Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-100/2023 17.03.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmiş, 1205 manat borcun, 144.60 manat cərimə borcunun və 34 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Naxçıvan şəhərində “Gənclik” adlanan ticarət mərkəzində məişət avadanlıqları mağazasında işləyir. Culfa şəhər sakini Cavabdeh aralarında bağlanmış 23 dekabr 2021-ci il tarixli, 11807 nömrəli müqaviləyə əsasən dəyəri 1540 manat olan LG markalı televizor satmışdır. Cavabdeh ilkin olaraq 129 manat ödəniş etmiş, qalan məbləği 11 ay müddətinə faizi ilə birlikdə ayda 128.27 manat hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmiş, nəticədə ona 1205 manat əsas ödənilməmiş borcu və 144.60 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 335 manatdır. Müqavilənin 3.6-cı bəndində qeyd edilmişdir ki , malın dəyərinin vaxtında ödənilməməsi, maldan əsaslandırılmadan imtina edilməsi və başqa səbəblər nəticəsində tərəflərin hər hansı birinə dəymiş ziyan təqsirli tərəfin hesabına kompensasiya edilir, hər gecikdirilmiş gün üçün qalan malın dəyərinin 1 faizi miqdarında kompensasiya ödənilir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş, 23 dekabr 2021-ci il tarixli, 11807 nömrəli müqaviləni Cavabdeh imzalamış və İddiaçı dəyəri 1540 manat olan LG markalı televizoru aldığını, 11 ay müddətinə ayda 128.27 manat ödəyəcəyini öhdəsinə götürdüyünü təsdiq etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı və Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, İddiaçı cavabdehə dəyəri 1540 manat məbləğində olan LG markalı televizor satmışdır. Tərəflər arasında razılaşmaya əsasən cavabdeh ayda 128.27 manat olmaqla borc məbləğini iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, cəmi 335 manat ödəniş etmiş, ödənilməmiş borcu 1205 manat, cərimə borcu 144.60 manat təşkil edir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər arasında 23 dekabr 2021-ci il tarixli, 11807 nömrəli müqavilə bağlanmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 1205 manat ödənilməmiş əsas borcun və 144.60 manat cərimı borcun cavabdehdən alınıb ona verilməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh iddiaçıya olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilənin şərtlərinə əməl etməməsi barədə xəbərdar edilmişdir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər, 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə ümumilikdə cavabdehin iddiaçıya 1205 manat borcu və 144.60 manat cərimə borcu vardır. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarına əlavə olunmuş 26 yanvar 2023-cü il tarixli 22976 nömrəli qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 34 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia təmin edilsin. Cavabdehdan 1205 manat borc, 144.60 manat cərimə borcu və 34 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-100/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-100/2023
17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver