüş 228 m3 həcmində faydalı qazıntı olan Gil süxurunun daşındığı sübut olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli, 119 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə ödəmə normativlərinə” əsasən hesablama aparılaraq cavabdehə aid hissədə təbiətə vurulmuş ziyanın 4788 (dör min yeddi yüz səksən səkkiz) manat olduğu müəyyən edilmişdir. Cavabdeh ətraf mühitə vurduğu maddi ziyan məbləğini könüllü olaraq ödəməkdən imtina etmişdir. İş üzrə tərəflər məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı 4 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş iddia tələbinə nümayəndənin iştirakı olmadan baxılıması barədə vəsatətə əsasən məhkəmənin icraatında olan iddia ərizəsi üzrə mülki işin təyin olunmuş məhkəmə iclaslarında iş yükünün çoxluğu, yol məsafəsinin uzaqlığı və digər üzürlü səbəblərdən iştirak edə bilməyəcəklərindən iddia tələbinə təqdim olunmuş sübutlar çərçivəsində baxaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəsatətini və mövcud vəziyyəti nəzərə alaraq onların iştirakı olmadan mülki işə baxılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. İş üzrə Cavabdeh məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə məhkəməyə teleqram ünvanlayaraq sağlamlığı ilə əlaqədar və təyyarə biletlərində olan çətinliklərdən ötəri məhkəmə iclaslarına gələ bilmədiyi üçün məhkəmə iclasının bir sonrakı vaxta təyin olunmasını xahiş etmişdir.Məhkəmə cavabdehin teleqramalarını nəzərə alaraq məhkəmə iclaslarını təxirə alaraq növbəti məhkəmə iclasını 12 sentyabr 2024-cü il tarixə saat 11:00 təyin etmişdir. Lakin cavabdeh yenə də təyin edilmiş məhkəmə iclasına gəlməmiş və gəlməməsinin nəticəsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 82131 saylı aktdan görünür ki, araşdırma zamanı Cavabdeh qanunsuz olaraq gil kütləsi daşıdığı torpaq sahəsinin X3 məxsus olduğunu, onun adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın xx.xx.2013-cü il tarixli **********1 saylı dövlət qeydiyyatlı (illik icarə müqaviləsi əsasında) çıxarışın olduğunu və xx.xx.2023-cü il tarixli AR-xx-xx-9347 saylı etibarnamə ilə həmin torpaq sahəsinin üzərində bütün səlahiyyətlərin ona verildiyini, torpaq sahəsinə baxış zamanı qeyd olunan torpaq sahəsindən (x-380022: Y-4488373) Cavabdeh tərəfindən idarə edilən **-GN-*** Dövlət nömrə nişanlı, İVECO markalı yük avtomaşını və dövlət nömrə nişanı olmayan ekskvator vasitəsilə son vaxtlar 228 kubmetr faydalı qazıntı olan gil kütləsinin qanunsuz olaraq ETSN-dən yerin təkindən istifadəyə icarə sənədləri (dağ mədən ayırma aktı və.s) olmadan qanunsuz olaraq daşınması müəyyən edilmişdir. İş materialına əlavə edilmiş Hesabatdan görünür ki, ünvan 1i ərazisində Cavabdeh tərəfindən qanunsuz olaraq yerin təkindən istifdəyə müvafiq icazə sənədləri (dağ mədən Ayırma aktı və.s) olmadan 228 m3 həcmində faydalı qazıntı olan gil kütləsinin qanunsuz olaraq texnika vasitəsilə daşınması nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 119 saylı “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlərin” təsdiq edilməsi haqqında qərara əsasən cavabdeh təbiətə 4788 manat məbləğində maddi ziyan vurmuşdur. İş materialına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı protokoldan görünür ki, Cavabdeh tərəfindən idarə etdiyi **-GN-*** d.n.n İVEKO markalı yük avtomaşını ilə ünvan 1indən yerləşən torpaq sahəsindən qanunsuz olaraq yerin təkindən istifadəyə icazə sənədi olmadan gil kütləsinin qazılaraq daşımışdır və bununla bağlı onun barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh də görülmüşdür. İş materialına əlavə edilmiş AR-İİ№ 879347 nömrəli etibarnamədən görünür ki, X4 tərəfindən Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlər Reyestribdən xx.xx.2013-cü il tarixdə verilmiş 465nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınan **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən 13.0ha torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, yüklülük arayışı almağı, icra müddətini artırmağı, icarə hüquqların əvəzinə icra etməyi, arayışlar almağı, icarə hüquqlarına sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, bu işlə əlaqədar ona çatası pulu almağı, buna dair müqavilə imzalamağı, həmin torpaq sahəsinin icarə hüquqlarına dair notarant ofisində istənilən məzmunda ərizələri, müqavilələri və digər lazımi sənədləri imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adına ərizə verməyi və bu işlə əlaqədar butün hərəkətləri etmə səlahiyyətləri verilmişdir. İş materialına əlavə edilmiş ƏN-Vı№ 308228 saylı nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X5 məxsus İVECO markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmə hüququ Cavabdeh verilmişdir. İddia ərizəsinə əlavə olunmuş 23 sentyabr 2023-cü il tarixli Cavabdeh 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə verdiyi yazılı izahatından da bir daha məlum olur ki, Cavabdeh həmin ərazidən etibarnamə ilə idarə etdiyi ** GN *** dövlət nömrə nişanlı yük avtomobili ilə bir maşın şəxsi ehtiyacları üçün pul müqabilində gil satmış qalan torpaq gilini isə götürərək digər sahələrə daşımışdır. Ərizəyə əlavə olunmuş Sədərək Rayon İcra və Probasiya bölməsinin 12 sentyabr 2024-cü il tarixli məktubundan belə məlum olunur ki, Cavabdeh tərəfindən qanunsuz olaraq təkindən istifdəyə müvafiq icazə sənədləri (dağ mədən Ayırma aktı və.s) olmadan 228 m3 həcmində faydalı qazıntı olan gil kütləsinin qanunsuz olaraq texnika vasitəsilə daşınması nəticəsində AZərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə 600 manat məbləğində cərimə olunmuş, həmin cərimənin ödənilməsi Sədərək Rayon İcra və Probasiya bölməsinə göndərilmiş və bununla bağlı Cavabdeh Elektron İcra Sistemində adına hər hansı əmlakı olmadığından və uzun müddətdir ərazidə yaşamadığından icra sənədinin icrası mümkün olmamışdır. Lakin haliyyədə icra sənədinin icrası ilə bağlı tədbirlər davam etdirilir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli 4 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən göndərilmiş bildiriş cavadbeh Cavabdeh vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. İnsan hüquqları haqqında Ümumi Bəyannamə» nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt)hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərəri qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10,11,34,38,45 və 46-cı maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, dəymiş zərərin ödənilməsi tələbi əsaslıdır. Ona görə də təbiiətə dəymiş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 4788 manat məbləğində pulun Cavabdeh alınıb 4 saylı Regional və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 358.0.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Təbiətə dəymiş ziyanla bağlı 4788 (dörd min yeddi yüz səksən səkkiz) manat pul Cavabdeh alınaraq 4 saylı Regional və Təbii Sərvətlər İdarəsinin (“X8 üzrə Dövlət Fondu”na VOEN **********, H/H : AZN 10 CTRE ********************, Büdcə təsnifatı 142595, Büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22) bank hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar